Ən çox yaxınlar edir: bitməyən zənglərin arxasında nə dayanır? - PSİXOLOQDAN AÇIQLAMA

Ən çox yaxınlar edir: bitməyən zənglərin arxasında nə dayanır? - PSİXOLOQDAN AÇIQLAMAMüasir dövrdə mobil rabitə insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilsə də, bu imkanlardan sui-istifadə halları da artmaqdadır. Xüsusilə bəzi şəxslərin qarşı tərəfin istəmədiyini açıq şəkildə bildirməsinə, zənglərin "adboy" edilməsinə baxmayaraq, israrla yenidən və dəfələrlə zəng etməsi ciddi narahatlıq yaradır. Belə hallarda artıq məsələ sadəcə ünsiyyət deyil, şəxsi sərhədlərin pozulması və psixoloji təzyiq elementi kimi qiymətləndirilir.

Davamlı və israrlı zənglər insanların gündəlik rahatlığını pozur, iş rejiminə mənfi təsir göstərir və bəzən daha ciddi problemlərə yol aça bilir. Bu vəziyyət isə bir sualı aktuallaşdırır: niyə bəzi insanlar qarşı tərəfin açıq imtinasına hörmət etmir və bu kimi halların qarşısını almaq üçün hansı hüquqi və texnoloji mexanizmlər mövcuddur?
Ən çox yaxınlar edir: bitməyən zənglərin arxasında nə dayanır? - PSİXOLOQDAN AÇIQLAMAMövzu ilə bağlı psixoloq Samirə Bağırova BiG.AZ-a açıqlamasında bildirdi ki, əvvəlcə zəng edənin kimliyi və kimliyinə dair davranışı nəzərə alınmalıdır. Bu doğma bir insandırsa; ana, həyat yoldaşı, hər hansı ailə üzvü, ən yaxın dost ehtimal oluna bilər ki, zəng etdiyi insana bələd olur və zəngə cavab verilməyəndə artıq dərin gərginlik hissi keçirə bilər. Onun sözlərinə görə, bu narahatlıq və nəzarət ehtiyacından da yarana bilər: "Bəzi insanlar üçün cavab yoxdursa, "bunu nəsə pis hadisə baş verib" kimi qəbul edir. Digər insanlar var ki, tərk edilmə qorxusu yaşayır. Bu, bəzən emosional bağlılıq və ya asılılıqla əlaqəli olur. Bununla bağlı xarici xəbərlərin birində bir xanım məhkum olundu. Dayanmadan sevgilisinə 1 gün ərzində bir neçə min dəfə zəng etmişdi. Bəzi insanlarda sərhəd hissinin zəif olması nəticəsində baş verir. Sağlam münasibətlərdə insanlar başqasının şəxsi məkanına hörmət edir.

Amma bəzi insanlar bunu hiss etmir və düşünür ki, "zəng edirəmsə, açmalıdır". Bu da sərhədləri aşmaqdır. Cəmiyyətimizdə isə bu davranış ən çox nəzarət və dominantlıq istəyindən yaranır. Qısa desək bu kimi davranışın kökündə bəzən narahatlıq, güvənsizlik, emosional ehtiyac və ya sərhəd problemi dayanır. Əgər 10-cu zəngə telefon açılırsa, qarşı tərəfdə "Çox zəng etsəm, axırda cavab verir. Demək ki, istəsə cavab verər" fikri yaranır. Həlli yolu odur ki, zəng edən tərəfə izah etmək yox, emosiyasız və konkret şəkildə "İlk zəngə açmıramsa, demək ki, məşğulam. Sonra özüm geri dönəcəm" qaydasını bildirməkdir.

İttihama keçmək, emosional qəzəblənmək deyil, sadəcə öz qaydalarını həm sərhəd, həm də çıxış yolu kimi tətbiq etmək mümkündür. Təkrar olunduğu təqdirdə daha sərt sərhəd yaratmaq lazım gəlir. Telefonu səssiz rejimə keçirmək, "davranış dəyişməsə, cavab verməyəcəm" demək, ümumiyyətlə zəngləri cavabsız qoymaq, hətta aidiyyəti orqanlara müraciət etməklə şəxsi sərhədlər yaranmış olur".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 959   Tarix: 14 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şəhid anasını ağır söyüşlərlə təhqir edən blogger niyə cəzalandırılmır? - VİDEO

Aprel döyüşlərinin və 44 günlük Vətən müharibəsinin iştirakçısı, antiterror əməliyyatı şəhidi Zamin Abbasovun anası hüquq-mühafizə orqanlarına müraciət edib. -ın əldə etdiyi məlumata görə, şəhid anası sosial şəbəkədə onu təhqiramiz ifadələr və ağır söyüşlərlə təhqir edən, blogger kimi tanınan Sevin

16:52 152
.

YAP-ın VIII Qurultayı - yeni siyasi reallıqlara doğru

"Yeni Azərbaycan Partiyasının VII qurultayında Prezident İlham Əliyevin çıxışı ölkənin yeni tarixi şəraitdə inkişaf istiqamətlərinin təqdimatı kimi diqqət çəkir. Çıxışda Azərbaycanın son onilliklərdə keçdiyi yol, əldə olunan nəticələr, dəyişən regional və beynəlxalq mənzərə, eləcə də gələcək üçü

13:03 148
.

Məşhur ticarət mərkəzinin girişində sərnişin avtobusu aşdı - Video

Bakıda Sədərək Ticarət Mərkəzinin girişində 194 nömrəli marşrut avtobusu aşıb. "News24"ə istinadən xəbər verir ki, bunu hadisə şahidləri bildiriblər. Qeyd edilib ki, xəsarət alanlar var. Qəzanın yağışlı hava şəraiti üzündən baş verdiyi bildirilir. [youtube]. [/youtube]

14:54 161
.

Keniyada kütləvi yol-nəqliyyat hadisəsində 17 nəfər ölüb

Nayrobi-Mombasa magistral yolunda bir neçə avtomobilin kütləvi toqquşması nəticəsində ən azı 17 nəfər həlak olub. "Report" xəbər verir ki, bu barədə "Xinhua" agentliyi Keniya polisisinə istinadən xəbər verir. Polisin məlumatına görə, qəza Salam şəhərində baş verib, belə ki, sahi

15:30 127
.

"Forsaj" serial olacaq

"Peacock" platforması məşhur "Forsaj" film franşizası əsasında serial hazırlanacağını açıqlayıb. Axşam.az xəbər verir ki, ekran işinin ulduzu Vin Dizel serialın icraçı prodüseri olacaq. Onun layihədə aktyor kimi rol alıb-almayacağı isə hələ məlum deyil. Serialın premyerasının 2028-c

02.10.2026 249
.

Suverenlik Azərbaycanın xarici siyasət strategiyasıdır

"Prezident İlham Əliyevin oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VII Qurultayındakı çıxışı ölkənin hazırkı inkişaf mərhələsinin mühüm xüsusiyyətlərindən birini aydın şəkildə ortaya qoydu: artıq bu gün suverenlik yalnız hüquqi kateqoriya və ya ərazi bütövlüyünün bərpasının nəticəsi kimi nəzərdə

13:20 163
.

ABŞ raketləri 3 dəfə uzağa uçacaq: Pentaqon tələbləri dəyişdi

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) HIMARS sistemlərində istifadə olunan yeni nəsil raketlər üçün tələbləri sərtləşdirib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, söhbət HIMARS buraxılış qurğusunun özünün dəyişdirilməsindən deyil, onun üçün nəzərdə tutulan raketlərin imkanlarının artırılmasından gedir

11:10 171
.

Azərbaycan öz milli maraqlarından geri çəkilmir

"Yeni Azərbaycan Partiyasının VII Qurultayında Prezident İlham Əliyev ölkəmizin qarşıdakı dövrdə siyasi, iqtisadi, təhlükəsizlik və ideoloji istiqamətlərini müəyyən edən mesajlar verdi. Dövlət başçımız Azərbaycanın əldə etdiyi nəticələri, eyni zamanda yeni mərhələnin əsas prioritetlərini bəyan etdi

13:36 166
.

Azərbaycan manatının dövretmə sürəti 8 ayda azalıb

Bu ilin sentyabrın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 2,96 bənd təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 0,04 bənd, ilin əvvəlinə nisbətən 0,24 bənd, 2025-ci ilin sentyabrın 1-i ilə müqayisədə is

16:50 110
.