HiPP uşaq qidası qalmaqalı: təhlükəli maddə iddiası narahatlıq yaratdı - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

HiPP uşaq qidası qalmaqalı: təhlükəli maddə iddiası narahatlıq yaratdı - QİDA EKSPERTİNDƏN AÇIQLAMASon günlərdə HiPP markasına məxsus uşaq qidaları ilə bağlı yayılan xəbərlər cəmiyyətdə ciddi narahatlıq yaradıb. İddialara görə, bəzi məhsulların tərkibində zərərli maddə - siçan zəhəri olduğu ehtimal edilir ki, bu da xüsusilə azyaşlıların sağlamlığı baxımından böyük risk kimi qiymətləndirilir. Hadisə istehlakçı təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirərək, qida məhsullarının keyfiyyətinə nəzarət mexanizmlərinin nə dərəcədə effektiv olması ilə bağlı suallar doğurub.
HiPP uşaq qidası qalmaqalı: təhlükəli maddə iddiası narahatlıq yaratdı - QİDA EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı qida eksperti Fərid Səfərov BiG.AZ-a açıqlamasında bildirdi ki, bu xəbərlər valideynləri haqlı olaraq narahat edir, amma burada bir şeyi aydınlaşdırmaq vacibdir. Onun sözlərinə görə, belə hallar nadir və istisna sayılır: "Məsələn, HiPP kimi böyük brendlər adətən çox ciddi keyfiyyət və təhlükəsizlik standartları ilə işləyir. Məhsulun geri çağırılması isə əslində sistemin işlədiyini göstərir, yəni problem aşkarlanır və bazardan yığışdırılır.

Uşaq qidaları ümumiyyətlə ziyanlıdırmı?

- Hazır uşaq qidaları (püre, sıyıq, banka yeməklər) nəzarət olunmuş şəraitdə hazırlanır.
- Pestisid, ağır metal və mikrobioloji risklər üçün test edilir.
- Xüsusi yaş qruplarına uyğun formulasiya olunur.
Yəni düzgün seçildikdə və normada istifadə edildikdə zərərli sayılmır.

- Problem əsasən keyfiyyətsiz istehsal, saxlama şərtlərinin pozulması və ya nadir hallarda belə kontaminasiya (çirklənmə) ilə bağlı olur.

Belə hallardan necə qorunmaq olar?

- Məhsulun mənşəyinə və istehsalçıya baxın. Tanınmış və etibarlı brendləri seçmək daha təhlükəsizdir. Amma yenə də xəbərləri izləmək vacibdir.
- Son istifadə tarixini və qablaşdırmanı yoxlayın. Şişmiş banka, qutu, zədələnmiş qapaqlı məhsulları almayın və istifadə etməyin.
- Açarkən "klik" səsi yoxdursa, risklidir.
- Tərkib siyahısını oxuyun. Minimum əlavə şəkər, duz və qatqı maddələri, sadə və aydın tərkib daha yaxşıdır.
- Saxlama qaydalarına əməl edin. Açılmış məhsulu soyuducuda saxlayın və 24-48 saatda istifadə edin. Günəş altında və ya isti mühitdə saxlamayın. Şübhəli dad, qoxu olduqda istifadə etməyin.
- Uşaq qidalarında hər hansı "acı", "metalvari" və ya qeyri-adi dad ciddi siqnaldır.

Bu cür xəbərlər təşviş yaratsa da, bütün uşaq qidalarını təhlükəli hesab etmək düzgün deyil. Əsas məsələ düzgün seçim, düzgün saxlama və məlumatlı olmaqdır.

Sağlam qidalanaraq sağlam yaşayın!".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 798   Tarix: 20 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

YAP qurultayında yeni dövrün siyasi xəritəsi çəkildi

Azərbaycanın siyasi həyatında mühüm hadisələrdən biri baş verdi. Hakim Yeni Azərbaycan Partiyasının sayca VII qurultayı keçirildi. Prezident İlham Əliyevin çıxışı təkcə partiyanın qarşıdakı fəaliyyətinə deyil, Azərbaycanın daxili və xarici siyasətinin əsas istiqamətlərinə dair mühüm mesajlarla yadd

14:21 101
.

Rusiya rəsmisi "Tramp Marşrutu" ilə bağlı Ermənistana dair iddia irəli sürüb

Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsovun sözlərinə görə, Ermənistanda "Tramp Marşrutu"nun ABŞ tərəfindən idarə olunması ölkədə Amerika özəl hərbi şirkətlərinin (PMC) və kəşfiyyat infrastrukturunun yaradılmasına gətirib çıxara bilər. xəbər verir ki, bu barədə TASS məluma

10:49 162
.

Müəllimin hörmətini kim əlindən aldı?

Mənə nədənsə elə gəlir ki, artıq müəllim sinfə girəndə uşaqlar ayağa qalxmır. Ən azından müəllimlə aşıq kimi deyişən şagirdin bu hörməti nümayiş etdirdiyinə çətin inanıram. Bu gün məktəblə bağlı bir yeni problemlə qarşılaşdıq. Müəllim az qala yalvarırdı ki, hüquqşünaslar ona kömək etsin. Siz də aga

02.10.2026 275
.

Suverenlik Azərbaycanın xarici siyasət strategiyasıdır

"Prezident İlham Əliyevin oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VII Qurultayındakı çıxışı ölkənin hazırkı inkişaf mərhələsinin mühüm xüsusiyyətlərindən birini aydın şəkildə ortaya qoydu: artıq bu gün suverenlik yalnız hüquqi kateqoriya və ya ərazi bütövlüyünün bərpasının nəticəsi kimi nəzərdə

13:20 137
.

YAP-ın VIII Qurultayı - yeni siyasi reallıqlara doğru

"Yeni Azərbaycan Partiyasının VII qurultayında Prezident İlham Əliyevin çıxışı ölkənin yeni tarixi şəraitdə inkişaf istiqamətlərinin təqdimatı kimi diqqət çəkir. Çıxışda Azərbaycanın son onilliklərdə keçdiyi yol, əldə olunan nəticələr, dəyişən regional və beynəlxalq mənzərə, eləcə də gələcək üçü

13:03 126
.

"Məni "Söylü"yə oxşatmayın"

Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. Axşam.az xəbər verir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüyə oxşatmayın. Mə

02.10.2026 277
.

Azərbaycanda 9 ayda 105 uşaq övladlığa verilib - STATİSTİKA

Azərbaycanda cari ilin ötən dövrü ərzində valideyn himayəsindən məhrum olmuş 105 uşaq övladlığa verilib. Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Sosial Xidmətlər Agentliyindən bildirilib. Övladlığa verilən uşaqlardan 53-ü qız, 52-si isə oğlandır

02.10.2026 229
.

Bu kadrlarda 5-ci sinifdə oxuyan Zaur var - Video

Tanınmış aparıcı Zaur Baxşəliyev Şuşaya səfər edib. "Qafqazinfo"nun məlumatına görə, o, illər əvvəl məcburi köçkün düşdüyü şəhərdə təsirli anlar yaşayıb. Bir vaxtlar parta arxasında əyləşdiyi məktəbə indi yeni nəslin uşaqları ilə birgə baş çəkib. Məktəblilərlə avtobusa minib, onların bir günün

11:02 239
.

3 oktyabr Azərbaycanın gələcək yolunu müəyyənləşdirən tarixi gündür

"3 oktyabr Azərbaycan xalqının və müstəqil dövlətçiliyimizin tarixində xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. 1993-cü il oktyabrın 3-də keçirilmiş ümumxalq səsverməsi nəticəsində Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkəmizin taleyində mühüm dönüş nöqtəs

15:14 49
.