Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - AÇIQLAMA

Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - AÇIQLAMAAzərbaycanlı hərbçi Nəsimi Musayev naməlum şəraitdə Ermənistan ərazisinə keçib. Oktyabrın 1-də yerli vaxtla saat 14:15-də Zəngəzurun Şəki kəndində Azərbaycan əsgəri Ermənistan təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Oktyabrın 2-də Ermənistanın Baş Prokurorluğu naməlum şəraitdə sərhədi keçərək Zəngəzurda saxlanılan Azərbaycan əsgəri barədə daha bir cinayət işi başladıb.

Görəsən, həmin hərbçinin Azərbaycana qaytarılma ehtimalı nə dərəcədə realdır?

Mövzu ilə bağlı Oxu.Az-a danışan Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev bildirib ki, əsgər hərbi hissəni özbaşına tərk etdikdən sonra yolu səhv salaraq Ermənistan tərəfinə keçib.

Onun sözlərinə görə, sərhədlərin belə səhvən keçilməsi əvvəllər də baş verib.

"2022-ci ildə yolu azaraq Azərbaycan ərazisinə keçmiş Ermənistan hərbi qulluqçuları geri qaytarılıblar. 2024-cü ildə də Ermənistan tərəfinə keçən Azərbaycan hərbi qulluqçusu Ruslan Pənahov barəsində cinayət işinə xitam verilib və onun Azərbaycana qaytarılması barədə qərar qəbul edilib. Bu cür insidentlər hüquqi və humanitar qaydada həll olunmalıdır. Ermənistanda bu hadisə ətrafında böyük ajiotaj yaradıblar. Əsgərin hərbi hissəni tərk etməsi məlum məsələdir. Amma Ermənistanda ona qarşı cinayət törətməsi barədə irəli sürülən iddialar ayrıca və obyektiv şəkildə sübuta yetirilməlidir.

Kənd sakinlərinin Ermənistan mətbuatına verdiyi bəzi açıqlamalarda hadisədən əvvəl atəş səsi və hay-küy eşitmədikləri bildirilir. Digər məlumatlarda isə əsgərin evdə yatdığı, qadının onu gördüyü və xəsarət yetirdiyi deyilir. Bu versiyalar hadisənin necə baş verdiyi ilə bağlı ciddi suallar yaradır. Əsgərin yanında avtomatın olması onun mütləq atəş açdığını sübut etmir. Qadının ona xəsarət yetirdiyi barədə məlumatlar doğrudursa, bu da hadisənin başlanğıcı və tərəflərin hərəkətlərinin ayrıca araşdırılmasını tələb edir. Xəsarətlərin tibbi və digər ekspertizalarla müəyyən edilməsi lazımdır. İndiyədək Ermənistan tərəfinin yaydığı məlumatlar yekun məhkəmə qərarı sayıla bilməz. Hələ istintaq özü də ilkin araşdırmalar mərhələsindədir".

Hüquqşünas əlavə edib ki, Ermənistan hüquq-mühafizə orqanları istintaqı hərtərəfli və qərəzsiz aparmalıdır:

"Eyni zamanda, əsgərimizə dərhal vəkil və peşəkar tərcüməçi verilməli, vəkillə məxfi görüşməsinə və ailəsi ilə əlaqə saxlamasına şərait yaradılmalıdır. Səhhəti müstəqil həkim tərəfindən yoxlanılmalı, psixoloji təzyiqə və pis rəftara məruz qalıb-qalmadığı araşdırılmalıdır. Əlbəttə ki, bunu Ermənistan tərəfi edəcəksə, obyektivliyi həmişə şübhə doğuracaq. Hesab edirəm ki, bu prosesdə Beynəlxalq Qızıl Xaç Komitəsinin iştirakı ilə yanaşı, üçüncü neytral tərəfin də onunla görüşməsi vacibdir. Azərbaycan hüquq-mühafizə orqanları hərbi hissənin özbaşına tərk edilməsi ilə bağlı araşdırmanı davam etdirirlər. Ermənistan tərəfi isə iddialarını sübutlarla təsdiqləməlidir. Yeri gəlmişkən, onu da qeyd edim ki, Ermənistan məhkəməsi oktyabrın 2-də Nəsimi Məmmədov barəsində iki aylıq həbs qətimkan tədbiri seçib. Bunlar hazırda istintaqın irəli sürdüyü iddialardır. Azərbaycan Baş Prokurorluğu hadisənin hallarının araşdırılması üçün qarşı tərəflə təmasların davam etdiyini açıqlayıb. Hərbi qulluqçu olması avtomatik olaraq onun hərbi əsir statusu yaratmır. Üçüncü Cenevrə Konvensiyasındakı hərbi əsir statusu beynəlxalq silahlı münaqişə və həmin münaqişə zamanı düşmən tərəfinin əlinə keçmə şərtləri ilə bağlıdır. Hazırda açıqlanan məlumata görə, o, döyüş əməliyyatı zamanı əsir götürülməyib. Ermənistan ərazisində törətdiyi iddia edilən hadisədən sonra saxlanılıb. Münaqişənin hüquqi statusu və hadisənin şəraiti barədə əlavə faktlar ortaya çıxarsa, beynəlxalq humanitar hüququn tətbiqi ayrıca nəzərdən keçirilə bilər".

Ə.Nuriyev indiki mərhələdə hüquqi baxımdan prosesin necə düzgün ola biləcəyini açıqlayıb:

"İlk növbədə, saxlanmanın və həbs qətimkan tədbirinin əsasları məhkəmə nəzarətində olmalıdır. Ona iddianın mahiyyəti başa düşdüyü dildə izah edilməli, tərcümə və müdafiəçilik təmin olunmalı, ailəsinə məlumat verilməli, hüquqi yardımdan istifadə imkanı tam yaradılmalıdır. Ermənistanın da tərəfdar olduğu Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt qanunsuz və özbaşına həbsə qarşı təminatları, eləcə də ədalətli mühakimə hüququnu müəyyən edir. Azərbaycan tərəfi onunla əlaqə və hüquqi müdafiə imkanını təmin etməyə çalışmalıdır. Doğrudur, Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistanla bağlı məsələlərdə birmənalı olaraq Ermənistanın mövqeyindən çıxış etməsi artıq faktlarla da sübut olunub. O qədər də obyektiv olmaya bilərlər bu məsələdə. Nəzərə almaq lazımdır ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistanda olan nümayəndəliyi də əsas etibarilə erməniəsilli şəxslərdən ibarətdir. Ona görə də onların obyektiv olması və məsələlər barədə ətraflı məlumat verməsi o qədər də etibar ediləsi mənbə kimi görünə bilməz. Konsulluq əlaqəsi tətbiq oluna bilərsə, Vyana Konvensiyasının 36-cı maddəsi saxlanılan şəxslə konsulluq əlaqəsi hüququnu nəzərdən keçirir. Amma yenə deyirəm ki, burada da bizim Ermənistanla hələlik rəsmi, belə deyək ki, səfirlik və konsulluq səviyyəsində əlaqələrimiz yoxdur".

Onun sözlərinə görə, irəli sürülən iddialar sübutlara söykənməlidir:

"İstintaq qərəzsiz aparılmalı və təqsirsizlik prezumpsiyası qorunmalıdır. Azərbaycan tərəfi də öz ərazisində baş vermiş hallar üzrə istintaqı davam etdirməlidir. Hərbi hissənin özbaşına tərk edilməsi, onun nə vaxt və hansı şəraitdə yoxa çıxması, hərəkət marşrutu və sərhədi keçməsi səbəbləri də araşdırılmalıdır. Aidiyyəti materiallar əsasında müvafiq qərarlar qəbul edilməlidir. Mənim ilkin qənaətim bundan ibarətdir. İndi əsas tələb dərhal ekstradisiya yox, onun təhlükəsizliyi və hüquqlarının təmin edilməsi, vəkillə və ailə ilə əlaqə imkanlarının yaradılması, iddianın şəffaf araşdırılması və Azərbaycan-Ermənistan arasında nəticəyə yönəlmiş hüquqi təmasların aparılmasıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, bu insident ətrafında Ermənistanda böyük ajiotaj yaradılıb və ciddi şəkildə revanşistlər tərəfindən təzyiqlər var. Hesab edirəm ki, bu, istintaqın obyektiv və qərəzsiz aparılması imkanını xeyli daraldır. Daha çox siyasi məqsədlər üçün bu insidentdən istifadə etməyə çalışırlar. Bu isə istintaqın heç də obyektiv və ətraflı aparılmasına kömək etməyəcək. Əgər Ermənistan tərəfi, siyasi rəhbərliyi və hüquq rəhbərliyi özündə iradə taparsa, düşünürəm ki, bu məsələlərin sadə yolla həlli mümkündür və tərəflər arasında həmin əsgərimizin də Azərbaycana qaytarılması məsələsi ümumi danışıqlar fonunda həll oluna bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 471   Tarix: 03 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Müharibənin qarşısını almaq üçün müharibəyə hazırlaşırıq" - Lukaşenko

"Müharibənin qarşısını almaq üçün müharibəyə hazırlaşırıq". xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib. Onun sözlərinə görə, Belarus heç bir ölkəyə hücum etmək niyyətində deyil və hərbi hazırlıqların məqsədi mümkün müharibənin qarşısını almaqdır. Lukaşenko Qərb mediasınd

21:30 1
.

"Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb"

"Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatında söyləyib. Sərmayələrimizin coğrafiyasının da genişləndiyini qeyd edən dövlət başçısı deyib ki

15:10 173
.

Kəlağayı - əsrlərin yaddaşını yaşadan Azərbaycan sənəti

"Azərbaycan xalqının zəngin mədəni irsində elə sənət nümunələri var ki, onlar yalnız estetik gözəlliyi ilə deyil, həm də daşıdıqları tarixi yaddaşla seçilirlər. Kəlağayı da bu nadir sənət nümunələrindən biridir. Zərif ipəkdən hazırlanan, rəngarəng naxışları və özünəməxsus ornamentləri ilə seçilə

12:24 193
.

"Bu əlaqələr uzun illərdir uğurla inkişaf edir" - Yenilənib

"Əminəm ki, bu səfər ikitərəfli münasibətlərimizə çox müsbət təsir göstərəcək və ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatında söyləyib. Dövlət başçısı bu gün təkbətə

12:57 186
.

İlham Əliyevin Kamboca ilə əməkdaşlıq mesajı: Azərbaycan Asiya istiqamətində əlaqələrini genişləndirir

"Azərbaycan Prezidenti İlham Əliyevin Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat Bakı ilə Cənub-Şərqi Asiya arasında münasibətlərin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm siyasi mesajlarla yadda qaldı. Oktyabrın 12-də səsləndirilə

12:15 265
.

Əliyev həmkarı ilə geniş tərkibdə görüşdü - Yenilənib

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitlə geniş tərkibdə görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *. Prezident İlham Əliyev görüşdə çıxış edərək deyib:

16:40 308
.

Azərbaycan və Kamboca liderləri arasında siyasi etimad və dostluq mövcuddur

"Oktyabrın 12-də Kamboca Krallığının Baş naziri Hun Manet ölkəmizə səfərə gəlib. Səfər çərçivəsində Baş naziri Hun Manetin Prezident İlham Əliyev ilə məhdud və geniş tərkibdə görüşləri keçirilib, görüşlərdə Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında imzalanmış üç sənədin mübadiləsi mərasim

12:03 214
.

Vahid məktəbli forması ətrafında müzakirələr və informasiya təzyiqləri: Azərbaycanın təhsil siyasəti niyə hədəfə çevrilə bilər?

"Azərbaycanda vahid məktəbli formasının tətbiqi məsələsi təkcə təhsil müəssisələrində geyim qaydalarının müəyyənləşdirilməsi deyil, eyni zamanda sosial bərabərlik, məktəb intizamı, milli-mənəvi dəyərlər və informasiya təhlükəsizliyi baxımından əhəmiyyətli mövzudur. Təhsil dövlətin gələcəyini müəyyənləşdirə

12:27 237
.

Cerrard "Mançester Siti" haqqında: "Klubun titulları əlindən alınmalıdır, bir neçə il..."

"Liverpul"un keçmiş kapitanı Stiven Cerrard "Mançester Siti"nin Premyer Liqanın maliyyə qaydalarını pozduğuna görə mümkün cəzası barədə danışıb. -ın məlumatına görə, sentyabrın 25-də komissiyanın "Mançester Siti"ni onlara qarşı irəli sürülən 115 ittihamdan 114-də günahka

19:15 147
.