Aİ daxilində yeni gərginlik siqnalları - Bolqarıstan nəticələri

Aİ daxilində yeni gərginlik siqnalları - Bolqarıstan nəticələriKeçmiş prezident Rumen Radevin rəhbərlik etdiyi "Mütərəqqi Bolqarıstan" koalisiyasının növbədənkənar parlament seçkilərində öndə olduğu bildirilir.

Məlumata görə, koalisiya səslərin 37,5-38,9 faizini toplayıb. Avropa İnkişafı Uğrunda və Demokratik Qüvvələr Birliyi (GERB-SDS) isə 15,4-16,2 faiz səslə ikinci yerdə qərarlaşıb. Üçüncü yerdə isə 13,6-14,3 faiz səs göstəricisi ilə "Dəyişiklikləri davam etdiririk" və "Demokratik Bolqarıstan" koalisiyaları yer alıb.

Daha sonra "Hüquqlar və Azadlıqlar Uğrunda Hərəkat" (7,5-8,4 faiz), Dirçəliş Partiyası (4,9-5,1 faiz) və Bolqarıstan Sosialist Partiyası - Birləşmiş Sollar koalisiyası (təxminən 4,1 faiz) gəlir.

İlkin nəticələrə əsasən, Rumen Radevin koalisiyası parlamentdə 135-136 yer əldə edə bilər ki, bu da hökumət qurmaq üçün üstünlük yaradır.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən Turan Rzayev bildirib ki, Rumen Radev son illərdə Bolqarıstan siyasətində diqqətçəkən fiqurlardan biri kimi tanınır. Bolqarıstan 2007-ci ildə Avropa İttifaqına qoşulub və bu ilin yanvarında avronu qəbul edib. Buna baxmayaraq, Radev daha çox sol yönümlü və avroskeptik mövqeyi ilə seçilir:

"O, Avropa İttifaqının Rusiya ilə münasibətləri bərpa etməsini müdafiə edir və Ukraynaya hərbi yardım məsələsində tənqidi mövqe sərgiləyib. Mart ayında Bolqarıstanla Ukrayna arasında imzalanan 10 illik müdafiə sazişinə qarşı çıxması da bu xəttin davamı kimi qiymətləndirilir.

Bu mövqelərinə görə Radev Qərb siyasi dairələrində bəzən "Rusiyapərəst" yanaşma ilə tənqid olunur və hətta "Bolqarıstanın Viktor Orbanı" kimi xarakterizə edənlər də var.

Bununla belə, analitiklərin fikrincə, Bolqarıstanın Aİ-dən tam uzaqlaşması real görünmür. Daha çox ehtimal edilən ssenari ölkənin İttifaq daxilində qalmaqla yanaşı, Brüssel siyasətinə daha tənqidi və milli maraqlara yönəlmiş xətt tutmasıdır.

Xüsusilə Ukrayna məsələsində Sofiyanın mövqeyində dəyişikliklərin daha aydın görünə biləcəyi bildirilir. Bu isə eyni zamanda Aİ-Rusiya balansında yeni siyasi gərginliklər yarada bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 771   Tarix: 20 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

YAP qurultayında yeni dövrün siyasi xəritəsi çəkildi

Azərbaycanın siyasi həyatında mühüm hadisələrdən biri baş verdi. Hakim Yeni Azərbaycan Partiyasının sayca VII qurultayı keçirildi. Prezident İlham Əliyevin çıxışı təkcə partiyanın qarşıdakı fəaliyyətinə deyil, Azərbaycanın daxili və xarici siyasətinin əsas istiqamətlərinə dair mühüm mesajlarla yadd

14:21 101
.

Rusiya rəsmisi "Tramp Marşrutu" ilə bağlı Ermənistana dair iddia irəli sürüb

Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsovun sözlərinə görə, Ermənistanda "Tramp Marşrutu"nun ABŞ tərəfindən idarə olunması ölkədə Amerika özəl hərbi şirkətlərinin (PMC) və kəşfiyyat infrastrukturunun yaradılmasına gətirib çıxara bilər. xəbər verir ki, bu barədə TASS məluma

10:49 162
.

Müəllimin hörmətini kim əlindən aldı?

Mənə nədənsə elə gəlir ki, artıq müəllim sinfə girəndə uşaqlar ayağa qalxmır. Ən azından müəllimlə aşıq kimi deyişən şagirdin bu hörməti nümayiş etdirdiyinə çətin inanıram. Bu gün məktəblə bağlı bir yeni problemlə qarşılaşdıq. Müəllim az qala yalvarırdı ki, hüquqşünaslar ona kömək etsin. Siz də aga

02.10.2026 275
.

Suverenlik Azərbaycanın xarici siyasət strategiyasıdır

"Prezident İlham Əliyevin oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VII Qurultayındakı çıxışı ölkənin hazırkı inkişaf mərhələsinin mühüm xüsusiyyətlərindən birini aydın şəkildə ortaya qoydu: artıq bu gün suverenlik yalnız hüquqi kateqoriya və ya ərazi bütövlüyünün bərpasının nəticəsi kimi nəzərdə

13:20 137
.

YAP-ın VIII Qurultayı - yeni siyasi reallıqlara doğru

"Yeni Azərbaycan Partiyasının VII qurultayında Prezident İlham Əliyevin çıxışı ölkənin yeni tarixi şəraitdə inkişaf istiqamətlərinin təqdimatı kimi diqqət çəkir. Çıxışda Azərbaycanın son onilliklərdə keçdiyi yol, əldə olunan nəticələr, dəyişən regional və beynəlxalq mənzərə, eləcə də gələcək üçü

13:03 126
.

"Məni "Söylü"yə oxşatmayın"

Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. Axşam.az xəbər verir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüyə oxşatmayın. Mə

02.10.2026 277
.

Azərbaycanda 9 ayda 105 uşaq övladlığa verilib - STATİSTİKA

Azərbaycanda cari ilin ötən dövrü ərzində valideyn himayəsindən məhrum olmuş 105 uşaq övladlığa verilib. Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Sosial Xidmətlər Agentliyindən bildirilib. Övladlığa verilən uşaqlardan 53-ü qız, 52-si isə oğlandır

02.10.2026 229
.

Bu kadrlarda 5-ci sinifdə oxuyan Zaur var - Video

Tanınmış aparıcı Zaur Baxşəliyev Şuşaya səfər edib. "Qafqazinfo"nun məlumatına görə, o, illər əvvəl məcburi köçkün düşdüyü şəhərdə təsirli anlar yaşayıb. Bir vaxtlar parta arxasında əyləşdiyi məktəbə indi yeni nəslin uşaqları ilə birgə baş çəkib. Məktəblilərlə avtobusa minib, onların bir günün

11:02 239
.

3 oktyabr Azərbaycanın gələcək yolunu müəyyənləşdirən tarixi gündür

"3 oktyabr Azərbaycan xalqının və müstəqil dövlətçiliyimizin tarixində xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. 1993-cü il oktyabrın 3-də keçirilmiş ümumxalq səsverməsi nəticəsində Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkəmizin taleyində mühüm dönüş nöqtəs

15:14 49
.