Azərbaycanın iqtisadiyyatı kiçilir: rəqəmlər nə deyir? - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanın iqtisadiyyatı kiçilir: rəqəmlər nə deyir? - İQTİSADÇIDAN AÇIQLAMASon dövrlərdə açıqlanan rəsmi statistik göstəricilər Azərbaycanda iqtisadi aktivliyin zəiflədiyini göstərir. 2026-cı ilin ilk aylarında ölkənin ümumi daxili məhsulu (ÜDM) əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 0,3% azalıb, xüsusilə neft-qaz sektorunda geriləmə daha qabarıq hiss olunub. Beynəlxalq maliyyə qurumlarının proqnozları da iqtisadi artım tempinin aşağı səviyyədə davam etdiyini göstərir və bu, ölkə iqtisadiyyatında mövcud struktur problemlərinin aktuallığını bir daha gündəmə gətirir.
Azərbaycanın iqtisadiyyatı kiçilir: rəqəmlər nə deyir? - İQTİSADÇIDAN AÇIQLAMAMövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BiG.AZ-a açıqlamasında bildirdi ki, Azərbaycan iqtisadiyyatının bu vəziyyətini anlamaq üçün rəqəmlərə baxmaq kifayətdir. Onun sözlərinə görə, 2025-ci ildə real ÜDM artımı 2024-cü ildəki 4,1 faizlə müqayisədə cəmi 1,4 faizə qədər yavaşlayıb: "2026-cı ilin birinci rübündə isə ÜDM-də 0,3 faiz azalma qeydə alınıb. Bu kiçilməni araşdırdıqda bir neçə fundamental problem ortaya çıxır.

Birinci və ən böyük problem neftədən həddindən artıq asılılıqdır. Artımın yavaşlamasının əsas səbəbi karbohidrogen hasilatının 1,6 faiz azalması olub. Onilliklər ərzində iqtisadiyyatı neft gəlirləri üzərində qurmaq, indi ağrılı nəticə verir. Neft qiymətləri yüksək olsa belə, hasilatın azalması ÜDM-i aşağı çəkir, çünki alternativ güclü sektorlar - qeyri-neft-qaz istehsalı yetişdirilməyib.

İkinci ciddi problem investisiyaların azalmasıdır. 2025-ci ildə ümumi investisiyaların həcmi 2024-cü ildəki 16,8 faizlə müqayisədə ÜDM-in 15,7 faizinə enib. Özəl sektor investisiyaları zəif qalır, çünki biznes mühiti şəffaf deyil, rəqabət bərabər deyil, inhisarçılar bazarı bloklayır.

Üçüncü problem xidmət sektorunun zəifləməsidir. ÜDM-in təxminən 45 faizini təşkil edən xidmət sektorundakı artım 2024-cü ildəki 6,4 faizlə müqayisədə 2025-ci ildə 3,1 faizə düşüb. Bu nəqliyyat, turizm və rabitə sahələrindəki zəifləməsi fonunda baş verir.

Dördüncü problem qeyri-rəsmi iqtisadiyyatın böyüklüyüdür. Hökumətin öz sənədlərindən belə məlum olur ki, "kölgə iqtisadiyyatı"nın azaldılması iqtisadi inkişafın əsas şərtlərindən biri kimi göstərilib. Bu o deməkdir ki, vergi yığımı natamam, büdcə gəlirləri süni, real iqtisadi mənzərə isə rəsmi rəqəmlərdən fərqlidir.

Beşinci məsələ isə qlobal amildir, lakin bu, hökuməti məsuliyyətdən azad etmir. Beynəlxalq Valyuta Fondunun hesabatında neft ixrac edən ölkələr üzrə iqtisadi artım proqnozu 2,6 faiz bəndi aşağı salınıb. Lakin eyni qlobal şəraitdə düzgün siyasət yürüdən ölkələr çarpaz sektorlarda artımı qoruya bilirlər.

Əsas məsələ budur ki, onilliklər boyu neft pulu olub, lakin bu pul iqtisadiyyatı həqiqi mənada şaxələndirməyə xərclənməyib. İstehsal sektoru zəif, texnologiya ixracatı demək olar ki, yox səviyyəsindədir. Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) özü vurğulayıb ki, enerji qiymətlərindəki dəyişkənlik, qlobal ticarətdəki qeyri-müəyyənlik və regional geosiyasət iqtisadi artımda yavaşlama risklərini artırır. Yəni risklər çoxdan görünürdü, amma struktur islahatlar ləng həyata keçirildi. İndi neft hasilatı azaldıqca, iqtisadiyyatın alternativ dayaqları olmadığı üçün kiçilmə qaçılmaz olur".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 732   Tarix: 20 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

YAP qurultayında yeni dövrün siyasi xəritəsi çəkildi

Azərbaycanın siyasi həyatında mühüm hadisələrdən biri baş verdi. Hakim Yeni Azərbaycan Partiyasının sayca VII qurultayı keçirildi. Prezident İlham Əliyevin çıxışı təkcə partiyanın qarşıdakı fəaliyyətinə deyil, Azərbaycanın daxili və xarici siyasətinin əsas istiqamətlərinə dair mühüm mesajlarla yadd

14:21 101
.

Rusiya rəsmisi "Tramp Marşrutu" ilə bağlı Ermənistana dair iddia irəli sürüb

Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsovun sözlərinə görə, Ermənistanda "Tramp Marşrutu"nun ABŞ tərəfindən idarə olunması ölkədə Amerika özəl hərbi şirkətlərinin (PMC) və kəşfiyyat infrastrukturunun yaradılmasına gətirib çıxara bilər. xəbər verir ki, bu barədə TASS məluma

10:49 162
.

Müəllimin hörmətini kim əlindən aldı?

Mənə nədənsə elə gəlir ki, artıq müəllim sinfə girəndə uşaqlar ayağa qalxmır. Ən azından müəllimlə aşıq kimi deyişən şagirdin bu hörməti nümayiş etdirdiyinə çətin inanıram. Bu gün məktəblə bağlı bir yeni problemlə qarşılaşdıq. Müəllim az qala yalvarırdı ki, hüquqşünaslar ona kömək etsin. Siz də aga

02.10.2026 275
.

Suverenlik Azərbaycanın xarici siyasət strategiyasıdır

"Prezident İlham Əliyevin oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VII Qurultayındakı çıxışı ölkənin hazırkı inkişaf mərhələsinin mühüm xüsusiyyətlərindən birini aydın şəkildə ortaya qoydu: artıq bu gün suverenlik yalnız hüquqi kateqoriya və ya ərazi bütövlüyünün bərpasının nəticəsi kimi nəzərdə

13:20 137
.

YAP-ın VIII Qurultayı - yeni siyasi reallıqlara doğru

"Yeni Azərbaycan Partiyasının VII qurultayında Prezident İlham Əliyevin çıxışı ölkənin yeni tarixi şəraitdə inkişaf istiqamətlərinin təqdimatı kimi diqqət çəkir. Çıxışda Azərbaycanın son onilliklərdə keçdiyi yol, əldə olunan nəticələr, dəyişən regional və beynəlxalq mənzərə, eləcə də gələcək üçü

13:03 126
.

"Məni "Söylü"yə oxşatmayın"

Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. Axşam.az xəbər verir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüyə oxşatmayın. Mə

02.10.2026 277
.

Azərbaycanda 9 ayda 105 uşaq övladlığa verilib - STATİSTİKA

Azərbaycanda cari ilin ötən dövrü ərzində valideyn himayəsindən məhrum olmuş 105 uşaq övladlığa verilib. Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Sosial Xidmətlər Agentliyindən bildirilib. Övladlığa verilən uşaqlardan 53-ü qız, 52-si isə oğlandır

02.10.2026 229
.

Bu kadrlarda 5-ci sinifdə oxuyan Zaur var - Video

Tanınmış aparıcı Zaur Baxşəliyev Şuşaya səfər edib. "Qafqazinfo"nun məlumatına görə, o, illər əvvəl məcburi köçkün düşdüyü şəhərdə təsirli anlar yaşayıb. Bir vaxtlar parta arxasında əyləşdiyi məktəbə indi yeni nəslin uşaqları ilə birgə baş çəkib. Məktəblilərlə avtobusa minib, onların bir günün

11:02 239
.

3 oktyabr Azərbaycanın gələcək yolunu müəyyənləşdirən tarixi gündür

"3 oktyabr Azərbaycan xalqının və müstəqil dövlətçiliyimizin tarixində xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. 1993-cü il oktyabrın 3-də keçirilmiş ümumxalq səsverməsi nəticəsində Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkəmizin taleyində mühüm dönüş nöqtəs

15:14 49
.