Pezeşkian: Tramp İranın nə üçün öz nüvə hüquqlarından istifadə etməməli olduğuna dair suala cavab vermir
Rəsmi Tehran ABŞ Prezidenti Donald Trampdan İranın nə üçün nüvə hüquqlarından istifadə etməməli olduğuna dair suala cavab verməsini gözləyir.
"Report" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Gənclər və İdman Nazirliyində çıxışı zamanı deyib.
"ABŞ Prezidenti elan edir ki, İran nüvə hüquqlarından istifadə etməməlidir, lakin "hansı cinayətə görə?" sualına cavab vermir. O kimdir ki, bir milləti qanuni hüquqlarından məhrum edə bilsin? İnsani prinsiplər baxımından, dinindən, məzhəbindən, irqindən və etnik mənsubiyyətindən asılı olmayaraq, hər bir azad insan öz təbii hüquqlarına sahib olmalıdır. Biz də beynəlxalq sistemdə bütün xalqlarla insaf və ədalət əsasında rəftar edilməsini tələb edirik", - Pezeşkian qeyd edib.
İran Prezidenti beynəlxalq qrurumların fəaliyyətsiz olduğunu da diqqətə çatdırıb:
"Bu hərəkətlər qarşısında insan hüquqları iddiasında olan təşkilatlar və hətta Birləşmiş Millətlər Təşkilatı kimi qurumlar yatıb, fəaliyyətsizdir və sadəcə bəzən narahatlıq ifadə etməklə kifayətlənir, halbuki bu cür reaksiyalar belə cinayətlərin qarşılığında yetərli deyil".
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.
İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb. Saatlarla davam edən danışıqlar tərəflərin mövqelərindəki fərqlərə görə nəticəsiz başa çatıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 938 Tarix: 19 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYAP qurultayında yeni dövrün siyasi xəritəsi çəkildi
Azərbaycanın siyasi həyatında mühüm hadisələrdən biri baş verdi. Hakim Yeni Azərbaycan Partiyasının sayca VII qurultayı keçirildi. Prezident İlham Əliyevin çıxışı təkcə partiyanın qarşıdakı fəaliyyətinə deyil, Azərbaycanın daxili və xarici siyasətinin əsas istiqamətlərinə dair mühüm mesajlarla yadd
14:21 101 Rusiya rəsmisi "Tramp Marşrutu" ilə bağlı Ermənistana dair iddia irəli sürüb
Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsovun sözlərinə görə, Ermənistanda "Tramp Marşrutu"nun ABŞ tərəfindən idarə olunması ölkədə Amerika özəl hərbi şirkətlərinin (PMC) və kəşfiyyat infrastrukturunun yaradılmasına gətirib çıxara bilər. xəbər verir ki, bu barədə TASS məluma
10:49 162 Müəllimin hörmətini kim əlindən aldı?
Mənə nədənsə elə gəlir ki, artıq müəllim sinfə girəndə uşaqlar ayağa qalxmır. Ən azından müəllimlə aşıq kimi deyişən şagirdin bu hörməti nümayiş etdirdiyinə çətin inanıram. Bu gün məktəblə bağlı bir yeni problemlə qarşılaşdıq. Müəllim az qala yalvarırdı ki, hüquqşünaslar ona kömək etsin. Siz də aga
02.10.2026 275 Suverenlik Azərbaycanın xarici siyasət strategiyasıdır
"Prezident İlham Əliyevin oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VII Qurultayındakı çıxışı ölkənin hazırkı inkişaf mərhələsinin mühüm xüsusiyyətlərindən birini aydın şəkildə ortaya qoydu: artıq bu gün suverenlik yalnız hüquqi kateqoriya və ya ərazi bütövlüyünün bərpasının nəticəsi kimi nəzərdə
13:20 137 YAP-ın VIII Qurultayı - yeni siyasi reallıqlara doğru
"Yeni Azərbaycan Partiyasının VII qurultayında Prezident İlham Əliyevin çıxışı ölkənin yeni tarixi şəraitdə inkişaf istiqamətlərinin təqdimatı kimi diqqət çəkir. Çıxışda Azərbaycanın son onilliklərdə keçdiyi yol, əldə olunan nəticələr, dəyişən regional və beynəlxalq mənzərə, eləcə də gələcək üçü
13:03 126 "Məni "Söylü"yə oxşatmayın"
Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. Axşam.az xəbər verir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüyə oxşatmayın. Mə
02.10.2026 277 Azərbaycanda 9 ayda 105 uşaq övladlığa verilib - STATİSTİKA
Azərbaycanda cari ilin ötən dövrü ərzində valideyn himayəsindən məhrum olmuş 105 uşaq övladlığa verilib. Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Sosial Xidmətlər Agentliyindən bildirilib. Övladlığa verilən uşaqlardan 53-ü qız, 52-si isə oğlandır
02.10.2026 229 Bu kadrlarda 5-ci sinifdə oxuyan Zaur var - Video
Tanınmış aparıcı Zaur Baxşəliyev Şuşaya səfər edib. "Qafqazinfo"nun məlumatına görə, o, illər əvvəl məcburi köçkün düşdüyü şəhərdə təsirli anlar yaşayıb. Bir vaxtlar parta arxasında əyləşdiyi məktəbə indi yeni nəslin uşaqları ilə birgə baş çəkib. Məktəblilərlə avtobusa minib, onların bir günün
11:02 239 3 oktyabr Azərbaycanın gələcək yolunu müəyyənləşdirən tarixi gündür
"3 oktyabr Azərbaycan xalqının və müstəqil dövlətçiliyimizin tarixində xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. 1993-cü il oktyabrın 3-də keçirilmiş ümumxalq səsverməsi nəticəsində Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkəmizin taleyində mühüm dönüş nöqtəs
15:14 49