Yaponiyalı alimlər xroniki yorğunluğu B qrupu vitaminlərinin çatışmazlığı ilə əlaqələndiriblər
Osaka Metropoliten Universitetinin professor Hiroaki Kanouçinin rəhbərlik etdiyi elmi qrupu suda həll olunan vitaminlərin çatışmazlığı ilə xroniki yorğunluq sindromunun yaranması arasında qarşılıqlı əlaqə müəyyən edib.
"Report"un məlumatına görə, araşdırmanın nəticələri "Medical Xpress" jurnalında dərc olunub.
Alimlər fol turşusu (B9) və B12 vitamini çatışmazlığının insanın ümumi rifahı ilə birbaşa korrelyasiyaya malik olduğu barədə fərziyyə irəli sürüblər. Tədqiqatın əsas obyekti homosistein olub - bu, qanda səviyyəsi qeyd olunan maddələrin qeyri-kafi qəbulu zamanı yüksələn biomarkerdir. Eksperimentə Yaponiyanın 600-ə yaxın sağlam sakini cəlb edilib, onlardan qan analizləri götürülüb, həmçinin xüsusi şkalalar vasitəsilə motivasiya və yorğunluq dərəcələri müəyyən edilib.
Analizin nəticələri göstərib ki, homosistein konsentrasiyası yüksək olan iştirakçılarda cinsindən asılı olmayaraq, B12 və B9 vitaminlərinin səviyyəsi davamlı olaraq aşağı qeydə alınıb. Bununla belə, kişilərdə və qadınlarda yorğunluğun təzahür forması fərqli olub. Kişilərdə biomarkerin yüksək göstəriciləri fiziki tükənmə ilə əlaqələndirildiyi halda, qadınlarda qida maddələrinin çatışmazlığı motivasiyanın düşməsində özünü büruzə verib.
"Sağlam insanlarda B12 vitamini, fol turşusu və yorğunluq arasında aşkar edilən bu qarşılıqlı əlaqə, yəqin ki, ilk bu cür elmi müşahidədir", - Kanouçi bildirib.
Tədqiqat qrupunun rəhbəri izah edib ki, tibb praktikasında homosisteinin səviyyəsi ənənəvi olaraq yalnız ürək-damar patologiyaları, demans və sümük sınıqları riskləri ilə əlaqədar qiymətləndirilirdi. O qeyd edib ki, yeni məlumatlar gələcəkdə yorğunluq və motivasiya göstəricilərinin də nəzərə alınmasının vacibliyinə dəlalət edir. Homosistein konsentrasiyasının artmasının qarşısını almaq üçün B12 vitamini və fol turşusu çatışmazlığına yol verməmək prinsipial əhəmiyyət kəsb edir. Kanouçinin sözlərinə görə, daimi olaraq balanslaşdırılmış pəhriz saxlamaq həlledici rol oynayır.
Analiz zamanı tədqiqatçılar insanın ümumi vəziyyətinə təsir göstərən digər amilləri, o cümlədən sınaqdan keçənlərin yaşını, yuxu müddətini, iş yükünün intensivliyini və qidalanma vərdişlərini də nəzərə alıblar. Müəlliflər vurğulayıblar ki, müasir cəmiyyət şəraitində xroniki yorğunluq problemi sırf fərdi məsələ çərçivəsindən kənara çıxıb.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHəkimlər qadınlara xəbərdarlıq etdilər: 30 yaşdan sonra...
30-40 yaşlı qadınlarda ovarial rezerv (yumurtalıq ehtiyatı) və süd vəzilərinin sağlamlığı yoxlanmalı, eləcə də onlar uşaqlıq boynu xərçənginə görə müayinədən keçməlidirlər. -ın xəbərinə görə, bu barədə rusiyalı həkimlər "Birinci kanal"da yayımlanan "Yaşamaq gözəldir!" adlı verilişd
06.09.2026 295 "Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qeyd olunur ki, öskürəyin müddəti ilə yanaşı, nə vaxt yarandığı, necə keçdiyi və hans
20.09.2026 231 Ürək üçün faydalı olan 6 dəniz məhsulu
Ürək sağlamlığından narahat olan şəxslər qida rasionuna bəzi dəniz məhsullarını əlavə edə bilərlər. Dəniz məhsulları omeqa-3 yağ turşuları ilə zəngindir. Lakin bəzi növlər ürək sağlamlığı baxımından digərlərindən daha faydalı hesab olunur. Qaynarinfo xəbər verir ki, "Verywell Health" kardioloql
14.09.2026 464 Şirin və faydalı: Alimlər sağlamlıq üçün ən yaxşı mürəbbəni açıqladı
Mürəbbənin faydası onu alarkən və ya hazırlayarkən nadir hallarda nəzərə alınır. Çünki mürəbbə adətən çay yanında sadəcə şirin desert hesab edilir. Lakin əslində mürəbbə sağlam qidalanmaya müəyyən qədər faydalı əlavə ola bilər. Qaynarinfo xəbər verir ki, "Antioxidants" jurnalının tədqiqat qrupunda
14.09.2026 409 Alimlər: Zövq üçün mütaliə istənilən yaşda beyni qoruyur
Kembric Universitetinin alimləri müəyyən ediblər ki, zövq üçün mütaliə beynin fəaliyyətini yaxşılaşdırır və demensiyanın inkişaf riskini azaldır. Qaynarinfo xəbər verir ki, "Psychological Medicine" jurnalında dərc olunan icmalda tədqiqatçılar kitabların hər yaşda insanlara stressin öhdəsində
16.09.2026 255 İltihabla mübarizə aparan 8 çay növü - Diyetoloqların seçimi
Xroniki iltihab diabet, ürək-damar xəstəlikləri və artritlə əlaqələndirilir. Diyetoloq Bonni Taub-Diks "Good Housekeeping"ə açıqlamasında bildirib ki, adi bir fincan çay tərkibindəki faydalı maddələr sayəsində sağlamlığı dəstəkləməyin sadə və dadlı üsuluna çevrilə bilər. Qaynarinfo xəbər veri
11.09.2026 372 Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər
Gecə yuxusu zamanı işığa məruz qalmaq ürəyin quruluşuna və fəaliyyətinə mənfi təsir göstərə bilər. xəbər verir ki, "European Heart Journal" jurnalında dərc olunan yeni araşdırmada gecə işığı ilə ürək-damar sağlamlığı arasındakı əlaqə araşdırılıb. Tulane Universitetinin tədqiqatçıları ürək-dama
12.09.2026 247 Hansı bel ağrısı xərçəngə işarə edə bilər?
Bel ağrısı çox vaxt yaşla bağlı adi problem kimi qəbul edilir. Lakin 50 yaşdan sonra yaranan yeni, uzunmüddətli və qeyri-adi ağrılar daha diqqətli yanaşma tələb edir. xəbər verir ki, bel ağrısı insanların həyatları boyunca ən azı bir dəfə qarşılaşdığı ən geniş yayılmış problemlərdən biridir. Adətən bel
20.09.2026 207 Erkən ölüm riskini azaltmağın sadə yolu tapılıb
Sürətli yeriməyin gündəlik addım sayı nisbətən az olan insanlarda belə erkən ölüm riskini azalda biləcəyi müəyyən edilib. xəbər verir ki, alimlər 100 mindən çox orta və yaşlı insanın məlumatlarını təxminən 8 il ərzində araşdırıblar. Nəticələrə görə, gündə 5 min addımdan az atan, lakin dəqiqədə ən az
09.09.2026 377