Yeni kart sistemi müzakirədə: müəllimlər üçün nə dərəcədə faydalıdır?

Yeni kart sistemi müzakirədə: müəllimlər üçün nə dərəcədə faydalıdır?"Müəllimlərin və təhsil işçilərinin sosial rifahının yaxşılaşdırılması məqsədilə təqdim edilən "Təhsil+" loyallıq kartları ətrafında müzakirələr rəsmi vədlərlə real şübhələrin qarşılaşdığı bir məqama çevrilib. Bu kartların kağız üzərində müəllimlərə supermarketlərdən apteklərə, klinikalardan geyim mağazalarına qədər geniş sahədə güzəştlər təqdim edəcəyi bildirilir. İlk baxışda bu təşəbbüs müəllim nüfuzunun artırılması və büdcəyə qənaət baxımından müsbət addım kimi görünsə də, pedaqoq və publisist yanaşması ilə baxıldıqda mənzərə daha mürəkkəbdir".

Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Şəmsi Qoca bildirib.

O, qeyd edib ki, mənim fikrimcə, bu layihənin həqiqətən faydalı olub-olmayacağı, yoxsa formal təşəbbüsə çevriləcəyi hələlik sual altındadır. Əsas narahatlıq ondan ibarətdir ki, bu kartlar müəllimlərin rifahından daha çox iri şirkətlərin kommersiya maraqlarına xidmət edə bilər. Böyük bir müəllim kütləsinin "təmin olunmuş müştəri bazası" kimi müəyyən şəbəkələrə yönləndirilməsi həmin biznes strukturları üçün ciddi qazanc imkanı yaradır:

"Xüsusilə də Elm və Təhsil Nazirliyində çalışan bəzi texnokrat yanaşmalı şəxslərin pedaqoji baxışdan çox kommersiya düşüncəsinə yaxın olması bu şübhələri daha da gücləndirir. Milli təhsilin ruhundan və müəllimin real həyatından uzaq idarəetmə yanaşması layihənin səmimiyyətinə dair suallar doğurur.

Əgər tərəfdaş mağazalarda qiymətlər əvvəlcədən süni şəkildə artırılaraq daha sonra kart vasitəsilə "endirim" adı ilə təqdim olunarsa, bu, müəllimin büdcəsinə real dəstək deyil, sadəcə kommersiya mexanizminin bir hissəsi olacaq. Bu halda layihə "müəllimləri düşünürük" görüntüsü yaratmaqdan başqa bir məqsəd daşımaya bilər.

Müəllimin əmək haqqının real şəkildə artırılması əvəzinə, onun mağaza endirimlərinə yönləndirilməsi uzunmüddətli həll yolu deyil. Zaman ən yaxşı qiymətləndiricidir; müəllimlər bu kartlardan istifadə etdikcə layihənin real faydası daha aydın görünəcək. Hələlik isə ən doğru yanaşma gözləmək və nəticəni müşahidə etməkdir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 985   Tarix: 14 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şəhid anasını ağır söyüşlərlə təhqir edən blogger niyə cəzalandırılmır? - VİDEO

Aprel döyüşlərinin və 44 günlük Vətən müharibəsinin iştirakçısı, antiterror əməliyyatı şəhidi Zamin Abbasovun anası hüquq-mühafizə orqanlarına müraciət edib. -ın əldə etdiyi məlumata görə, şəhid anası sosial şəbəkədə onu təhqiramiz ifadələr və ağır söyüşlərlə təhqir edən, blogger kimi tanınan Sevin

16:52 152
.

YAP-ın VIII Qurultayı - yeni siyasi reallıqlara doğru

"Yeni Azərbaycan Partiyasının VII qurultayında Prezident İlham Əliyevin çıxışı ölkənin yeni tarixi şəraitdə inkişaf istiqamətlərinin təqdimatı kimi diqqət çəkir. Çıxışda Azərbaycanın son onilliklərdə keçdiyi yol, əldə olunan nəticələr, dəyişən regional və beynəlxalq mənzərə, eləcə də gələcək üçü

13:03 148
.

Məşhur ticarət mərkəzinin girişində sərnişin avtobusu aşdı - Video

Bakıda Sədərək Ticarət Mərkəzinin girişində 194 nömrəli marşrut avtobusu aşıb. "News24"ə istinadən xəbər verir ki, bunu hadisə şahidləri bildiriblər. Qeyd edilib ki, xəsarət alanlar var. Qəzanın yağışlı hava şəraiti üzündən baş verdiyi bildirilir. [youtube]. [/youtube]

14:54 161
.

Keniyada kütləvi yol-nəqliyyat hadisəsində 17 nəfər ölüb

Nayrobi-Mombasa magistral yolunda bir neçə avtomobilin kütləvi toqquşması nəticəsində ən azı 17 nəfər həlak olub. "Report" xəbər verir ki, bu barədə "Xinhua" agentliyi Keniya polisisinə istinadən xəbər verir. Polisin məlumatına görə, qəza Salam şəhərində baş verib, belə ki, sahi

15:30 127
.

"Forsaj" serial olacaq

"Peacock" platforması məşhur "Forsaj" film franşizası əsasında serial hazırlanacağını açıqlayıb. Axşam.az xəbər verir ki, ekran işinin ulduzu Vin Dizel serialın icraçı prodüseri olacaq. Onun layihədə aktyor kimi rol alıb-almayacağı isə hələ məlum deyil. Serialın premyerasının 2028-c

02.10.2026 249
.

Suverenlik Azərbaycanın xarici siyasət strategiyasıdır

"Prezident İlham Əliyevin oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VII Qurultayındakı çıxışı ölkənin hazırkı inkişaf mərhələsinin mühüm xüsusiyyətlərindən birini aydın şəkildə ortaya qoydu: artıq bu gün suverenlik yalnız hüquqi kateqoriya və ya ərazi bütövlüyünün bərpasının nəticəsi kimi nəzərdə

13:20 163
.

ABŞ raketləri 3 dəfə uzağa uçacaq: Pentaqon tələbləri dəyişdi

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) HIMARS sistemlərində istifadə olunan yeni nəsil raketlər üçün tələbləri sərtləşdirib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, söhbət HIMARS buraxılış qurğusunun özünün dəyişdirilməsindən deyil, onun üçün nəzərdə tutulan raketlərin imkanlarının artırılmasından gedir

11:10 171
.

Azərbaycan öz milli maraqlarından geri çəkilmir

"Yeni Azərbaycan Partiyasının VII Qurultayında Prezident İlham Əliyev ölkəmizin qarşıdakı dövrdə siyasi, iqtisadi, təhlükəsizlik və ideoloji istiqamətlərini müəyyən edən mesajlar verdi. Dövlət başçımız Azərbaycanın əldə etdiyi nəticələri, eyni zamanda yeni mərhələnin əsas prioritetlərini bəyan etdi

13:36 166
.

Azərbaycan manatının dövretmə sürəti 8 ayda azalıb

Bu ilin sentyabrın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 2,96 bənd təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 0,04 bənd, ilin əvvəlinə nisbətən 0,24 bənd, 2025-ci ilin sentyabrın 1-i ilə müqayisədə is

16:50 110
.