Başına dəhrə sancılan kişi təcili yardımda saatlarla telefonla oynadı
Hindistanın Mumbay şəhərində xəstəxananın təcili yardım şöbəsində qeydə alınan görüntülər böyük təəccüb doğurub.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 27 yaşlı Rohit Naqnath Pavar başına dəhrə sancılmış vəziyyətdə huşunu itirmədən telefonundan istifadə edərkən görüntülənib.
Bildirilir ki, hadisə şəhərin Mankxurd bölgəsində yerləşən qızardılmış toyuq dükanının yaxınlığında baş verib. İddiaya əsasən, Pavar aralarında əvvəlcədən düşmənçilik olan üç nəfərin hücumuna məruz qalıb.
Hücum edənlərdən birinin gəncin başının sol tərəfinə dəhrə sancdığı, digər iki nəfərin isə onu yumruq və təpiklərlə döydüyü bildirilir.
Ağır yaralanmasına baxmayaraq, huşunu itirməyən Pavar dostunun motosikleti ilə xəstəxanaya aparılıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə onun başına sancılmış dəhrə ilə xəstəxana dəhlizində gəzdiyi və telefonundan istifadə etdiyi görünür.
"Sion Hospital"ın neyrocərrahiyyə şöbəsinin rəhbəri Batuk Diyora Pavarın sağ qalmasını "möcüzə" adlandırıb.
Həkimin sözlərinə görə, dəhrə dəri, əzələ, kəllə sümüyü və beyin qişalarını keçərək, üç santimetrdən çox dərinliyə nüfuz etsə də, beynin həyati vacib hissələrinə zərər verməyib. Əməliyyatdan sonra Pavarın vəziyyətinin stabil olduğu, nitq və hərəkət funksiyalarının normal qaldığı açıqlanıb.
Hadisədən sonra ailə üzvləri xəstəxanada müalicəyə başlamazdan əvvəl uzun müddət gözlədiklərini deyərək, rəhbərliyi tənqid edib.
Polis hücumda iştirak etdiyi müəyyən edilən üç nəfərin saxlanıldığını bildirib. Hadisə Mumbayda son dövrlərdə artan bıçaqlı hücumlarla bağlı təhlükəsizlik müzakirələrini yenidən gündəmə gətirib.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 615 Tarix: 09 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPayızda yatmazdan əvvəl bunları edin - Səhərə gümrah oyanmağın yolları
Payız aylarında havaların soyuması, günlərin qısalması və temperaturun dəyişməsi insan orqanizminə təsirsiz ötüşmür. Bu dövrdə yuxu rejiminə diqqət yetirmək, səhərlər yorğun oyanmamaq və sağlamlığı qorumaq üçün yatmazdan əvvəl bəzi sadə qaydalara əməl etmək tövsiyə olunur. xəbər verir ki, yuxudan əvvə
07.11.2026 335 "Alatoranlıq" serial olur
"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"
10.11.2026 259 Velosipedi yenidən kəşf etmək də olurmuş... - Fotolar
Nigeriyanın Kebbi əyalətində yaşayan 19 yaşlı Bello Məhəmməd müstəqil şəkildə dizayn edib hazırladığı fövqəladə nəqliyyat vasitəsi ilə dünya rekorduna imza atıb. "Qafqazinfo" xəbər verir ki, peşəkar kömək almadan 2.9 metr hündürlüyündə velosiped quraşdıran gənc "Ginnesin Rekordlar Kitabı"n
06.11.2026 417 800 illik qala 1 avroya satılır - Fotolar
Almaniyanın Saksoniya torpağında yerləşən Bad-Düben şəhər rəhbərliyi 800 illik tarixə malik Şnaditz su qalasını satışa çıxarıb. "Qafqazinfo" xəbər verir ki, şəhər mülk üçün simvolik olaraq cəmi 1 avro tələb edir, lakin bu "əlverişli" sövdələşmənin arxasında böyük maliyyə öhdəliklər
09.11.2026 365 Payızda yarpaqların rəngini dəyişən görünməz proses
Payız fəslinin gəlişi ilə ağacların yaşıl yarpaqları sarı, narıncı, qırmızı və hətta bənövşəyi rənglərə bürünür. Təbiətdə müşahidə olunan bu dəyişiklik sadəcə mövsümi gözəllik deyil, ağacların qışa hazırlaşması ilə bağlı mürəkkəb biokimyəvi prosesin nəticəsidir. Qaynarinfo xəbər verir ki, Türkiyəni
06.11.2026 472 Evakuator xidməti və daşınma xidməti
Avtomobil və yüklərin daşınması üçün Evakuator xidməti göstərilir. Evakuator xidmətinə həm avtomobillərin həm də yüklərin daşınması daxildir. Avtomobil istifadə edənlər bilir ki bəzən avtomobillərdə olan texniki problem və digər xoşagəlməz hadisə zamanı sizi yolda qoya bilir. Bu zaman evakuasiya xidmət
09.11.2026 256 111 mindən çox hörümçəyin yaşadığı nəhəng tor aşkarlandı
Yunanıstan və Albaniya sərhədində yerləşən kükürdlü mağarada 106 kvadratmetr sahəni əhatə edən nəhəng hörümçək toru aşkar edilib. xəbər verir ki, araşdırmaya görə, burada iki fərqli növə aid 11 mindən çox hörümçək yaşayır. Bu növlər adətən tək yaşasalar da, mağarada birlikdə böyük koloniya yaradıblar
08.11.2026 321 Mətbəxdə paket yığanlara mütəxəssislərdən xəbərdarlıq: Təhlükə saçır
Milyonlarla evdə marketlərdən gətirilən plastik paketlər "bir gün lazım olar" deyə mətbəx şkaflarında və ya rəflərin altında toplanır. Lakin mütəxəssislər demək olar ki, hər kəsin etdiyi bu vərdişin ciddi səhiyyə təhlükələri yaratdığını bildirərək, həmin paketlərin dərhal evdən atılması üçü
07.11.2026 385 Hüquqi xidmətlər Xidmetler.az saytında
Xidmətlər saytı -ın Hüquqi Xidmətlər bölməsində özünüzə vəkil tuta və ya işinin peşəkarı olan hüquqşünas tapa bilərsiniz!. Hər kəs düşdüyü çətin, xoşagəlməz hallarda hüquqi yardım əldə etmək istəyir. Bunun üçün yaxşı vəkil tapmaq lazım gəlir. sizə digər xidmətlərlə yanaşı, hüquqi xidmətlərdə də kömə
10.11.2026 1097