Yuxusuzluq kökəlmənin gizli səbəbi ola bilər
Rusiyalı psixoloq Rodion Çepalov bildirib ki, yuxusuzluq çəki artımına təkcə fizioloji deyil, psixoloji baxımdan da birbaşa təsir edir.
Ölkə.az-ın xəbərinə görə, o, "Lenta.ru"ya açıqlamasında qeyd edib ki, insan az yatanda beyin ətraf mühiti daha stresli və təhlükəli qəbul edir, orqanizm isə sürətli enerji toplama rejiminə keçir.
"İnsan 4-5 saat yatır, bütün günü qəhvə ilə ayaqda qalmağa çalışır, axşam isə özünü saxlaya bilməyib şirniyyat və ya yağlı qidalara yönəlir. Bu, iradəsizlik deyil, sinir sisteminin resursları tez bərpa etmək cəhdidir", - deyə Çepalov bildirib.
Psixoloq bunun bir neçə mexanizmini izah edib. Onun sözlərinə görə, birinci səbəb emosional həddindən artıq yeməkdir. Yuxusuzluq əsəbilik və narahatlığı artırır, yemək isə insan üçün sakitləşdirici vasitəyə çevrilir.
"İkinci səbəb özünüidarənin zəifləməsidir. Yorğun beyin qərarları daha pis verir, buna görə də insan qəlyanaltılardan imtina etməkdə çətinlik çəkir. Üçüncü səbəb isə fiziki aktivliyin azalmasıdır. Pis yuxudan sonra insanlar daha az hərəkət edir və passiv istirahətə üstünlük verirlər", - deyə o izah edib.
Çepalov vurğulayıb ki, xroniki yuxusuzluq hətta qida qəbuluna münasibəti də dəyişir. Sadə qidalar daha az cəlbedici görünür, beyin isə yüksək kalorili yeməklərə daha çox meyl edir.
Psixoloqun fikrincə, yuxu "itirilmiş vaxt" deyil, sinir sisteminin bərpası üçün əsas ehtiyaclardan biridir. O əlavə edib ki, bəzi hallarda yuxu rejiminin normallaşdırılması sərt pəhrizlərdən daha tez çəki azalmasına kömək edə bilər.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHəkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?
Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. Ölkə.az yerli mətbuata istinadən xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır
20.10.2026 1076 Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. BİG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdır (araxis). O bildirib ki, botaniki baxımdan yerfındığı çərəzlərə deyil
15.11.2026 404 Üzü yumaq üçün ən yaxşı vaxt - Dermatoloqdan tövsiyə
Üz dərisinə qulluq zamanı yalnız istifadə olunan vasitələr deyil, onların tətbiq edildiyi vaxt da əhəmiyyət daşıyır. Dermatoloq Con Kibbi üzün yuyulması üçün səhər və axşam saatlarının əksər insanlar üçün uyğun olduğunu bildirib. Qaynarinfo xəbər verir ki, Kolorado Universitetinin Tibb Məktəbinin dermatologiy
27.10.2026 1049 Gündə 4 qoz yemək orqanizmdə hansı dəyişikliklər yaradır?
Qoz faydalı yağlar, bitki mənşəli zülal, lif, vitamin və minerallarla zəngin çərəzlərdən biridir. Onun müntəzəm istehlakı ürək-damar sisteminin fəaliyyətini dəstəkləyə və gündəlik qidalanmanın keyfiyyətini yaxşılaşdıra bilər. Ölkə.az BB.LV saytına istinadən xəbər verir ki, gündə təxminən 4 bütöv qo
11.11.2026 654 Sosial şəbəkələrdən uzun müddət istifadə depressiyaya səbəb ola bilər
Sosial şəbəkələrdə gündəlik keçirilən vaxt böyüklər arasında depressiya barədə məlumat verilməsi ilə əlaqəli əsas amillərdən biri kimi müəyyən edilib. Bu əlaqə ABŞ-da 11 il ərzində aparılan sorğularda müşahidə olunub. Qaynarinfo xəbər verir ki, araşdırma Şimal-Qərb Universiteti və Sinsinnati Universitetini
02.11.2026 871 Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?
Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır. Buna görə çayı şəkərsiz içmə
18.10.2026 956 Ən faydalı və ən zərərli balıq növləri
Balıq sağlam qidalanma rasionuna daxil edilməsi ən çox tövsiyə olunan məhsullardan biridir. Çünki onun tərkibində yüksək keyfiyyətli zülal, vitaminlər, minerallar və omeqa-3 yağ turşuları var. Bununla belə, bütün balıq növlərinin qida dəyəri eyni deyil. Bəzi növlər əhəmiyyətli miqdarda çirkləndiric
29.10.2026 1053 Payızda "xoşbəxtlik hormonu": Gündə bir ovuc qoz əhval-ruhiyyəni yaxşılaşdıra bilər
Qoz yalnız ürək və beyin sağlamlığı üçün deyil, əhval-ruhiyyənin yaxşılaşmasına da müsbət təsir göstərə bilər. Yeni araşdırmaya əsasən, hər gün bir ovuc qoz yemək əhval pozuntularının azalması ilə əlaqəli ola bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Hazipatika" nəşri yazıb. İspaniyalı alimləri
04.11.2026 771 Qrip, soyuqdəymə, yoxsa COVID-19? - ÜST yeni variantın əlamətlərini açıqladı
Koronavirusun yeni PJ.2.1 variantının simptomları adi soyuqdəymə və ya qripin əlamətlərinə bənzəyə bilər. "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. "COVID-19, qrip və digər respirator infeksiyaların simptomları üst-üstə düşə bilər"
08.11.2026 664