ABŞ-İran xəttində yeni mərhələ: dənizdə qarşıdurma təhlükəsi - POLİTOLOQDAN AÇIQLAMA

ABŞ-İran xəttində yeni mərhələ: dənizdə qarşıdurma təhlükəsi - POLİTOLOQDAN AÇIQLAMAHörmüz boğazı ətrafında yaranan gərginlik növbəti dəfə qlobal təhlükəsizlik gündəmini silkələyib. ABŞ tərəfindən boğazın blokadaya alınması ilə bağlı yayılan məlumatlar, regionda hərbi balansın həssas nöqtəyə çatdığını göstərir. Bu addım xüsusilə İran tərəfindən sərt reaksiya ilə qarşılanarsa, iki ölkənin hərbi dəniz qüvvələri arasında birbaşa toqquşma ehtimalı real ssenariyə çevrilə bilər. Hörmüz boğazı dünyanın ən mühüm enerji keçid nöqtələrindən biri hesab olunur və burada istənilən hərbi gərginlik yalnız regional deyil, qlobal iqtisadiyyata da ciddi təsir göstərə bilər.

ABŞ-ın bu addımı təhlükəsizlik tədbiri kimi izah olunsa da, İran tərəfinin bunu təxribat kimi qiymətləndirməsi ehtimalı yüksəkdir. Belə bir vəziyyətdə tərəflər arasında dənizdə lokal insidentlərin baş verməsi genişmiqyaslı qarşıdurmanın başlanğıc nöqtəsinə çevrilə bilər. Digər tərəfdən, tərəflər arasında daha əvvəl əldə olunmuş 2 həftəlik atəşkəs razılaşmasının taleyi də sual altına düşür. Mövcud gərginlik fonunda bu atəşkəsin pozulması ehtimalı artır və bu, diplomatik kanalların zəifləməsinə, hərbi ritorikanın isə güclənməsinə səbəb ola bilər.
ABŞ-İran xəttində yeni mərhələ: dənizdə qarşıdurma təhlükəsi - POLİTOLOQDAN AÇIQLAMAMövzu ilə bağlı politoloq Aytən Qurbanova BiG.AZ-a açıqlamasında bildirdi ki, ABŞ-nin mümkün dəniz blokadası təşəbbüsü və bunun ABŞ ilə İran arasında açıq dəniz qarşıdurmasına çevrilməsi ehtimalı hazırkı geosiyasi reallıqlar fonunda ciddi şəkildə müzakirə olunan məsələlərdən biridir. Xüsusilə də, regionda tətbiq olunan 14 günlük atəşkəs rejiminin müvəqqəti xarakter daşıması və tərəflər arasında fundamental ziddiyyətlərin aradan qalxmaması bu riskləri daha da aktuallaşdırır. Onun sözlərinə görə, hazırkı vəziyyəti təhlil edərkən ilk növbədə qeyd etmək lazımdır ki, Amerikanın dəniz blokadası siyasəti klassik mənada hərbi-strateji təzyiq aləti olmaqla yanaşı, həm də iqtisadi və psixoloji təsir mexanizmi kimi çıxış edir: "Belə ki, Fars körfəzi və xüsusilə Hörmüz boğazı kimi qlobal enerji daşımalarının əsas arteriyaları üzərində nəzarətin gücləndirilməsi İran üçün həyati əhəmiyyət kəsb edir. Belə bir şəraitdə blokada cəhdləri rəsmi Tehranın milli təhlükəsizlik doktrinası çərçivəsində birbaşa təhdid kimi qiymətləndirilə və adekvat hərbi cavab tədbirlərini stimullaşdıra bilər.

Digər tərəfdən isə İranın asimmetrik müharibə strategiyası və dəniz qüvvələrinin qeyri-ənənəvi taktikalardan istifadə imkanları ABŞ üçün riskləri artırır. Kiçik sürətli katerlər, pilotsuz vasitələr və mina təhlükəsi kimi faktorlar lokal toqquşmaların sürətlə genişmiqyaslı qarşıdurmaya keçməsi ehtimalını yüksəldir. Bu isə istənilən təsadüfi insidentin belə strateji eskalasiyaya səbəb ola biləcəyini göstərir. 14 günlük atəşkəs məsələsinə gəldikdə isə bu tip razılaşmalar adətən tərəflərin taktiki fasilə əldə etməsinə xidmət edir. Mövcud atəşkəsin dayanıqlılığı onun hansı siyasi razılaşmalarla müşayiət olunacağından birbaşa asılıdır. Əgər atəşkəs dövründə tərəflər arasında etimadın artırılması, kommunikasiya kanallarının bərpası və minimum qarşılıqlı öhdəliklərin müəyyən edilməsi istiqamətində real addımlar atılmazsa, hərbi əməliyyatların yenidən başlaması ehtimalı yüksək olaraq qalacaq".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 794   Tarix: 14 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şəhid anasını ağır söyüşlərlə təhqir edən blogger niyə cəzalandırılmır? - VİDEO

Aprel döyüşlərinin və 44 günlük Vətən müharibəsinin iştirakçısı, antiterror əməliyyatı şəhidi Zamin Abbasovun anası hüquq-mühafizə orqanlarına müraciət edib. -ın əldə etdiyi məlumata görə, şəhid anası sosial şəbəkədə onu təhqiramiz ifadələr və ağır söyüşlərlə təhqir edən, blogger kimi tanınan Sevin

16:52 152
.

YAP-ın VIII Qurultayı - yeni siyasi reallıqlara doğru

"Yeni Azərbaycan Partiyasının VII qurultayında Prezident İlham Əliyevin çıxışı ölkənin yeni tarixi şəraitdə inkişaf istiqamətlərinin təqdimatı kimi diqqət çəkir. Çıxışda Azərbaycanın son onilliklərdə keçdiyi yol, əldə olunan nəticələr, dəyişən regional və beynəlxalq mənzərə, eləcə də gələcək üçü

13:03 148
.

Məşhur ticarət mərkəzinin girişində sərnişin avtobusu aşdı - Video

Bakıda Sədərək Ticarət Mərkəzinin girişində 194 nömrəli marşrut avtobusu aşıb. "News24"ə istinadən xəbər verir ki, bunu hadisə şahidləri bildiriblər. Qeyd edilib ki, xəsarət alanlar var. Qəzanın yağışlı hava şəraiti üzündən baş verdiyi bildirilir. [youtube]. [/youtube]

14:54 161
.

Keniyada kütləvi yol-nəqliyyat hadisəsində 17 nəfər ölüb

Nayrobi-Mombasa magistral yolunda bir neçə avtomobilin kütləvi toqquşması nəticəsində ən azı 17 nəfər həlak olub. "Report" xəbər verir ki, bu barədə "Xinhua" agentliyi Keniya polisisinə istinadən xəbər verir. Polisin məlumatına görə, qəza Salam şəhərində baş verib, belə ki, sahi

15:30 127
.

"Forsaj" serial olacaq

"Peacock" platforması məşhur "Forsaj" film franşizası əsasında serial hazırlanacağını açıqlayıb. Axşam.az xəbər verir ki, ekran işinin ulduzu Vin Dizel serialın icraçı prodüseri olacaq. Onun layihədə aktyor kimi rol alıb-almayacağı isə hələ məlum deyil. Serialın premyerasının 2028-c

02.10.2026 249
.

Suverenlik Azərbaycanın xarici siyasət strategiyasıdır

"Prezident İlham Əliyevin oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VII Qurultayındakı çıxışı ölkənin hazırkı inkişaf mərhələsinin mühüm xüsusiyyətlərindən birini aydın şəkildə ortaya qoydu: artıq bu gün suverenlik yalnız hüquqi kateqoriya və ya ərazi bütövlüyünün bərpasının nəticəsi kimi nəzərdə

13:20 163
.

ABŞ raketləri 3 dəfə uzağa uçacaq: Pentaqon tələbləri dəyişdi

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) HIMARS sistemlərində istifadə olunan yeni nəsil raketlər üçün tələbləri sərtləşdirib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, söhbət HIMARS buraxılış qurğusunun özünün dəyişdirilməsindən deyil, onun üçün nəzərdə tutulan raketlərin imkanlarının artırılmasından gedir

11:10 171
.

Azərbaycan öz milli maraqlarından geri çəkilmir

"Yeni Azərbaycan Partiyasının VII Qurultayında Prezident İlham Əliyev ölkəmizin qarşıdakı dövrdə siyasi, iqtisadi, təhlükəsizlik və ideoloji istiqamətlərini müəyyən edən mesajlar verdi. Dövlət başçımız Azərbaycanın əldə etdiyi nəticələri, eyni zamanda yeni mərhələnin əsas prioritetlərini bəyan etdi

13:36 166
.

Azərbaycan manatının dövretmə sürəti 8 ayda azalıb

Bu ilin sentyabrın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 2,96 bənd təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 0,04 bənd, ilin əvvəlinə nisbətən 0,24 bənd, 2025-ci ilin sentyabrın 1-i ilə müqayisədə is

16:50 110
.