Ürək üçün ən faydalı şirə: 14 günə təzyiqi azalda bilər
Çuğundur şirəsi uzun illərdir ürək-damar sistemini dəstəkləyən içkilərdən biri kimi tanınır. Lakin Ekseter Universitetinin britaniyalı alimlərinin yeni araşdırması göstərib ki, onun təsiri əvvəllər düşünüləndən daha geniş ola bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə ABCZdrowie.pl yazır.
Tədqiqatçılar çuğundur şirəsinin tərkibindəki nitratların gənc və yaşlı insanlara təsirini araşdırıblar. İştirakçılar iki həftə ərzində gündə iki dəfə bu şirəni içiblər. Müqayisə üçün başqa mərhələdə onlara nitrat olmayan plasebo şirə verilib.
Nəticələr xüsusilə yaşlı iştirakçılarda daha aydın olub: iki həftəlik çuğundur şirəsi istifadəsindən sonra arterial təzyiqin azaldığı müşahidə edilib. Gənclərdə isə ağız mikrobiomunda dəyişikliklər qeydə alınıb, lakin bu dəyişikliklər təzyiqə ciddi təsir göstərməyib.
Alimlərin izahına görə, çuğundur və digər tərəvəzlərdə olan nitratlar ağız boşluğundakı bakteriyalar vasitəsilə oksid azotuna çevrilir. Bu maddə qan damarlarını genişləndirir və nəticədə arterial təzyiqin tənzimlənməsinə kömək edir.
Tədqiqatın müəlliflərindən professor Anni Vanxatalo bildirib ki, yaş artdıqca orqanizm daha az oksid azotu istehsal edir və bu da təzyiq problemləri və ürək-damar risklərini artırır.
O həmçinin qeyd edib ki, çuğundur sevməyənlər nitratla zəngin digər məhsullardan da istifadə edə bilərlər: ispanaq, rukola, fenxel, kərəviz və kələm.
Araşdırmada yaşlı iştirakçılarda ağız mikrobiomunda da dəyişikliklər qeydə alınıb: zərərli bakteriyaların sayı azalarkən faydalı bakteriyalar artıb. Bu isə qidalanmanın yalnız bədənə deyil, həm də mikrobioma təsir etdiyini göstərir.
Digər tədqiqatlar göstərir ki, nar şirəsi də qan təzyiqini azalda bilər. O, güclü antioksidant olan polifenollarla zəngindir və ürək-damar xəstəlikləri riskini azaldır.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Dəri problemləri və saç tökülmələri ginekoloji xəstəliklərin əlaməti ola bilər" - VİDEO
"Dəri problemləri və saç tökülmələri bəzən hansısa ginekoloji xəstəliklərin əlaməti ola bilər". xəbər verir ki, bu sözləri mama-ginekoloq Şölə Əkbərova MediaPost TV-də çıxışı zamanı bildirib. Dəri problemlərinin yetkinlik dövrünə təsadüf etdiyini bildirən həkim, yanlış aparılan müalicələri
31.08.2021 1465 Məşhur dieotoloqların arıqlama sirri
Dünyanın məşhur dietoloqlarının hansı yollarla arıqlaması hər zaman maraq kəsb edib. Axşam.az Rusiya mətbuatına istinadən məşhur dietoloqların arıqlama üsulunu təqdim edir:. Ekspert-dietoloq Yuliya Çexoninadan möhtəşəm pəhriz. Doğru səhər yeməyi - 5 kq. arıqladır. "Sağlam bəslənməyə çalışıram. Amm
21.08.2021 1439 Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI
Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. BİG.AZ -a istinadən xəbər verir ki, bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir
31.08.2021 1662 Ömürlük dərmana məhkum olan "Miasteniya" xəstələri əməliyyatla sağala bilər? - CƏRRAH AÇIQLADI
Bir çoxlarının məlumatsız olduğu "Miasteniya Gravis" xəstəliyindən müalicə alan insan sayı təəssüf ki Azərbaycanda da az deyil. Lakin bu xəstəlik haqqında eşitmədikləri üçün artıq miasteniyanın ağırlaşmış formasında həkimə müraciət edirlər. Bəs bu xəstəliyin simptomları nədir? Onun barəsi
08.09.2021 960 İsti havalarda orqanizminizi bunlarla qoruyun
Havaların çox isti keçməsi bir çoxlarının səhhətində problemlər yaradır. Yüksək temperatur metabolizmdə dəyişikliyə səbəb olur. Xroniki xəstəliyi olanlar, uşaqlar və yaşlılar isti havada xüsusi qulluq tələb edir. İsti hava ürək, sinir xəstəliklərinin artmasına gətirib çıxarır. İsti havada bədən temperatur
15.08.2021 1261 Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI
Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. Bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir: "Heç bir araşdırma bun
05.09.2021 2454 ŞOK ARAŞDIRMA: Koronavirus xəstəlikdən bir neçə ay sonra BU ORQANA KEÇİR
"Koronavirus xəstəlikdən bir neçə ay sonra da bağırsaq divarlarından alınan nümunələrdə aşkar edilə bilər". Bu barədə Rospotrebnadzor Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun klinik və analitik işlər üzrə direktor müavini Natalya Pşeniçnaya TASS-a məlumat verib. O qeyd edib ki, bəzi xəstələrd
29.08.2021 1543 Həddən artıq tərləmənin SƏBƏBLƏRİ
Tərləmə fizioloji prosesdir. Tərləmənin köməyi ilə bədənimiz öz normal hərarətini saxlayır. -a istinadla bildirir ki, mütəxəssislər bununla bağlı maraqlı məlumatlar verir:. - Bundan əlavə tərlə birlikdə orqanizmdən artıq və ziyanlı maddələr (toksinlər, şlaklar və s.) ifraz olunur. İnsana isti oland
18.08.2021 1367 "Miasteniya Gravis" xəstələri vaksin vurdura bilər? - AÇIQLAMA
Elə xəstəliklər var ki, tibb elmi səbəblərini 100 illərdir, sonadək müəyyən edə bilmir. XVII əsrdən tibbə bəlli olan Miasteniya ("əzələ zəifliyi" anlamını verir) xəstəliyi də bu siyahıya aiddir. Miasteniya - immunitetin pozulması nəticəsində baş qaldıran klassik autoimmun əsəb-əzələ xəstəliyidir
08.09.2021 863