15 dəqiqəlik gəzinti əhvalınızı necə yaxşılaşdıra və stressi azalda bilər?

15 dəqiqəlik gəzinti əhvalınızı necə yaxşılaşdıra və stressi azalda bilər?Yeni araşdırmalar göstərib ki, açıq havada 30 dəqiqəlik sürətli gəzinti əhval-ruhiyyəni 46% yaxşılaşdıra, stress səviyyəsini isə 30% azalda bilər. Neyrobioloq Cek Lyuis son tədqiqatların nəticələrinə əsaslanaraq insanları açıq havada gəzməyə və "beyin üçün faydalı olan hərəkət effektlərindən istifadə etməyə" çağırıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Mirror" yazıb.

"Gəzintinin sevincini" adlı araşdırmaya görə, müntəzəm açıq hava gəzintiləri yorğunluğu 21% azaldır və insanlarda məmnunluq hissini artırır. Təbiətdə aktiv vaxt keçirən iştirakçılarda beynin ön qabığında müsbət emosiyalarla bağlı siqnallar orta hesabla 43% güclənib, bəzi hallarda isə bu göstərici 99,6%-ə çatıb.

Alimlər bildirirlər ki, gəzinti ilə psixoloji vəziyyət arasındakı əlaqə "doza asılılığı" xarakteri daşıyır - yəni açıq havada daha çox vaxt keçirən insanlar daha yüksək əhval və məmnunluq səviyyəsi göstərirlər.

Məlumata görə, hətta 15 dəqiqəlik gəzinti belə diqqət və yaddaşla bağlı beyin fəaliyyətini gücləndirir, konsentrasiya qabiliyyətini 243% artırır və fokuslanma ilə bağlı beyin siqnallarını üç dəfə yüksəldir.

"Bütün məlumatlar göstərir ki, açıq havada gəzinti yalnız bədən üçün deyil, həm də beyin üçün faydalıdır. Bu, yaradıcılığı, diqqəti artırır, yorğunluğu və mənfi emosiyaları azaldır. Elmi baxımdan insanlar açıq havada nə qədər çox vaxt keçirirlərsə, bu, onların beyin dalğalarına bir o qədər müsbət təsir göstərir", deyə Cek Lyuis bildirib.

Decathlon UK-in gəzinti şöbəsinin rəhbəri Coi Çjou isə qeyd edib ki, bu nəticələr elmi cəhətdən təsdiqləndiyi üçün gəzintinin faydalarına olan inam daha da güclənir.

Araşdırmada iştirak edən Olivia Mançester isə bildirib ki, gündəlik şəhər həyatında ailə ilə birlikdə təbiətdə vaxt keçirmək onların stresdən uzaqlaşmasına və daha rahat hiss etməsinə kömək edib.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 662   Tarix: 13 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?

Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. Ölkə.az yerli mətbuata istinadən xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır

20.10.2026 1076
.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. BİG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdır (araxis). O bildirib ki, botaniki baxımdan yerfındığı çərəzlərə deyil

15.11.2026 404
.

Üzü yumaq üçün ən yaxşı vaxt - Dermatoloqdan tövsiyə

Üz dərisinə qulluq zamanı yalnız istifadə olunan vasitələr deyil, onların tətbiq edildiyi vaxt da əhəmiyyət daşıyır. Dermatoloq Con Kibbi üzün yuyulması üçün səhər və axşam saatlarının əksər insanlar üçün uyğun olduğunu bildirib. Qaynarinfo xəbər verir ki, Kolorado Universitetinin Tibb Məktəbinin dermatologiy

27.10.2026 1049
.

Gündə 4 qoz yemək orqanizmdə hansı dəyişikliklər yaradır?

Qoz faydalı yağlar, bitki mənşəli zülal, lif, vitamin və minerallarla zəngin çərəzlərdən biridir. Onun müntəzəm istehlakı ürək-damar sisteminin fəaliyyətini dəstəkləyə və gündəlik qidalanmanın keyfiyyətini yaxşılaşdıra bilər. Ölkə.az BB.LV saytına istinadən xəbər verir ki, gündə təxminən 4 bütöv qo

11.11.2026 654
.

Sosial şəbəkələrdən uzun müddət istifadə depressiyaya səbəb ola bilər

Sosial şəbəkələrdə gündəlik keçirilən vaxt böyüklər arasında depressiya barədə məlumat verilməsi ilə əlaqəli əsas amillərdən biri kimi müəyyən edilib. Bu əlaqə ABŞ-da 11 il ərzində aparılan sorğularda müşahidə olunub. Qaynarinfo xəbər verir ki, araşdırma Şimal-Qərb Universiteti və Sinsinnati Universitetini

02.11.2026 871
.

Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?

Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır. Buna görə çayı şəkərsiz içmə

18.10.2026 956
.

Ən faydalı və ən zərərli balıq növləri

Balıq sağlam qidalanma rasionuna daxil edilməsi ən çox tövsiyə olunan məhsullardan biridir. Çünki onun tərkibində yüksək keyfiyyətli zülal, vitaminlər, minerallar və omeqa-3 yağ turşuları var. Bununla belə, bütün balıq növlərinin qida dəyəri eyni deyil. Bəzi növlər əhəmiyyətli miqdarda çirkləndiric

29.10.2026 1053
.

Payızda "xoşbəxtlik hormonu": Gündə bir ovuc qoz əhval-ruhiyyəni yaxşılaşdıra bilər

Qoz yalnız ürək və beyin sağlamlığı üçün deyil, əhval-ruhiyyənin yaxşılaşmasına da müsbət təsir göstərə bilər. Yeni araşdırmaya əsasən, hər gün bir ovuc qoz yemək əhval pozuntularının azalması ilə əlaqəli ola bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Hazipatika" nəşri yazıb. İspaniyalı alimləri

04.11.2026 771
.

Qrip, soyuqdəymə, yoxsa COVID-19? - ÜST yeni variantın əlamətlərini açıqladı

Koronavirusun yeni PJ.2.1 variantının simptomları adi soyuqdəymə və ya qripin əlamətlərinə bənzəyə bilər. "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. "COVID-19, qrip və digər respirator infeksiyaların simptomları üst-üstə düşə bilər"

08.11.2026 664
.