Hansı daha xeyirlidir, yemiş, yoxsa qarpız? - İki meyvənin müqayisəsi
Yay mövsümünün ən məşhur giləmeyvələrindən olan qarpız və yemiş həm susuzluğu yatırması, həm də orqanizmi nəmləndirməsi ilə seçilir. Mütəxəssislər bu iki meyvənin faydalarını müqayisə edərək hansı hallarda hansına üstünlük verilməsinin daha məqsədəuyğun olduğunu izah ediblər.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, hər iki meyvə balqabaqkimilər fəsiləsinə aid olsa da, qida dəyəri baxımından müəyyən fərqlərə malikdir.
Qarpızın tərkibinin təxminən 92-93 faizi, yemişin isə 90 faizi sudan ibarətdir. Bu səbəbdən hər iki məhsul isti yay günlərində orqanizmin maye ehtiyacının ödənilməsinə kömək edir.
Mütəxəssislərin sözlərinə görə, kalorililik baxımından qarpız bir qədər üstünlük təşkil edir. 100 qram qarpızda təxminən 30 kalori olduğu halda, eyni miqdarda yemişdə 36 kalori mövcuddur.
Araşdırmaya əsasən, yemiş vitamin və mineral tərkibi baxımından daha zəngindir. 100 qram yemişdə 18 milliqram C vitamini olduğu halda, qarpızda bu göstərici 8,1 milliqramdır. Bundan əlavə, narıncı rəngli yemiş növləri A vitamini ilə də zəngin hesab olunur.
Məlumata görə, kalium miqdarı da yemişdə daha yüksəkdir. Belə ki, 100 qram yemişdə 228 milliqram, qarpızda isə 112 milliqram kalium var.
Mütəxəssislər qeyd edirlər ki, qarpızın əsas üstünlüklərindən biri onun tərkibində olan likopindir. Güclü antioksidant hesab edilən bu maddə ürək-damar sisteminin sağlamlığının qorunmasına kömək edir.
Eyni zamanda yemiş beta-karotin mənbəyi hesab olunur. Bu maddə immunitet sistemini gücləndirir, göz və dəri sağlamlığını dəstəkləyir.
Mütəxəssislər bildirirlər ki, qarpız orqanizmi daha yaxşı nəmləndirsə də, yemiş vitamin və mineral baxımından daha zəngindir. Buna görə də hansı meyvənin daha faydalı olduğunu qəti şəkildə demək mümkün deyil.
Onların fikrincə, seçim şəxsi zövqə və orqanizmin ehtiyac duyduğu qida maddələrinə əsaslanmalıdır. Xüsusilə C vitamini və kalium çatışmazlığı olan şəxslərə yemişdən daha çox istifadə etmək tövsiyə olunur.
Mütəxəssislər yay mövsümündə həm qarpızın, həm də yemişin qida rasionuna daxil edilməsinin sağlamlıq üçün faydalı olduğunu vurğulayırlar.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHicama haqqında nələri bilirik?
Son zamanlar çox eşitdiyimiz, "hicama", "hacamat" kimi tanınan küpə terapiya müalicə üsulu barədə nələri bilirik?. Apimed təbii üsullar mərkəzində yüksək ixtisaslı (Türkiyədə kurs keçmiş) xanım personal tərəfindən xanımlara və bəylərə Hicama (hacamat) proseduru tətbiq edilir. Prosedu
29.10.2026 3426 Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Bir çox insan toyuq ətini bişirməzdən əvvəl kranın altında yumağa üstünlük verir. Lakin mütəxəssislər bu vərdişin sağlamlıq üçün təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edirlər. Belə ki, çiy toyuğun yuyulması zamanı su sıçrantıları vasitəsilə bakteriyalar mətbəxin müxtəlif səthlərinə, qab-qacağa v
02.11.2026 1046 Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. BİG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdır (araxis). O bildirib ki, botaniki baxımdan yerfındığı çərəzlərə deyil
15.11.2026 404 Ürək transplantasiyasının icbari tibbi sığorta hesabına icra edilməsi təklif olunub
Ürək transplantasiyası və gözün buynuz qişasının transplantasiyası əməliyyatlarının icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilməsi vacibdir. "Report" xəbər verir ki, bunu Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova Azərbaycand
01.11.2026 791 Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. BİG.AZ -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişafı anemiyaya səbəb ola bilər. O qeyd edib ki, bağırsaq xərçəngi, xüsusil
31.10.2026 838 Səhər yeməyi üçün ən pis vaxt - Diyetoloqların cavabı
Səhər yeməyini günortadan sonraya saxlamaq sağlamlıq üçün arzuolunmaz nəticələrə səbəb ola bilər. Diyetoloqların fikrincə, günün ilk qida qəbulu üçün ən uyğun vaxt oyandıqdan sonrakı 1-2 saatdır. Qaynarinfo xəbər verir ki, bu barədə "EatingWell" nəşri diyetoloqların tövsiyələrinə istinadə
10.11.2026 467 Gündə cəmi 4 saat yuxu ilə necə yaşamaq olar?
Adətən, böyük əksəriyyət üçün gündə yeddi-doqquz saatlıq yuxu norma sayılsa da, bəzi insanlar cəmi dörd-beş saatlıq yuxu ilə kifayətlənərək özlərini tamamilə enerjili və sağlam hiss edirlər. Elm adamları bu nadir vəziyyətin arxasında duran genetik səbəbləri araşdırmağa davam edirlər. "Qafqazinfo"nu
03.11.2026 899 Məşhur ədviyyatın qaraciyəri qocalmadan qoruya biləcəyi məlum olub
Zərdəçalın tərkibində olan kurkumin maddəsi qaraciyəri yaşla bağlı dəyişikliklərdən, iltihabdan və zədələnmədən qoruya bilər. xəbər verir ki, bu qənaətə "Food & Function" elmi jurnalında dərc olunan araşdırmanın müəllifləri gəliblər. Tədqiqatçılar bağırsaq, onun mikroflorası və qaraciyə
06.11.2026 693 Ən faydalı və ən zərərli balıq növləri
Balıq sağlam qidalanma rasionuna daxil edilməsi ən çox tövsiyə olunan məhsullardan biridir. Çünki onun tərkibində yüksək keyfiyyətli zülal, vitaminlər, minerallar və omeqa-3 yağ turşuları var. Bununla belə, bütün balıq növlərinin qida dəyəri eyni deyil. Bəzi növlər əhəmiyyətli miqdarda çirkləndiric
29.10.2026 1053