Yaxın dostları olmayan insanlar şəxslər asossial deyil - Səbəb daha dərindir
Yaxın dostları və romantik partnyoru olmayan yetkin insanların mütləq şəkildə asossial və ya ünsiyyətdə xoşagəlməz olduğu düşünülməməlidir. Çox vaxt bunun səbəbi uşaqlıqdan formalaşan psixoloji özünümüdafiə mexanizmidir. Bu mexanizm insanın sosial kontaktları minimuma endirərək daxili rahatlığını qorumağa çalışması ilə bağlı olur.
Qaynarinfo xəbər verir ki, bu barədə "Silicon Canals" nəşri psixoloji araşdırmalara istinadən yazıb.
Məqalədə qeyd olunur ki, bəzi insanlar uşaqlıqda açıq ünsiyyətin psixoloji ağrılara səbəb olduğunu, yardım istəməyin isə dəstək əvəzinə cəza ilə nəticələndiyini öyrənirlər. Nəticədə onlar böyüklük dövründə zahirən mehriban və özünə kifayət edən görünsələr də, heç kəsi özlərinə həqiqətən yaxın buraxmırlar və daxili problemlərini paylaşmırlar.
Britaniyalı psixiatr Con Bovlbi tərəfindən irəli sürülən "bağlanma nəzəriyyəsi"nə görə, uşaqlıqda valideynlərlə münasibət təcrübəsi insanın böyüklükdə münasibət qurma modelini formalaşdırır. Əgər uşaq dəstək və qayğı görürsə, "təhlükəsiz bağlanma" formalaşır. Emosional olaraq soyuq və ya qeyri-sabit valideynlər isə uşağın öz ehtiyaclarını bastırmasına səbəb olur.
Belə hallarda insanlar "kompulsiv müstəqillik" adlanan davranış modelini inkişaf etdirirlər. Bu isə yalnız özünə güvənmək və hətta ehtiyac olsa belə, başqalarından uzaq durmaq deməkdir. Bowlbinin fikrincə, bu, həmin insanların yaxınlıq istəməməsi deyil, mümkün emosional ağrıdan qorunmaq cəhdidir.
Elmi araşdırmalar göstərir ki, böyüklərin təxminən 20 faizi "qaçınan bağlanma tipi"nə malikdir. Bu insanlar sosial ünsiyyətdə çətinlik yaşamırlar, lakin münasibətləri dərinləşdirməkdə problemlə üzləşirlər. Onların çoxlu tanışı olsa da, daxili dünyasını həqiqətən paylaşdığı insan olmur. Alimlər vurğulayır ki, problem sosial bacarıqlarda deyil, yaxınlığa qarşı daxili blokadadadır.
"Bu, asossiallıq deyil. Bu, adaptasiyadır. Bu, uşağın öz ailəsində öyrəndiyi qaydalara uyğun davranışıdır", deyə məqalədə qeyd olunur.
Problemin əsas məqamı odur ki, bu uşaqlar böyüyüb valideyn evindən ayrıldıqdan sonra belə uzaq durma vərdişi davam edir. İnsan zahirən sakit görünsə də, orqanizmində yüksək stress səviyyəsi qala bilər. Bundan əlavə, bu tip bağlanma depressiya və təşviş riskinin artması ilə də əlaqələndirilir.
"Dostu olmayan bir yetkin sosial uğursuzluq yaşamır. O, sadəcə uşaqlıqda öyrəndiyi yeganə strategiyanı tətbiq edir", mütəxəssislər izah edir.
Eyni zamanda uzunmüddətli tədqiqatlar, o cümlədən Harvard Böyüklərin inkişafı araşdırması göstərir ki, yaxın münasibətlər insanın xoşbəxtliyi və sağlamlığı üçün əsas faktorlardan biridir. Tənha qalmaq isə siqaret çəkmək və ya piylənmə qədər zərərli ola bilər.
Mütəxəssislərin fikrincə, bu vəziyyətdən çıxış yolu yeni tanışlıqların sayını artırmaq deyil, tədricən etibarın formalaşdırılmasıdır. Bu, ən azı bir insanla səmimi söhbət aparmaq və real emosiyaları paylaşmaqla başlaya bilər.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYay aylarında çəki atmaq istəyənlərin NƏZƏRİNƏ!
Sizə "Lipotrim" arıqladıcı kapsullarını təqdim edirik:. 1 İştahı kəsir ✔️. 2 Metobalizmanı gücləndirir✔️. 3 Piy qatlarını əridir✔️. 4 Kapsullar bitki tərkibli və ziyansızdır. Bir kurs ərzində orqanizmdən asılı olaraq qadınlarda 1 aya 20 kq və kişilərdə arıqlamaq mümkündür. Səhər tezdən ac qarın
23.08.2021 561 Xərçəngə qarşı hər gün yeyilməli 8 QİDA
Onkoloqlar xərçəng riskini azaltmaq üçün hər gün yeyilməli olan super təsirli 8 qidanı açıqlayıblar. -a stinadən xəbər verir ki, bu qidalar şiş hüceyrələrinin aktivləşməsinin qarşısını alır. 1. Sarımsaq. Elmi tədqiqatlar göstərib ki, müntəzəm sarımsaq yemək mədə-bağırsaq xərçəngini 12% azaldır. Sarımsağ
11.08.2021 1542 Bu qidalar yaddaş itkisinə səbəb olur - Araşdırma
Yağlı və şəkərli qidalar beyin hüceyrələrinə ciddi ziyan vurur. Bu qidalar yaddaş itkisinə və düşünmə qabiliyyətində zəifliyə səbəb olur. -a istinadən xəbər verir ki, mütəxəssislər bu barədə xüsusi xəbərdarlıq ediblər. Qidalanmanın sağlam olmaması birbaşa nevroloji təsirlərlə də özünü göstərir. Beyi
23.08.2021 1483 Vitamin artıq qəbul olunarsa nələr baş verər? - XƏBƏRDARLIQ
Koronavirus pandemiyası dövründə immun sisitemini gücləndirmək üçün D vitamininə tələbat artıb. Bu gün çoxları immuniteti gücləndirmək üçün əlavə olaraq D vitamini qəbul edir. Çox zaman isə bu, qanda D vitamini səviyyəsini öyrənmədən, həkim tövsiyəsi olmadan baş verir. Mütəxəssislər isə bildirir ki
11.09.2021 998 Yemiş yeyənlər bu xəstəliklərdən uzaqdırlar
Yay aylarında qarpızdan sonra ən məşhur meyvə sayılan yemiş bədəni sərinlədir və rahatlıq verir. Yemişin tərkibi bol su ilə yanaşı, yod və xrom mineralları, A və C vitamini ilə də zəngindir. Yemiş gözdə katarakta yaranmasının qarşısını alır, hamiləliyi asanlaşdırır, immun sistemini gücləndirir, sidikqovucudur
15.08.2021 2008 Sağlam üz dərisi üçün 8 "qızıl" QAYDA
Üz dərisini təmiz, sağlam və parlaq etmək üçün əmək verməli, xüsusi olaraq qulluq göstərmək lazımdır. BİG.AZ -a istinadən üz dərsini təmiz edən 8 qızıl qaydanı təqdim edir:. 1 - Günəş qoruyucu kremi evdən çıxmazdan əvvəl çəkin. Günəş kremi günəş yanığı, dəri xərçəngi və erkən qocalmağa qarşı dərini qoruyur
17.08.2021 1695 Stress, həyəcan və yuxusuzluğa qarşı 10 ÇARƏ
Əgər təşviş, stress sizi içdən yeyirsə, yuxunuz ərşə çəkilibsə, əsəbləriniz dincəlmirsə, o zaman stressə qarşı bitki yığnaqlarından istifadə etməklə, əsəb sakitləşdiciri çay hazırlayın. -a istinadən sakitləşdirici bitkililəri təqdim edir. Mütəxəssislər çay üçün bunlardan ikisini seçib qarışdırmağı tövsiy
01.09.2021 1893 Dünyanın ən məşhur dietoloqlarının tarixə düşən pəhrizləri
Məşhur dietoloq Pol Breq deyirdi ki, ömrü uzatmağın ən yaxşı yolu onu qısaltmamaqdır. O, hesab edirdi ki, ömrü qısaldan və xəstəliklərin yaranmasına səbəb olan başlıca amil qeyri-sağlam qidalanmadır. -a istinadən bu yazıda oxucuları dünyanın populyar dietoloqlarının pəhrizləri ilə tanış edir. Anri Şeno
20.08.2021 1329 Həkim üzün vəziyyətinə görə diaqnoz edilən təhlükəli xəstəlikləri açıqladı
Asimmetrik üz insultun ilk əlamətlərindən biri ola bilər. Bu barədə rusiyalı onkoloq İvan Karasev danışıb. Onun sözlərinə görə, əksər xəstəliklər insanın üzündə müəyyən izlər buraxır. "Üzdəki quru və çatlamış dəri bədənin susuz qalmasının bir əlamətidir. Bu simptom həm də tər vəzilərinin işi il
28.08.2021 914