Ailədə yeni uşaq doğulduqda böyük uşaqda yaranan qısqanclıq problemi - PSİXOLOQDAN AÇIQLAMA
Ailədə yeni körpənin dünyaya gəlməsi adətən sevinc hissi ilə qarşılansa da, bu dəyişiklik hər zaman bütün üzvlər üçün eyni emosional rahatlıq yaratmır. Xüsusilə 3-4 yaş aralığında olan uşaqlar ailəyə yeni üzvün qoşulmasını bəzən qısqanclıq, narahatlıq və diqqət itkisi kimi qəbul edirlər.
Valideynlərin diqqətinin bölünməsi, gündəlik qaydaların dəyişməsi və "tək uşaq" statusunun itirilməsi böyük uşaqda emosional gərginliyə səbəb ola bilər. Bu vəziyyət bir çox ailədə müşahidə olunsa da, düzgün yanaşma və psixoloji dəstək vasitəsilə uşağın bu keçid dövrünü daha sağlam və travmasız keçirməsi mümkündür.
Mövzu ilə bağlı psixoloq Samirə Bağırova BiG.AZ-a açıqlamasında bildirdi ki, əslində demək olar ki, bir çox ailələrdə 4-5 yaş fərqi ilə ikinci uşaq dünyaya gəlirsə, ilk uşaqda qısqanclıq hissi oyanır və əslində "mənim yerim itir" hissinin reaksiyadır. Onun sözlərinə görə, burada valideynin üzərinə düşən məsuliyyət qısqanclığı yox etmək yox, uşağın özünü təhlükəsiz və dəyərli hiss etməsini saxlamaqdır: "Çünki əvvəllər ilk uşaq diqqət mərkəzində idi və sonra diqqət paylaşılır, uşaq bunu sevginin azalması kimi qavrayır. Danılmaz bir fakt da var ki, bəzi hallarda valideynlər ikinci uşağı daha çox istədiyindən, bilərək ya bilmədən ilk uşağa soyuq davrana bilir. Bu asılıdır ilk uşaq doğulanda həyat yoldaşı ilə şəxsi münasibətlər hansı səviyyədə idi. Çox hallarda valideyn 4-5-6 yaşlarında uşağa "sən böyüksən, o balacadır" məsuliyyəti yükləyir.
Uşaq üçün böyük ya balaca anlayışı olmur, sevginin qədərini hiss edir. İlk uşaq üçün ən güclü mesaj: "Sən mənim üçün hələ də vacibsən" hissini verməkdir. Əgər ilk uşaq yeni doğulan körpəyə istəyini göstərmirsə, onu məcbur etmək, qadağa qoymaq olmaz. Valideyn "bunu hiss etməyin normaldır, çünki ona öyrəşmək üçün zaman lazımdır,biz hamımız bir ailəyik" başa salmalıdır. Körpənin bezini dəyişərkən, yedirərkən bunu böyük uşaqla birlikdə etməklə emosional bağ yaratmaq olar. Hətta zarafata "onun dişləri yoxdur, amma sənin var, sən də doğulanda belə idin" demək olar. Böyük uşağın yemək, yuxu, oyun rutinini qorumaq çox vacibdir".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 738 Tarix: 20 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYAP qurultayında yeni dövrün siyasi xəritəsi çəkildi
Azərbaycanın siyasi həyatında mühüm hadisələrdən biri baş verdi. Hakim Yeni Azərbaycan Partiyasının sayca VII qurultayı keçirildi. Prezident İlham Əliyevin çıxışı təkcə partiyanın qarşıdakı fəaliyyətinə deyil, Azərbaycanın daxili və xarici siyasətinin əsas istiqamətlərinə dair mühüm mesajlarla yadd
14:21 101 Rusiya rəsmisi "Tramp Marşrutu" ilə bağlı Ermənistana dair iddia irəli sürüb
Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsovun sözlərinə görə, Ermənistanda "Tramp Marşrutu"nun ABŞ tərəfindən idarə olunması ölkədə Amerika özəl hərbi şirkətlərinin (PMC) və kəşfiyyat infrastrukturunun yaradılmasına gətirib çıxara bilər. xəbər verir ki, bu barədə TASS məluma
10:49 162 Müəllimin hörmətini kim əlindən aldı?
Mənə nədənsə elə gəlir ki, artıq müəllim sinfə girəndə uşaqlar ayağa qalxmır. Ən azından müəllimlə aşıq kimi deyişən şagirdin bu hörməti nümayiş etdirdiyinə çətin inanıram. Bu gün məktəblə bağlı bir yeni problemlə qarşılaşdıq. Müəllim az qala yalvarırdı ki, hüquqşünaslar ona kömək etsin. Siz də aga
02.10.2026 275 Suverenlik Azərbaycanın xarici siyasət strategiyasıdır
"Prezident İlham Əliyevin oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VII Qurultayındakı çıxışı ölkənin hazırkı inkişaf mərhələsinin mühüm xüsusiyyətlərindən birini aydın şəkildə ortaya qoydu: artıq bu gün suverenlik yalnız hüquqi kateqoriya və ya ərazi bütövlüyünün bərpasının nəticəsi kimi nəzərdə
13:20 137 YAP-ın VIII Qurultayı - yeni siyasi reallıqlara doğru
"Yeni Azərbaycan Partiyasının VII qurultayında Prezident İlham Əliyevin çıxışı ölkənin yeni tarixi şəraitdə inkişaf istiqamətlərinin təqdimatı kimi diqqət çəkir. Çıxışda Azərbaycanın son onilliklərdə keçdiyi yol, əldə olunan nəticələr, dəyişən regional və beynəlxalq mənzərə, eləcə də gələcək üçü
13:03 126 "Məni "Söylü"yə oxşatmayın"
Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. Axşam.az xəbər verir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüyə oxşatmayın. Mə
02.10.2026 277 Azərbaycanda 9 ayda 105 uşaq övladlığa verilib - STATİSTİKA
Azərbaycanda cari ilin ötən dövrü ərzində valideyn himayəsindən məhrum olmuş 105 uşaq övladlığa verilib. Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Sosial Xidmətlər Agentliyindən bildirilib. Övladlığa verilən uşaqlardan 53-ü qız, 52-si isə oğlandır
02.10.2026 229 Bu kadrlarda 5-ci sinifdə oxuyan Zaur var - Video
Tanınmış aparıcı Zaur Baxşəliyev Şuşaya səfər edib. "Qafqazinfo"nun məlumatına görə, o, illər əvvəl məcburi köçkün düşdüyü şəhərdə təsirli anlar yaşayıb. Bir vaxtlar parta arxasında əyləşdiyi məktəbə indi yeni nəslin uşaqları ilə birgə baş çəkib. Məktəblilərlə avtobusa minib, onların bir günün
11:02 239 3 oktyabr Azərbaycanın gələcək yolunu müəyyənləşdirən tarixi gündür
"3 oktyabr Azərbaycan xalqının və müstəqil dövlətçiliyimizin tarixində xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. 1993-cü il oktyabrın 3-də keçirilmiş ümumxalq səsverməsi nəticəsində Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkəmizin taleyində mühüm dönüş nöqtəs
15:14 49