Alimlər bəzi insanların altshaymer xəstəliyinə dözümlülüyünü üzə çıxarıblar
Merdok Universitetinin (Avstraliya) və "AdventHealth" tibb mərkəzinin (ABŞ) alimləri müəyyən ediblər ki, beyin sağlamlığının qeydinə qalmaq altshaymer xəstəliyinin yaddaşa və koqnitiv qabiliyyətlərə təsirini əhəmiyyətli dərəcədə zəiflədə bilər.
"Report" xəbər verir ki, işin nəticələri "Medical Xpress" nəşrində təqdim olunub.
Tədqiqat çərçivəsində müstəqil yaşayan və yaddaş pozğunluğu və ya demensiya ilə bağlı qoyulmuş diaqnozu olmayan 65-80 yaş arası 600-dən çox ABŞ sakini müayinə edilib. Qan analizləri və maqnit rezonans tomoqrafiyası (MRT) vasitəsilə mütəxəssislər altshaymer xəstəliyinə xas olan erkən patoloji əlamətləri qeydə alıb, həmçinin koqnitiv qabiliyyətləri - diqqəti, işçi yaddaşı, məlumatların emalı sürətini və icraedici funksiyaları test ediblər. Bundan əlavə, sosial parametrlər - iştirakçıların təhsil səviyyəsi, gəlirləri və maliyyə rifahı nəzərə alınıb.
"İşimizin əsas nəticəsi ondan ibarətdir ki, beynin ümumi sağlamlığının qorunması altshaymer xəstəliyinin səbəb olduğu dəyişikliklərin koqnitiv funksiyalara təsirini yumşalda bilər", - tədqiqatın aparıcı müəllifi, Merdok Universitetindən doktor Kelsi Syuell qeyd edib.
Bundan əlavə, nəticələr nümayiş etdirib ki, daha yüksək sosial-iqtisadi vəziyyətə malik insanlar xəstəliyin yaddaşa təsiri qarşısında daha az həssas ola bilərlər. Bununla belə, bu qarşılıqlı əlaqənin təsdiqlənməsi üçün gələcək elmi tədqiqatlara ehtiyac var.
"Bu qoruyucu mexanizmlərin dərk edilməsi xəstəliyin yaddaş və düşüncə prosesləri üçün fəsadlarını minimuma endirməyə yönəlmiş daha erkən və dəqiq strategiyalar yaratmağa imkan verəcək", - deyə Syuell vurğulayıb.
Onun sözlərinə görə, beyin sağlamlığını qorumaq üçün sistemli şəkildə fiziki hərəkətlər etmək, sağlam qidalanma prinsiplərinə riayət etmək, tam yuxunu təmin etmək və mütəmadi olaraq qarşıya yeni intellektual tapşırıqlar qoymaq kimi aktiv həyat tərzi sürmək vacibdir.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş101 yaşlı keşiş uzunömürlülüyünün sirrini açıqladı: "Özünüz olun, sevin və sağlam qidalanın"
ABŞ-da yaşayan 101 yaşlı Robert Klement uzunömürlülüyünün sirrini açıqlayıb. Qaynarinfo-nun TODAY nəşrinə istinadən məlumatına görə, Klement uzunömürlülüyünün konkret sirrini bilmədiyini desə də, sağlam və xoşbəxt həyat üçün vacib hesab etdiyi prinsipləri bölüşüb. Onun sözlərinə görə, insan ilk növbəd
01.07.2026 366 Həkim yayda xroniki ağciyər xəstəliyinin kəskinləşməsinin səbəblərini açıqladı
"Xroniki obstruktiv ağciyər xəstəliyinin adətən "qış xəstəliyi" kimi qəbul edilməsinə baxmayaraq, bürkü, smoq (tüstü və his qarışığı olan qatı duman) və artan rütubət bu problemdən əziyyət çəkənlərin səhhətində ağırlaşmalara yol aça bilər". xəbər verir ki, bu barədə -ya rusiyalı pulmonolo
28.06.2026 375 İltihabı zəncəfildən daha təsirli şəkildə aradan qaldıran 8 qida
İltihab təkcə zədə və ya ağrıdan sonra yaranan şişkinlik deyil. Bədəndə illərlə səssiz şəkildə davam edən xroniki iltihabın ürək-damar xəstəlikləri, diabet və artrit kimi problemlərin inkişafı ilə əlaqəli olduğu elmi araşdırmalarda göstərilir. Buna görə "iltihabı azaltmaq üçün nə yemək lazımdır"
01.06.2026 458 Alimlərdən yeni kəşf: Ağ saçlar xərçəngdən qoruyur
Yaponiyanın Tokio Universitetinin alimləri saçların ağarması ilə bağlı maraqlı araşdırma aparıblar. xəbər verir ki, tədqiqatın nəticələrinə görə, saçın ağarması təkcə yaşlanmanın əlaməti deyil, həm də orqanizmin təhlükəli genetik dəyişikliklərə qarşı müdafiə mexanizmi ola bilər. Araşdırmada bildirili
20.06.2026 254 45 yaşdan sonra arıqlamaq niyə çətinləşir?
45 yaşdan sonra qadınların bədənində baş verən hormonal dəyişikliklər səbəbindən artıq çəki problemi daha çox müşahidə olunur. Mütəxəssislər bildirirlər ki, bu yaş dövründə bədənin dəyişməsi təbii prosesdir və əsas səbəb metabolizmin kəskin zəifləməsi deyil, hormonal balansın dəyişməsidir. Qaynarinf
03.06.2026 483 Hansı daha xeyirlidir, yemiş, yoxsa qarpız? - İki meyvənin müqayisəsi
Yay mövsümünün ən məşhur giləmeyvələrindən olan qarpız və yemiş həm susuzluğu yatırması, həm də orqanizmi nəmləndirməsi ilə seçilir. Mütəxəssislər bu iki meyvənin faydalarını müqayisə edərək hansı hallarda hansına üstünlük verilməsinin daha məqsədəuyğun olduğunu izah ediblər. xarici mediaya istinadl
07.06.2026 476 Bir çox xəstəliyi müalicə edən MASAJ
Masaj xidməti bir çox xəstəlikləri sağaldır, masaj zamanı Təbii yağlardan istifadə olunur, sizin bədənizdə olan oynaq ağrıları, bel ağrıları, baş ağrılarını vaxtında götürür. Dünyada edilən masajların 90 %-i tibbi masajdır. Avropada və Şərqdə həkimlər masajı resept olaraq yazırlar. Masaj inteqtaiv bi
10.06.2026 3108 Səkkiz saat yatmaq həmişə faydalı deyil
Bir çox insan hesab edir ki, sağlam qalmaq üçün hər gecə mütləq səkkiz saat yatmaq lazımdır. Lakin həkimlər bildirirlər ki, yuxunun müddəti qədər onun hansı saatda başladığı da böyük əhəmiyyət daşıyır. xəbər verir ki, orqanizm üçün yalnız neçə saat yatmaq deyil, həm də nə vaxt yatmaq vacibdir. Əgər insa
21.06.2026 238 Alimlərdən sensasiyalı kəşf: Faydasız hesab edilən orqan xərçəng riskini ikiqat azaldırmış
Timus vəzisi uzun illər yalnız uşaqlar üçün vacib olan orqan hesab edilirdi. Hətta onun böyüklər üçün appendiks kimi funksiyasız olduğu düşünülürdü. xəbər verir ki, bu barədə AİF.ru məlumat yayıb. Məlumatda bildirilir ki, Harvard Universitetinin alimlərinin apardıqları araşdırma timus vəzisi ilə bağl
21.06.2026 403