Zərərin ödənilməsi cinayət məsuliyyətini aradan qaldırırmı?
"Vətəndaşlara qarşı hər hansı dələduzluq əməli törədildikdə hüquq-mühafizə orqanları müvafiq araşdırma aparır və dəymiş zərərin məbləğinə uyğun olaraq əməli törədən şəxsin məsuliyyətə cəlb olunmasını təmin edir.
Dələduzluq - yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgə əmlakının ələ keçirilməsi və ya əmlak hüquqlarının əldə edilməsi - həm inzibati, həm də cinayət məsuliyyəti yarada bilər".
Bunu BiG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib.
O, qeyd edib ki, əgər ələ keçirilən məbləğ 500 manatdan azdırsa, bu əməl inzibati xəta hesab olunur və İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən məsuliyyət nəzərdə tutulur:
"Məbləğ 500 manatdan çox olduqda isə cinayət məsuliyyəti yaranır və iş Cinayət Məcəlləsinin 178-ci maddəsinin müvafiq bəndləri üzrə araşdırılır.
Zərərçəkmiş şəxs istintaq mərhələsində və ya məhkəmə baxışı zamanı mülki iddia qaldıra bilər. Məhkəmə həm təqsirləndirilən şəxsin əməlini hüquqi qiymətləndirir və ona uyğun cəza təyin edir, həm də mülki iddia əsaslı hesab edilərsə, dəymiş zərərin zərərçəkmişə ödənilməsi barədə qərar çıxarır.
Qanunvericiliyə əsasən, dələduzluq etmiş şəxs azadlıqdan məhrum edilsə belə, zərərin ödənilməsi öhdəliyi aradan qalxmır və o, cəzasını başa vurduqdan sonra da borcun ödənilməsinə görə məsuliyyət daşıyır. Məhkəmə qərarının icra edilməməsi isə əlavə hüquqi məsuliyyət yaradır.
Bəzi hallarda zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs arasında barışıq əldə olunduqda və dəymiş zərər ödənildikdə, qanunvericiliklə nəzərdə tutulmuş şərtlər daxilində cinayət məsuliyyətindən azad olunma imkanı da mümkündür. Lakin bu, işin hallarından, zərərin məbləğindən və qanunvericilikdə göstərilən tələblərdən asılıdır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 801 Tarix: 20 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşFransada polis 600 etirazçını həbs edib
Fransada yuxarı sinif şagirdlərinin və ali məktəb tələbələrinin davam edən etiraz aksiyaları 564 məktəbdə dərs prosesinin pozulmasına səbəb olub. "Report" xəbər verir ki, bu barədə Fransa mediası Milli Təhsil Nazirliyinə istinadən məlumat yayıb. Bundan başqa, tələbə ittifaqı 25-dən çox universite
02.10.2026 228 YAP Azərbaycanın siyasi tarixində özünəməxsus yer tutur
Ötən əsrin sonlarında birpartiyalı sistemdən ayrılan müstəqil Azərbaycanda yeni siyasi təşkilatlar təsis olunmuşdu. Amma populizm yolunu tutan partiyalar ayrı-ayrı şəxslərin siyasi maraqlarından doğmuş, onların ətrafında formalaşmışdı. Bu qurumların yaranmasında şəxsi siyasi ambisiyalar əsas yer tuturd
14:26 102 Bu kadrlarda 5-ci sinifdə oxuyan Zaur var - Video
Tanınmış aparıcı Zaur Baxşəliyev Şuşaya səfər edib. "Qafqazinfo"nun məlumatına görə, o, illər əvvəl məcburi köçkün düşdüyü şəhərdə təsirli anlar yaşayıb. Bir vaxtlar parta arxasında əyləşdiyi məktəbə indi yeni nəslin uşaqları ilə birgə baş çəkib. Məktəblilərlə avtobusa minib, onların bir günün
11:02 234 Sizə aşiq olan oğlanı rədd etməyin 4 təsirli yolu
Qadınla kişi arasında dostluq səmimi və romantik hisslərdən uzaq ola bilər. Lakin bəzən tərəflərdən biri bu münasibəti sevgiyə çevirmək istəyir. Hisslər qarşılıqlı olmadıqda isə dostluğu qorumaq və qarşı tərəfə yanlış ümid verməmək çətinləşir. xəbər verir ki, belə vəziyyətlərdə şəxsi sərhədləri aydı
02.10.2026 240 Müəllimin hörmətini kim əlindən aldı?
Mənə nədənsə elə gəlir ki, artıq müəllim sinfə girəndə uşaqlar ayağa qalxmır. Ən azından müəllimlə aşıq kimi deyişən şagirdin bu hörməti nümayiş etdirdiyinə çətin inanıram. Bu gün məktəblə bağlı bir yeni problemlə qarşılaşdıq. Müəllim az qala yalvarırdı ki, hüquqşünaslar ona kömək etsin. Siz də aga
02.10.2026 275 "Real"ın ulduzu sevgilisi ilə görüşə görə tənqidlərlə üzləşdi
Fransız futbolçu reabilitasiya üçün Madrid klubuna qayıtmasını təxirə salıb və paparassilər görüşdə yaxalayıb bu, qəzəbə səbəb olub. Fransa millisinin ulduz hücumçusu Kilian Mbappe Türkiyəyə qarşı Millətlər Liqası oyununda zədələnib və müalicəsini Madriddə davam etdirmək üçün milli komandanın düşərgəsin
02.10.2026 281 Yağıntılı havanın nə vaxtadək davam edəcək?
Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıd
10:21 179 "Düşmənçilik edən ölkələrin yüksəkvəzifəli nümayəndələri Azərbaycanda görüşürlər" - Video
"Təkcə son ayın hadisələrini xatırlatmaq kifayətdir ki, hər kəs görsün, bir-birinə, deməli, düşmənçilik edən ölkələrin yüksəkvəzifəli nümayəndələri beynəlxalq tədbirlər çərçivəsində Azərbaycanda görüşürlər". "Qafqazinfo" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Yeni Azərbayca
11:21 148 İlham Əliyev həmkarlarına təbrik məktubu ünvanladı
Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerə məktub ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, təbrik mətnində deyilir: . "Ölkənizin milli bayramı - Alman Birliyi Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbayca
13:19 126