Siniflərdə Şagird Sıxlığı Təhsilin Keyfiyyətinə Necə Təsir Edir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Siniflərdə Şagird Sıxlığı Təhsilin Keyfiyyətinə Necə Təsir Edir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMAAzərbaycanda orta məktəblərdə siniflərdə şagird sayının normadan artıq olması son illər təhsil sahəsində ən çox müzakirə olunan problemlərdən birinə çevrilib. Xüsusilə böyük şəhərlərdə və əhalinin sıx yaşadığı ərazilərdə bəzi siniflərdə 28-30, hətta daha çox şagirdin təhsil alması müəllimlərin işini çətinləşdirir, dərs prosesinin keyfiyyətinə mənfi təsir göstərir.

Şagird sayının çox olması müəllimin hər bir uşağa fərdi yanaşma imkanlarını məhdudlaşdırır, bu isə həm dərslərin mənimsənilməsinə, həm də şagirdlərin ümumi inkişafına təsirsiz ötüşmür.
Siniflərdə Şagird Sıxlığı Təhsilin Keyfiyyətinə Necə Təsir Edir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı təhsil eksperti Şəmsi Qoca BiG.AZ-a açıqlamasında bildirdi ki, təhsil sahəsinin ən ağrılı, həmçinin aktuallığını heç vaxt itirməyən fundamental mövzularından biri olan siniflərdə şagird sıxlığı - istər ibtidai, istərsə də yuxarı siniflərdə birbaşa tədrisin keyfiyyətinə, müəllimin psixoloji durumuna və ən əsası, şagirdin fərdi inkişafına mənfi təsir göstərən əsas amillərdəndir. Onun sözlərinə görə, təhsil sadəcə mexaniki informasiya ötürülməsi prosesi deyil; o, canlı bir ünsiyyət, hər bir uşağın daxili dünyasına açılan bir pəncərədir: "Böyük filosof Sokratın da qeyd etdiyi kimi, müəllim bilik doğuzduran bir bələdçidir. Lakin bu gün siniflərdə 28-30 və daha çox şagirdin əyləşməsi pedaqoji baxımdan fərdi yanaşma prinsipini tamamilə heçə endirir. 45 dəqiqəlik bir dərs saatında bu qədər böyük bir auditoriyada müəllim hər şagirdə bir-iki dəqiqədən artıq vaxt ayıra bilmir ki, bu qısa zaman kəsiyində uşağın mövzunu necə qavradığını yoxlamaq, onun suallarına cavab vermək və zəif tərəflərini bərpa etmək fiziki olaraq qeyri-mümkündür. Belə sıxlıqda müəllim məcburən dərsi sinfin ümumi, orta səviyyəsinə uyğun qurur; nəticədə isə həm istedadlı, potensialı yüksək olan uşaqlar diqqətdən kənarda qalaraq geriləyir, həm də qavraması nisbətən zəif olan şagirdlər materialı tam mənimsəyə bilməyərək təhsildən soyuyurlar.

Bu vəziyyət müasir kurikulumun və interaktiv metodların da mahiyyətini iflic edir. İndiki təhsil sisteminin əsasında dayanan qrup işləri, layihə əsaslı öyrənmə və diskussiyalar belə sıx siniflərdə böyük bir xaosa yol açır, dillərin öyrənilməsində şifahi nitq, dəqiq elmlərdə isə laboratoriya və təcrübə işləri sadəcə formal xarakter daşımağa başlayır. Müəllim səs-küyü idarə etməyə, nizam-intizamı qorumağa o qədər enerji sərf edir ki, dərsin yaradıcı və kəşfiyyat xarakterli hissəsinə yer qalmır. Sinif otağı təkcə elmi biliklərin verildiyi məkan deyil, həm də uşağın cəmiyyətə adaptasiya olunduğu, sosiallaşdığı kiçik bir sosiomdur. Aşırı sıxlıq və qapalı məkanda çox sayda insanın varlığı uşaqlarda aqressiyaya, diqqət dağınıqlığına və tez yorulmaya səbəb olur. Digər tərəfdən, hər gün bu qədər böyük kütlə qarşısında daxili enerjisini bölüşən müəllim çox tez mənəvi və fiziki olaraq tükənir (burnout) və onun bu emosional gərginliyi zəncirvari reaksiya ilə birbaşa uşaqlara ötürülür. Hətta qiymətləndirmə və geri bildiriş prosesi də keyfiyyətsizləşir, çünki bu qədər şagirdin kiçik və böyük summativ qiymətləndirmə işlərini obyektiv yoxlamaq, hər bir səhvin üzərində uşaqla fərdi işləmək müəllimdən nəhəng zaman tələb etdiyindən, proses sadəcə rəqəmlərin yazılmasından ibarət formal bir formaya bürünür.

Problemin uzun illərdir həll olunmamasının arxasında həm demoqrafik, həm də infrastruktur amilləri dayanır. Xüsusilə Bakı və Abşeron ərazisində əhalinin sıxlığı, bəzi məktəblərin "reytinqli" hesab edilərək valideynlər tərəfindən süni şəkildə yüklənməsi bu vəziyyəti kəskinləşdirir. Problemin yeganə fundamental həlli yeni məktəb binalarının tikilməsi, mövcud məktəblərdə korpusların sayının artırılması və beynəlxalq təhsil standartlarına uyğun olaraq siniflərdə şagird sayının maksimum 15-20 nəfər aralığında saxlanılmasıdır. Eyni zamanda, valideynlərin yalnız müəyyən mərkəzi məktəblərə axınının qarşısını almaq üçün kənar qəsəbə və kəndlərdəki təhsil ocaqlarının da maddi-techniki və kadr bazası eyni səviyyəyə çatdırılmalıdır. Əgər biz insan kapitalının formalaşmasından, gələcəyin savadlı, yaradıcı və fəlsəfi təfəkkürlü gəncliyindən danışırıqsa, təhsilin "konveyer" üsuluna çevrilməsinə yol verməməliyik. Belə böyük siniflərdə müəllim pedaqoqdan daha çox, asayişi qoruyan bir nəzarətçiyə çevrilmək məcburiyyətində qalır. Təhsilin keyfiyyətini artırmağın yolu siniflərin divarlarını genişləndirməkdən deyil, ordakı şagird sayını optimallaşdırıb ruhən hər bir uşağa toxuna bilməkdən keçir".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 538   Tarix: 03 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kanada və ABŞ ticarət sazişi üzrə danışıqlarda irəliləyişə nail olub

Kanada və ABŞ ticarət sazişinin bağlanmasına doğru irəliləyirlər, lakin hələ ki, razılaşma əldə olunmayıb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Mark Karni bildirib. O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampla uzunmüddətli və məzmunlu telefo

14.11.2026 177
.

Yaponiyada 3.3 milyon insanın məlumatları oğurlandı

Yaponiyanın "Keisei Electric Railway" dəmiryolu operatoru bazalarına icazəsiz giriş nəticəsində müştərilərin şəxsi məlumatlarının sızması barədə informasiya yayıb. xəbər verir ki, operatorun məlumatında bildirilib ki, təxminən 3.37 milyon istifadəçinin şəxsi məlumatları oğurlanmış ola bilər

14.11.2026 196
.

"Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək

Azərbaycanda istilik haqlarını ödəməyən binalara istiliyin verilməsi mümkün olmayacaq. Bu barədə "Report"un sorğusuna cavab olaraq "Azəristiliktəchizat" ASC-dən məlumat verilib. Bildirilib ki, builki istilik mövsümündə 178 minə yaxın mənzilin istiliklə təmin edilməsi nəzərdə tutulur

14.11.2026 210
.

Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var

Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. "Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Çerkassi küçəsində qeydə alınıb. Hərəkətdə olan "Changan" və "BYD" markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirində

14.11.2026 212
.

Pensiya və maaşların verilməsi ilə bağlı YENİLİK - Vətəndaşlar sevinəcək

Azərbaycanda əməkhaqları və pensiyaların ödənilməsi qaydası dəyişə bilər. Yeni təklifə əsasən, işçilərə verilən əməkhaqqı və digər ödənişlər elektron ödəniş sistemi vasitəsilə onların seçdiyi bank hesabına köçürüləcək. Bu yenilik hansı üstünlükləri vəd edir?. -a danışan iqtisadçı Elçin Rəşidov deyi

14.11.2026 239
.

Bazar günü hava belə olacaq

Noyabrın 15-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qər

14.11.2026 224
.

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Türkiyə ərazisindən Suriyaya 1 milyard 197,1 milyon kubmetr həcmində Azərbaycan təbii qazı göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Bu göstəric

14.11.2026 188
.

Rusiya Odessaya hərbi yük daşıyan gəmini vurdu

Rusiya qoşunları Odessa vilayətindəki Çornomorsk limanına hərbi yüklər daşıyan gəmini vurub. -ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib. "Zərbə nəticəsində dəniz yolu ilə keçən limana hərbi yüklər çatdıran yük gəmisi vurulub", - deyə bildirili

14.11.2026 131
.

İran AEBA yoxlamalarının bərpası şərtlərini açıqlayıb

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi Tehrana qarşı texniki və hüquqi cəhətdən əsassız qətnamələrə əsaslanır. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" İranın Vyanadakı (Avstriya) Daimi Nümayəndəliyinin bəyanatına istinadən məlumat yayıb

14.11.2026 145
.