Yorğunluq bu xəstəliyin əlaməti ola bilər - XƏBƏRDARLIQ
Xroniki yorğunluq, halsızlıq və səbəbsiz çəki artımı çox vaxt gündəlik stress və iş yükü ilə əlaqələndirilsə də, mütəxəssislər bu əlamətlərin daha ciddi sağlamlıq probleminin göstəricisi ola biləcəyini bildirir.
Milli.Az xəbər verir ki, bu simptomlar xüsusilə qalxanabənzər vəzi zədələyən Haşimoto xəstəliyinin erkən siqnalları arasında yer alır.
Türkiyəli terapevt Mehmet Çakır bildirib ki, uzun müddət davam edən halsızlıq və çəki artımı diqqətdən kənarda qalmamalıdır. Onun sözlərinə görə, immun sisteminin qalxanabənzər vəzə hücum etməsi nəticəsində yaranan Haşimoto xəstəliyi çox vaxt gizli şəkildə inkişaf edir və ciddi fəsadlara səbəb ola bilər.
Həkim qeyd edib ki, xəstələr əksər hallarda yorğunluq, üşümə və saç tökülməsi kimi əlamətləri gündəlik həyatın gərginliyi ilə əlaqələndirir. Halbuki bu şikayətlər xəstəliyin ilkin mərhələdə verdiyi siqnallar ola bilər.
Həmçinin vurğulayıb ki, Haşimoto xəstəliyi qadınlarda daha çox müşahidə olunur və bu fərq əsasən hormonal amillərlə bağlıdır.
Xəstəliyin əsas əlamətləri arasında davamlı halsızlıq, yuxululuq, səbəbsiz çəki artımı, soyuğa qarşı həssaslıq, dəri quruluğu, saç tökülməsi və diqqət dağınıqlığı yer alır.
Həkimlərin sözlərinə görə, Haşimoto sadə qan analizləri ilə aşkar edilə bilər. Xüsusilə ailəsində bu xəstəlik olan şəxslərə mütəmadi tibbi müayinədən keçmək tövsiyə olunur.
Qeyd edilir ki, xəstəliyin tam müalicəsi mümkün olmasa da, düzgün terapiya ilə nəzarətdə saxlamaq mümkündür. Ekspertlər balanslı qidalanma, stresin idarə olunması və müntəzəm fiziki aktivliyin xəstəliyin gedişinə müsbət təsir etdiyini bildirirlər.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQocalmanın qarşısını ala bilsək, insan nə qədər yaşaya bilər? - Alimlər hesabladı
Yeni araşdırmaya görə, qocalmanın demək olar ki, bütün əsas səbəbləri aradan qaldırılsa belə, insan ömrünün nəzəri maksimum həddi təxminən 200 il ola bilər. Qaynarinfo xəbər verir ki, "The Independent" nəşrinin məlumatına görə, alimlər qocalmanın əsas mexanizmlərinin aradan qaldırıldığı hald
24.07.2026 363 Dondurucudan gələn zəhər - həkimlərin almağı məsləhət görmədiyi ucuz balıq
Mütəxəssislər supermarket rəflərində satılan ən keyfiyyətsiz balıq növlərini açıqlayıblar. Dondurulmuş balıq tez və faydalı şam yeməyi üçün ideal seçim kimi görünür. xarici mediaya istinadən xəbər verir ki, supermarketlərdəki cəlbedici qiymətlərin arxasında bəzən qida dəyərini itirmiş, hətta sağlamlı
02.08.2026 229 İnsan beynində diş çıxa bilərmi - Şok faktlar
İlk baxışda bu, qorxu filmini xatırladır. Amma təəccüblüdür ki, tibbdə həqiqətən də beyində dişə bənzər strukturların aşkar edildiyi çox nadir hallar təsvir olunub. BİG.AZ -a istinadən xəbər verir ki, əslində, beyin özü diş yaratmır. Bunun səbəbi adətən teratoma adlanan çox nadir bir şiş növüdür. Teratomala
14.07.2026 527 İsti havalarda tromb riski artır: Həkimdən vacib xəbərdarlıq
İsti havalarda bədənin susuzlaşması və qanın qatılaşması səbəbindən tromb yaranma ehtimalı arta bilər. xəbər verir ki, bu barədə rusiyalı həkim-terapevt Tatyana Vinoqradova RT-yə müsahibəsində bildirib. Mütəxəssisin sözlərinə görə, tromb damar daxilində yaranan və qan dövranını qismən və ya tamamil
19.07.2026 1360 Yoğun bağırsaq xərçənginin qarşısını necə almaq olar? - VİDEO
Baku TV-nin "Baku Med" verilişinin yeni buraxılışında yoğun bağırsaq xərçəngi barədə müzakirə aparılıb. Yoğun bağırsaq xərçəngi nədir?. İrsi meyillilik xəstəliyin yaranma riskini artırırmı?. Qidalanma yoğun bağırsaq xərçənginə necə təsir edir?. Bütün poliplər təhlükəlidirmi?. Gənclərdə yoğu
11.07.2026 498 Köp, ürəkbulanma və qarın ağrısı: Qida zəhərlənməsi, yoxsa mədə-bağırsaq xəstəliyi? - VİDEO
Baku TV-nin "Baku Med" verilişinin yeni buraxılışında qastroenteroloji xəstəliklər barədə müzakirə aparılıb. Qarın ağrısı hansı hallarda xəstəlik əlaməti sayılır?. Uzunmüddətli qəbizliyin səbəbləri nədir?. Qida zəhərlənməsi ilə həzm xəstəlikləri necə fərqlənir?. Helikobakter pilori hansı xəstəliklər
26.07.2026 274 Günəş hər kəsdə D vitaminini artırmır
Yayda günəş işığının D vitamini çatışmazlığını aradan qaldırdığı düşünülsə də, yeni araşdırma bunun hər kəs üçün doğru olmadığını göstərib. Axşam.az xəbər verir ki, bu barədə "ScienceAlert" məlumat yayıb. Nyukasl Universitetinin alimləri 2024-cü ilin dekabrından 2025-ci ilin avqustuna qədə
01.08.2026 212 Vəba hələ də insanların sağlamlığına təsir edir - Təhlükəli xəstəliklərlə əlaqə tapıldı
XIV əsrdə baş vermiş və milyonlarla insanın ölümünə səbəb olmuş Qara ölüm pandemiyası zamanı yaranan genetik dəyişikliklər bu gün də insan orqanizminin təhlükəli infeksiyalara qarşı mübarizəsində mühüm rol oynayır. Lakin alimlər bildirirlər ki, bunun mənfi tərəfi də var. Qaynarinfo xəbər verir ki, genetikləri
27.07.2026 320 Ürək sağlamlığını qorumaq üçün bu 3 qidadan uzaq durun
Ürək-damar xəstəlikləri dünyada ölümün əsas səbəblərindən biri olaraq qalır. Qaynarinfo xəbər verir ki, "HuffPost" nəşrinin məlumatına görə, kardioloqlar və dietoloqlar ürək sağlamlığını qorumaq üçün qidalanmada ediləcək bir neçə sadə dəyişikliyin böyük fayda verə biləcəyini bildirirlər. Mütəxəssisləri
21.07.2026 792