Ağcaqanadlar niyə məhz sizi dişləyir? Səbəbi "maqnit" təsiri ola bilər
Ağcaqanadların bəzi insanları digərlərinə nisbətən daha tez-tez dişlədiyi hamıya məlumdur. Mütəxəssislər bildirirlər ki, bu vəziyyət ətraf mühitdən tutmuş həyat tərzinə qədər bir çox fərqli amildən asılıdır.
Milli.Az ağcaqanadların sizi hədəf seçməsinin əsas səbəblərini təqdim edir:
Qan qrupu və kimyəvi siqnallar
Ağcaqanadlar insan bədənindən yayılan müxtəlif kimyəvi və fiziki siqnalları qəbul edərək hərəkət edirlər. Bəzi elmi araşdırmalar göstərir ki, ağcaqanadlar xüsusilə müəyyən qan qruplarına (xüsusən 0 qrupuna) daha çox maraq göstərirlər. Bu, dərinin ifraz etdiyi və qan qrupu haqqında məlumat daşıyan kimyəvi maddələrlə əlaqədardır.
Karbon qazı və maddələr mübadiləsi
Ağcaqanadların ən əsas izləmə mexanizmi karbon qazıdır (CO2). Nəfəs verərkən xaric etdiyimiz karbon qazı onlar üçün mühüm bir istiqamət siqnalıdır. Maddələr mübadiləsi sürətli olan insanlar daha çox karbon qazı istehsal etdikləri üçün ağcaqanadlar tərəfindən daha tez fark edilirlər.
Tər və fiziki aktivlik
Fiziki aktivlikdən sonra bədəndən ifraz olunan maddələr də bu həşəratları cəlb edir. Xüsusilə tərlə birlikdə xaric olan laktik turşu, ağcaqanadlara "yaxınlıqda bir hədəf var" siqnalını ötürür.
Geyim rəngi və bədən istiliyi
Ağcaqanadlar təkcə qoxuya deyil, həm də vizual görüntüyə önəm verirlər:
Rənglər: Tünd rənglər (qara, tünd göy) ağcaqanadlar üçün daha diqqətçəkəndir. Açıq rəngli geyinən insanlar daha az hədəf olurlar.
İstilik: Ağcaqanadlar istiliyi hiss edir və daha isti bölgələrə meyl edirlər. Bədən hərarəti yüksək olan insanlar daha çox dişlənmə riski daşıyır.
Digər amillər: Alkoqol qəbulu, hamiləlik və artıq çəki də maddələr mübadiləsini və bədəndən yayılan siqnalları artıraraq sizi ağcaqanadlar üçün cəlbedici edə bilər.
Necə qorunmalı?
Ağcaqanadların ən aktiv olduğu dan yeri söküləndə və gün batanda açıq havada çox qalmamaq tövsiyə olunur.
Uzunqol və açıq rəngli paltarlara üstünlük verilməlidir.
Tərkibində DEET olan həşərat qovucu spreylərdən istifadə etmək olar.
Külək ağcaqanadların uçuşunu çətinləşdirdiyi üçün qapalı və ya yarı-açıq məkanlarda ventilyator işlətmək faydalıdır.
Dişləmədən sonra nə etməli?
Dişlənən nahiyəni qaşımaq olmaz. Qaşımaq qıcıqlanmanı artırır və infeksiya riskini yüksəldir.
Soyuq kompres tətbiq etmək qaşıntını azaldır.
Güclü qaşıntı zamanı həkim məsləhəti ilə xüsusi kremlərdən və ya allergiyaya qarşı (antihistamin) dərmanlardan istifadə etmək olar.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 424 Tarix: 16 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTənhalıq ömrü 6 il qısaldırmış
Yeni araşdırmaya görə, tənhalıq və sosial təcrid insanın əsas xəstəliklərdən azad yaşadığı müddəti əhəmiyyətli dərəcədə qısalda bilər. Təsirin qadınlar və kişilər arasında fərqli olduğu müəyyənləşib. "Qafqazinfo" xəbər verir ki, "sosial təcrid" insanın başqaları ilə məhdud təmasd
24.09.2026 203 Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
Smartfon istifadəçiləri bəzən ekranın yuxarı hissəsində kiçik yaşıl və ya narıncı nöqtənin göründüyünü müşahidə edirlər. Bir neçə saniyədən sonra yoxa çıxan bu işarə əslində telefonun məxfilik və təhlükəsizlik funksiyalarından biridir. Rəngli indikator tətbiqlərdən birinin telefonun kamerasına və y
19.09.2026 451 Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Mətbəx siyirtmələrinin içini alüminium folqa ilə örtmək üsulu sosial şəbəkələrdə yayılan ev baxımı praktikaları sırasına daxil olub. Bu üsul siyirtmə səthlərini nəmdən və yemək qalıqlarından qorumaq, təmizliyi asanlaşdırmaq və siyirtmənin içindəki işığı artırmaq məqsədilə istifadə olunur. xəbər veri
20.09.2026 559 Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
Qədim inanclara görə, evdə olan ən adi əşyalar belə maddi rifaha və pul bəxtinə təsir göstərə bilər. Pul kisəsində dəfnə yarpağı saxlamaq, qapının ağzındakı xalçanın altına qəpik qoymaq və ya pul kisəsini heç vaxt tam boş buraxmamaq bu cür inanclar sırasındadır. Ən məşhur inanclardan biri giriş qapısını
13.09.2026 265 Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Ömrünü əbədi yaşamaqla keçirmək arzusunda olan texnologiya milyarderləri əslində vaxtlarını boşuna sərf edirlər. Britaniyalı fizik Cim əl-Xəlili belə qənaətə gəlib. Onun fikrincə, həyatı mümkün qədər uzatmaq uğrunda sonsuz yarışa girməkdənsə, insana verilmiş zamanı dəyərləndirməyi öyrənmək daha vacibdir
20.09.2026 258 Tezbazar.Az - Xidmətlər, təmir, tikinti və digər xidmət elanları
Pulsuz elanlar saytı -da təmir, tikinti və digər xidmətlərlə bağlı elanlar yerləşdirilir. Evini təmir etdirməyə hazırlaşanlar və tikintiyə başlamaq istəyənlərin diqqəti bizdə olsun!. Onlayn elanlar platforması olan xidmətinizdədir! Biz sizə hər məsələdə kömək etməyə hazırıq. Təmir və ya tikintiyə başlama
24.09.2026 886 Ev yığışdırmaq arıqladır? - 30 dəqiqədə bu qədər kalori yanır
Oturaq iş və azhərəkətli həyat tərzi fonunda ev yığışdırmaq əlavə kalori yandırmağın sadə yollarından biri ola bilər. xəbər verir ki, adi ev təmizliyi zamanı həftə ərzində təxminən 2690 kilokalori sərf etmək mümkündür. İl ərzində isə bu göstəricinin təxminən 140 min kilokaloriyə çatmaq ehtimalı var
20.09.2026 224 Saatda eyni rəqəmlər niyə gözümüzə dəyir? - Səbəbi açıqlandı
11:11-də arzu tuturuq, 13:13-ü görəndə ehtiyatlanırıq, 17:17 isə bəzilərinə kainatın hansısa mesaj verdiyini düşündürür. Bəs təsadüfi rəqəm uyğunluqlarında taleyin işarəsi axtarmağımızın səbəbi nədir və bu, psixoloji baxımdan nə dərəcədə normaldır?. xarici mediaya istinadla xəbər verir ki, psixologiy
20.09.2026 222 Ofis mebeli seçərkən nələrə diqqət yetirilməlidir ?
Müasir dövrdə ən çox tələb olunan mebellər sırasında ofis mebelləri də var. Ofis mebelləri dedikdə bura müxtəlif mebellər daxildir. ofis kreslosu, ofis divanı, ofis masaları, qeydiyyat şöbəsi üçün masa, müdir kresloları, salon kreslosu, kompüter masası, sənəd dolabı və ofis stol-stulu aiddir. Ofis mebellər
18.09.2026 198