Yuxu üçün maqnezium nə vaxt qəbul edilməlidir?

Yuxu üçün maqnezium nə vaxt qəbul edilməlidir?Keyfiyyətli gecə yuxusu bəzən çətin əldə edilir və bu səbəbdən bir çox insan onu yaxşılaşdırmaq üçün qida əlavələrinə müraciət edir. Ən populyar əlavələrdən biri maqneziumdur - orqanizmdə yüzlərlə prosesdə, o cümlədən yuxunun tənzimlənməsində iştirak edən vacib mineral.

Qaynarinfo xəbər verir ki, bu barədə "Eatingwell" yazır.

Maqnezium yuxusuzluqla mübarizəyə kömək edir, neyromediator balansını bərpa edir, əsasən qlutamatı bloklayaraq və GABA aktivliyini artıraraq təsir göstərir. GABA (qamma-aminoyağ turşusu) sinir sistemini sakitləşdirən və rahatlanmanı təmin edən əsas neyromediatordur. Tədqiqatlara görə, maqnezium GABA fəaliyyətini gücləndirərək yuxuya getməyi asanlaşdırır.

Yuxunu yaxşılaşdırmaq məqsədilə maqnezium qəbul edirsinizsə, ən çox tövsiyə olunan vaxt yatmazdan qısa müddət əvvəldir.

"Yatmazdan 30-60 dəqiqə əvvəl maqnezium qəbul etmək orqanizmin yuxuya hazırlanması üçün optimal sayılır. Bu vaxt intervalı bədənin maqneziumu mənimsəməsinə və yuxu prosesinə hazırlanmasına imkan verir", deyə diyetoloq Uitni Stüart bildirib.

Diyetoloq Coanna Kats da bunu təsdiqləyir: "Araşdırmalara görə, maqnezium adətən gündə bir dəfə, axşam və ya yatmazdan 30-60 dəqiqə əvvəl qəbul edilir və bir neçə həftə davamlı istifadə olunur".

Maqneziumun yatmazdan əvvəl qəbulunun əlavə üstünlüyü də var: "Hər gecə eyni vaxtda qəbul yuxu siqnalını gücləndirir və orqanizmin bioloji ritmini tənzimləyir", deyə Stüart əlavə edib.

Mütəxəssislər yuxunun keyfiyyətini artırmaq üçün aşağıdakı vərdişləri də tövsiyə edir:

* gündə ən az 7 saat yuxu;
* hər gün eyni vaxtda yatmaq və oyanmaq (hətta həftəsonları da);
* gün ərzində fiziki aktivlik;
* yatmazdan əvvəl parlaq işıqdan uzaq durmaq;
* yuxu şəraitini optimallaşdırmaq (sakitlik, qaranlıq və 18-20°C temperatur).

Diyetoloqların fikrincə, maqnezium "möcüzə vasitə" deyil. O, yalnız düzgün yuxu rejimi və sağlam həyat tərzi ilə birlikdə daha effektiv nəticə verir.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 881   Tarix: 23 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?

Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. Ölkə.az yerli mətbuata istinadən xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır

20.10.2026 1076
.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. BİG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdır (araxis). O bildirib ki, botaniki baxımdan yerfındığı çərəzlərə deyil

15.11.2026 404
.

Üzü yumaq üçün ən yaxşı vaxt - Dermatoloqdan tövsiyə

Üz dərisinə qulluq zamanı yalnız istifadə olunan vasitələr deyil, onların tətbiq edildiyi vaxt da əhəmiyyət daşıyır. Dermatoloq Con Kibbi üzün yuyulması üçün səhər və axşam saatlarının əksər insanlar üçün uyğun olduğunu bildirib. Qaynarinfo xəbər verir ki, Kolorado Universitetinin Tibb Məktəbinin dermatologiy

27.10.2026 1049
.

Gündə 4 qoz yemək orqanizmdə hansı dəyişikliklər yaradır?

Qoz faydalı yağlar, bitki mənşəli zülal, lif, vitamin və minerallarla zəngin çərəzlərdən biridir. Onun müntəzəm istehlakı ürək-damar sisteminin fəaliyyətini dəstəkləyə və gündəlik qidalanmanın keyfiyyətini yaxşılaşdıra bilər. Ölkə.az BB.LV saytına istinadən xəbər verir ki, gündə təxminən 4 bütöv qo

11.11.2026 654
.

Sosial şəbəkələrdən uzun müddət istifadə depressiyaya səbəb ola bilər

Sosial şəbəkələrdə gündəlik keçirilən vaxt böyüklər arasında depressiya barədə məlumat verilməsi ilə əlaqəli əsas amillərdən biri kimi müəyyən edilib. Bu əlaqə ABŞ-da 11 il ərzində aparılan sorğularda müşahidə olunub. Qaynarinfo xəbər verir ki, araşdırma Şimal-Qərb Universiteti və Sinsinnati Universitetini

02.11.2026 871
.

Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?

Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır. Buna görə çayı şəkərsiz içmə

18.10.2026 956
.

Ən faydalı və ən zərərli balıq növləri

Balıq sağlam qidalanma rasionuna daxil edilməsi ən çox tövsiyə olunan məhsullardan biridir. Çünki onun tərkibində yüksək keyfiyyətli zülal, vitaminlər, minerallar və omeqa-3 yağ turşuları var. Bununla belə, bütün balıq növlərinin qida dəyəri eyni deyil. Bəzi növlər əhəmiyyətli miqdarda çirkləndiric

29.10.2026 1053
.

Payızda "xoşbəxtlik hormonu": Gündə bir ovuc qoz əhval-ruhiyyəni yaxşılaşdıra bilər

Qoz yalnız ürək və beyin sağlamlığı üçün deyil, əhval-ruhiyyənin yaxşılaşmasına da müsbət təsir göstərə bilər. Yeni araşdırmaya əsasən, hər gün bir ovuc qoz yemək əhval pozuntularının azalması ilə əlaqəli ola bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Hazipatika" nəşri yazıb. İspaniyalı alimləri

04.11.2026 771
.

Qrip, soyuqdəymə, yoxsa COVID-19? - ÜST yeni variantın əlamətlərini açıqladı

Koronavirusun yeni PJ.2.1 variantının simptomları adi soyuqdəymə və ya qripin əlamətlərinə bənzəyə bilər. "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. "COVID-19, qrip və digər respirator infeksiyaların simptomları üst-üstə düşə bilər"

08.11.2026 664
.