19 yaşlı Abdullayevi güllələyən polis həbs olundu
Rusiyada azərbaycanlı gənci öldürən yol polisi həbs olunub.
BiG.AZ lent.az-a istinadla xəbər verir ki, lakin bu həbs qərarı azərbaycanlı gəncin ölümünə görə deyil, yol polisinin xidməti zamanı yol verdiyi başqa nöqsana görə verilib.
Söhbət Rusiyanın Novosibirsk vilayətində xidmət edən yol polisi, baş leytenant Aleksandr Qusevdən gedir. Məlumata görə, aprelin 13-də Moşkov rayonunda DYP inspektorları Aleksandr Qusev və Vitaliy Baranov barəsində hökm çıxarılıb. Hər iki şəxs CM-nin 286-cı maddəsinin 3-cü hissəsinin "a, v, g, d" bəndləri üzrə (zorakılıq və silah tətbiq etməklə vəzifə səlahiyyətlərini aşmaqda) təqsirli bilinib.
İş materiallarına görə, 2024-cü ilin iyul ayının sonlarında DYP ekipajı kənddə pitbayk sürən yeniyetmələri təqib edib. Məktəblilər polisin dayanmaq tələbinə tabe olmayaraq qaçmağa çalışıblar, lakin bir müddət sonra idarəetməni itirərək qəza törədiblər. Hadisədən sonra polis əməkdaşları qəzanı rəsmiləşdirmək və zərərçəkənlərə kömək göstərmək əvəzinə hadisə yerini tərk ediblər.
Məhkəmə Aleksandr Qusev və Vitaliy Baranova hər birinə 3 il müddətinə ümumi rejimli həbsxanada həbs cəzası təyin edib. Bundan əlavə, onlar 2 il müddətinə Rusiya Daxili İşlər Nazirliyi sistemində dövlət vəzifəsi tutmaq hüququndan məhrum ediliblər. Hər iki şəxs "polis baş leytenantı" xüsusi rütbəsindən də məhrum olunub. Hökm hələ qanuni qüvvəyə minməyib və apellyasiya şikayəti verilə bilər.
Qeyd edək ki, Aleksandr Qusevin adı daha rezonanslı hadisədə, 2021-ci il mayın 28-də 19 yaşlı azərbaycanlı Vəkil Abdullayevin qətlində hallanıb.
Belə ki, yol polisi azərbaycanklı gənclərin idarə etdiyi "Toyota" markalı avtomobili saxlamaq istəsə də, onlar tabe olmayıblar. Sonradan gənclər avtomobili saxlayaraq qaçıblar. Lakin yol polisləri onlardan 19 yaşlı Vəkili saxlamağa nail olublar. Bu zaman Vəkilin dostları geri dönərək onu xilas etməyə çalışıblar. Amma yol polisi Qusev Vəkilin başını xidməti avtomobilin kapotuna sıxıb və tapança ilə gicgahına atəş açıb. Xəstəxanaya yerləşdirilən oğlan orada ölüb.
Lakin təəssüf ki, Rusiya məhkəməsi Vəkil Abdullayevin ölümünə görə Aleksandr Qusevi cəzalandırmayıb və ona bəraət verib. Qusev yalnız qəza törədən rusiyalı yeniyetmələrə kömək etmədiyi üçün 2024-cü ilin sentyabr ayında işdən kənarlaşdırılıb və nəticədə azadlıqdan məhrum edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 867 Tarix: 18 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMəscidlərdən ən çox nə oğurlanır? - Nəzir qutusu, xalça...
Məscid insanın özünü təhlükəsiz hiss etdiyi, ibadətə və sakitliyə gəldiyi məkanlardan biridir. Buna görə də burada baş verən oğurluq adi küçə cinayətindən daha çox diqqət çəkir. İnsan namaz qılarkən ayaqqabısını, telefonunu, pul kisəsini bir kənara qoyur, nəzir qutusuna pul atır və təbii olaraq həmi
02.10.2026 233 Endrik "Real Madrid"i bu kluba dəyişə bilər
İtaliya təmsilçisi "Roma" İspaniyanın "Real Madrid" komandasının braziliyalı futbolçusu Endriki yenidən heyətinə qatmaq istəyir. Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya təmsilçisi 20 yaşlı hücumçunun icarəsi ilə bağlı danışıqları qış transfer pəncərəsində yenidən başlatmağ
02.10.2026 218 Suverenlik Azərbaycanın xarici siyasət strategiyasıdır
"Prezident İlham Əliyevin oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VII Qurultayındakı çıxışı ölkənin hazırkı inkişaf mərhələsinin mühüm xüsusiyyətlərindən birini aydın şəkildə ortaya qoydu: artıq bu gün suverenlik yalnız hüquqi kateqoriya və ya ərazi bütövlüyünün bərpasının nəticəsi kimi nəzərdə
13:20 146 Hərəkət edin, xoşbəxt olun - ARAŞDIRMA
Gün ərzində fiziki aktiv olmaq təkcə bədən sağlamlığı üçün deyil, insanın əhvalı üçün də faydalı ola bilər. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, "Nature Human Behaviour" jurnalında dərc olunan araşdırmada alimlər 8 223 nəfərin məlumatlarını təhlil ediblər. Tədqiqat 14 ölkədən 67 məluma
10:29 181 Messi vida oyunu üçün Argentinaya yollandı
Lionel Messi ailəsi ilə birlikdə Argentinanın Rosario şəhərinə gedib. Teleqraf xəbər verir ki, 39 yaşlı futbolçunun yaxın günlərdə Argentina millisinin heyətində vida oyununa çıxacağı gözlənilir. Yığm oktyabrın 7-nə keçən gecə Beninlə yoldaşlıq görüşündə qarşılaşacaq. Messi Argentina millisində 207 oyu
02.10.2026 257 İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif edib
Beynəlxalq Cüdo Federasiyasının prezidenti Ladislau-Marius Vizer "Dostluq" ordeni ilə təltif edilib. BİG.AZ -a istinadla xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Respublikasında və beynəlxalq səviyyədə cüdo idman növünün inkişafı sahəsind
10:41 153 Hər gün yediyimiz bu tərəvəz böyrəklər üçün təhlükəli ola bilər
Sağlam qidalanmanın vacib hissəsi hesab olunan ispanaq bəzi insanlar üçün gözlənilməz risk daşıya bilər. Xüsusilə böyrək daşı problemi yaşayan şəxslərə bu tərəvəzi həddindən artıq qəbul etməmək tövsiyə olunur. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ-ın Milli Diabet, Həzm və Böyrək Xəstəliklər
12:02 170 Putin nəvələrinin gələcək peşəsini - Açıqladı
Rusiya Prezidenti Vladimir Putin nəvələri barədə danışıb. "Qafqazinfo" xəbər verir ki, Putin bu haqda "Valday" Diskussiya Klubunun plenar iclasındakı çıxışı zamanı qısa məlumat verib. "Nəvələrim tərcüməçi kimi işləyəcəklər, onlar çin dilində danışırlar!" - deyə Rusiya lider
02.10.2026 327 Yağıntılı havanın nə vaxtadək davam edəcək?
Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıd
10:21 185