Yuxudan sonra keçməyən yorğunluq hansı xəstəliklərin əlaməti ola bilər?
Kifayət qədər dincəlməyə və yatmağa baxmayaraq, insanı tərk etməyən daimi yorğunluq hissi orqanizmdəki müəyyən pozuntuların göstəricisi ola bilər.
Oxu.Az xəbər verir ki, rusiyalı həkim-terapevt Şota Kalandia "İzvestiya" nəşrinə müsahibəsində bu problemin kökləri və yuxu keyfiyyətinin artırılması yolları haqqında məlumat verib.
Mütəxəssisin sözlərinə görə, ilk növbədə orqanizmdə dəmir, həmçinin D və B qrupu vitaminlərinin defisitini aradan qaldırmaq lazımdır. Sözügedən elementlər əzələlərin işində, sinir sisteminin fəaliyyətində və enerji mübadiləsində mühüm rol oynayır. Onların çatışmazlığı təkcə halsızlıqla deyil, həm də başgicəllənmə, əsəbilik və diqqət dağınıqlığı ilə müşayiət oluna bilər.
Yuxunun müddəti qədər keyfiyyəti də vacibdir. İnsan 7-8 saatlıq yuxu normasına əməl etsə də, proses kəsintili ola bilər. Məsələn, obstruktiv yuxu apnesi zamanı tənəffüsdə qısamüddətli dayanmalar baş verir ki, bu da orqanizmin tam bərpasına imkan vermir.
Endokrinoloji amillər sırasına isə qalxanabənzər vəzinin fəaliyyət pozuntuları, xüsusilə də hipotiroidizm aiddir. Bu hal metabolizmin ləngiməsi, enerjinin düşməsi və ümumi əzginliklə nəticələnir.
Ş.Kalandia bildirib ki, ehtimal edilən digər səbəb xroniki stresdir. Qanda kortizol hormonunun davamlı olaraq yüksək qalması daxili ehtiyatları tükəndirir. Bundan başqa, daimi yorğunluq aşağıdakı xəstəliklərin ilkin əlaməti ola bilər:
- Prediabet və şəkərli diabet (hüceyrələrin enerjisiz qalması);
- Arterial hipertenziya (ürək-damar xəstəlikləri);
- Mədə-bağırsaq xəstəlikləri (qastrit, qaraciyər patologiyaları);
- Autoimmun proseslər.
Halsızlıq, həmçinin hərəkətsiz həyat tərzi, qeyri-sağlam qidalanma və gün ərzində az su içməklə də bağlı ola bilir.
Terapevt xəbərdarlıq edib ki, əgər yorğunluq hissi bir neçə həftə davam edərsə və həyat keyfiyyətini aşağı salarsa, buna laqeyd yanaşmaq olmaz. Belə hallarda mütləq mütəxəssisə müraciət edərək zəruri tibbi müayinələrdən keçmək tövsiyə olunur.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHəddən artıq tərləmənin SƏBƏBLƏRİ
Tərləmə fizioloji prosesdir. Tərləmənin köməyi ilə bədənimiz öz normal hərarətini saxlayır. -a istinadla bildirir ki, mütəxəssislər bununla bağlı maraqlı məlumatlar verir:. - Bundan əlavə tərlə birlikdə orqanizmdən artıq və ziyanlı maddələr (toksinlər, şlaklar və s.) ifraz olunur. İnsana isti oland
18.08.2021 1367 Koronavirus böyrək xəstəliklərini 35 faiz artırır
Koronavirus böyrək problemləri və çatışmazlığı riskini 35 faiz artırır. BİG.AZ "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Vaşinqton Universiteti Tibb Fakültəsində aparılan araşdırmanın nəticəsində qeyd olunub. Bildirilib ki, böyrək xəstəliyi riski koronavirus infeksiyasını
04.09.2021 833 İnsanı dəhşətli xəstəliklərdən xilas edəcək üzümlü detoks RESEPTİ
Məlum olduğu kimi, hepatit və serroz xəstəlikləri qaraciyər üçün təhlükə mənbəyidir. Qaraciyər xərçənginə yoluxduğunuzu isə bir çox simptomlar vasitəsilə öyrənə bilərsiniz. -a istinadən xəbər verir ki, qaraciyər xəstəliyinin ilkin əlaməti dəridəki rəng dəyişimidir. Bu zaman dəri sarımtıl rəngə bürünür
17.08.2021 1744 İsti havalarda orqanizminizi bunlarla qoruyun
Havaların çox isti keçməsi bir çoxlarının səhhətində problemlər yaradır. Yüksək temperatur metabolizmdə dəyişikliyə səbəb olur. Xroniki xəstəliyi olanlar, uşaqlar və yaşlılar isti havada xüsusi qulluq tələb edir. İsti hava ürək, sinir xəstəliklərinin artmasına gətirib çıxarır. İsti havada bədən temperatur
15.08.2021 1261 Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları
İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. BİG.AZ deyerler.org-a istinadən bildirir ki, mütəxəssislər 1761 nəfərin iştira
29.08.2021 1334 Koronavirus qan dövranı sistemini belə zədələyir
Amerikalı alimlər koronavirusun tənəffüs yolu xəstəliyi olmadığını söyləyib, çünki hər şeydən əvvəl insanın ağciyərləri deyil, damarlar təsirlənir. Kaliforniya Universitetinin alimlərinin sözlərinə görə, koronavirus ilk növbədə qan dövranı sisteminə təsir edir. "COVID-19 xəstələrində tənəffüs problemlərini
04.09.2021 1300 Beyin və yaddaş üçün faydalı olan idman
Alimlər üzgüçülük ilə müntəzəm olaraq məşğul olmağın beynin idrak funksiyalarını yaxşılaşdırdığını, eyni zamanda beyində yeni sinir əlaqələrini yaratdığını bildirir. Mardi Hardin-Baylor Universitetinin nevrologiya kafedrasının professoru Cena Metyu qeyd edir ki, belə bir aerob (nisbətən aşağı intensivlikdə
15.08.2021 882 Yoluxucu xəstəliklərdən qorunmaq üçün belə qidalanın
Payızda immuniteti yaxşılaşdırmaq və bədəni gücləndirmək üçün sitrus meyvələrindən istifadə etmək məsləhət görülür, çünki tərkibində olan efir yağları əhval-ruhiyyəni yüksəldir. Bundan əlavə, faydalı yağlar unudulmamalıdır, onları qoz-fındıq, zeytun yağı, avokado və yağlı balıqdan əldə etmək olar. B
12.09.2021 1388 Bu qidalar yaddaş itkisinə səbəb olur - Araşdırma
Yağlı və şəkərli qidalar beyin hüceyrələrinə ciddi ziyan vurur. Bu qidalar yaddaş itkisinə və düşünmə qabiliyyətində zəifliyə səbəb olur. -a istinadən xəbər verir ki, mütəxəssislər bu barədə xüsusi xəbərdarlıq ediblər. Qidalanmanın sağlam olmaması birbaşa nevroloji təsirlərlə də özünü göstərir. Beyi
23.08.2021 1483