"Azərbaycan xalqı Zərifə xanım Əliyevanı dərin ehtiram, sevgi və minnətdarlıq hissi ilə xatırlayır" - BƏHRUZ QULİYEV
"Azərbaycan xalqı Zərifə xanım Əliyevanı dərin ehtiram, sevgi və minnətdarlıq hissi ilə xatırlayır. O, yalnız görkəmli alim-oftalmoloq kimi deyil, eyni zamanda yüksək mənəvi keyfiyyətləri, insanlara olan həssas münasibəti və nəcib həyat yolu ilə xalqın yaddaşında silinməz iz qoymuş şəxsiyyətdir".
Bu sözləri BiG.AZ-a açıqlamasında SƏS Media Group-un rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev bildirib. Onun sözlərinə görə, Zərifə xanım Əliyeva Azərbaycan tibb elminin inkişafına mühüm töhfələr vermiş, xüsusilə oftalmologiya sahəsində apardığı elmi tədqiqatlarla beynəlxalq səviyyədə tanınmışdır: "Onun elmi fəaliyyəti təkcə nəzəri yeniliklərlə məhdudlaşmamış, praktik səhiyyədə də minlərlə insanın sağlamlığına xidmət etmişdir. Bu baxımdan, o, həm alim, həm də fədakar həkim obrazının vəhdətini təcəssüm etdirir.
Azərbaycan cəmiyyəti Zərifə xanımı eyni zamanda yüksək ailə dəyərlərinin daşıyıcısı kimi xatırlayır. O, Ümummilli lider Heydər Əliyev kimi dahi dövlət xadiminin həyat yoldaşı, İlham Əliyev kimi müasir Azərbaycanın liderinin anası olaraq da Azərbaycan ailə institutuna dəyərli nümunə göstərmişdir. Onun nüfuzu yalnız bu amillərlə məhdudlaşmır o, öz şəxsi keyfiyyətləri, zəhməti və sadəliyi ilə xalqın sevgisini qazanmışdır.
Bu gün Zərifə Əliyevanın adı bir sıra nüfuzlu elm və səhiyyə ocaqlarında yaşadılır. Eyni zamanda, onun xatirəsinə həsr olunan beynəlxalq elmi konfranslar və tibbi forumlar da mütəmadi olaraq təşkil olunur.
Bütövlükdə, Azərbaycan xalqı Zərifə xanım Əliyevanı elmə sədaqətin, insanpərvərliyin və yüksək mənəviyyatın simvolu kimi xatırlayır, onun adını daşıyan bütün bu ocaqlar isə bu böyük şəxsiyyətin ölməz irsinin canlı təcəssümüdür".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 782 Tarix: 15 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞəhid anasını ağır söyüşlərlə təhqir edən blogger niyə cəzalandırılmır? - VİDEO
Aprel döyüşlərinin və 44 günlük Vətən müharibəsinin iştirakçısı, antiterror əməliyyatı şəhidi Zamin Abbasovun anası hüquq-mühafizə orqanlarına müraciət edib. -ın əldə etdiyi məlumata görə, şəhid anası sosial şəbəkədə onu təhqiramiz ifadələr və ağır söyüşlərlə təhqir edən, blogger kimi tanınan Sevin
16:52 152 YAP-ın VIII Qurultayı - yeni siyasi reallıqlara doğru
"Yeni Azərbaycan Partiyasının VII qurultayında Prezident İlham Əliyevin çıxışı ölkənin yeni tarixi şəraitdə inkişaf istiqamətlərinin təqdimatı kimi diqqət çəkir. Çıxışda Azərbaycanın son onilliklərdə keçdiyi yol, əldə olunan nəticələr, dəyişən regional və beynəlxalq mənzərə, eləcə də gələcək üçü
13:03 148 Məşhur ticarət mərkəzinin girişində sərnişin avtobusu aşdı - Video
Bakıda Sədərək Ticarət Mərkəzinin girişində 194 nömrəli marşrut avtobusu aşıb. "News24"ə istinadən xəbər verir ki, bunu hadisə şahidləri bildiriblər. Qeyd edilib ki, xəsarət alanlar var. Qəzanın yağışlı hava şəraiti üzündən baş verdiyi bildirilir. [youtube]. [/youtube]
14:54 161 Keniyada kütləvi yol-nəqliyyat hadisəsində 17 nəfər ölüb
Nayrobi-Mombasa magistral yolunda bir neçə avtomobilin kütləvi toqquşması nəticəsində ən azı 17 nəfər həlak olub. "Report" xəbər verir ki, bu barədə "Xinhua" agentliyi Keniya polisisinə istinadən xəbər verir. Polisin məlumatına görə, qəza Salam şəhərində baş verib, belə ki, sahi
15:30 127 "Forsaj" serial olacaq
"Peacock" platforması məşhur "Forsaj" film franşizası əsasında serial hazırlanacağını açıqlayıb. Axşam.az xəbər verir ki, ekran işinin ulduzu Vin Dizel serialın icraçı prodüseri olacaq. Onun layihədə aktyor kimi rol alıb-almayacağı isə hələ məlum deyil. Serialın premyerasının 2028-c
02.10.2026 249 Suverenlik Azərbaycanın xarici siyasət strategiyasıdır
"Prezident İlham Əliyevin oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VII Qurultayındakı çıxışı ölkənin hazırkı inkişaf mərhələsinin mühüm xüsusiyyətlərindən birini aydın şəkildə ortaya qoydu: artıq bu gün suverenlik yalnız hüquqi kateqoriya və ya ərazi bütövlüyünün bərpasının nəticəsi kimi nəzərdə
13:20 163 ABŞ raketləri 3 dəfə uzağa uçacaq: Pentaqon tələbləri dəyişdi
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) HIMARS sistemlərində istifadə olunan yeni nəsil raketlər üçün tələbləri sərtləşdirib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, söhbət HIMARS buraxılış qurğusunun özünün dəyişdirilməsindən deyil, onun üçün nəzərdə tutulan raketlərin imkanlarının artırılmasından gedir
11:10 171 Azərbaycan öz milli maraqlarından geri çəkilmir
"Yeni Azərbaycan Partiyasının VII Qurultayında Prezident İlham Əliyev ölkəmizin qarşıdakı dövrdə siyasi, iqtisadi, təhlükəsizlik və ideoloji istiqamətlərini müəyyən edən mesajlar verdi. Dövlət başçımız Azərbaycanın əldə etdiyi nəticələri, eyni zamanda yeni mərhələnin əsas prioritetlərini bəyan etdi
13:36 166 Azərbaycan manatının dövretmə sürəti 8 ayda azalıb
Bu ilin sentyabrın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 2,96 bənd təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 0,04 bənd, ilin əvvəlinə nisbətən 0,24 bənd, 2025-ci ilin sentyabrın 1-i ilə müqayisədə is
16:50 110