Mərdəkanda sahibsiz it səkkiz nəfərə hücum edib - Sakinlər təşviş içində - VİDEO

Mərdəkanda sahibsiz it səkkiz nəfərə hücum edib - Sakinlər təşviş içində - VİDEOBakının Xəzər rayonu, Mərdəkan qəsəbəsinin sakinləri Baku TV-nin qaynar xəttinə müraciət edərək bildiriblər ki, artıq bir neçə gündür qorxu içində yaşayırlar. Buna səbəb isə küçədə insanlara hücum edən yiyəsiz, quduz olduğu iddia edilən itin sərbəst şəkildə dolaşmasıdır.

Sakinlərin sözlərinə görə, sözügedən it indiyədək səkkiz nəfərə - məktəbli uşaqlara və qadınlara hücum edib. Bu səbəbdən valideynlər uşaqlarını məktəbə avtomobillə aparıb-gətirməyə məcbur olduqlarını, küçədə sərbəst hərəkət edə bilmədiklərini bildirirlər.

"Çoban itidir, altı-yeddi uşağı yaralayıb. Sahibi tapılmır. Bu gün də bir qadına hücum edib. Uşaqları görəndə üstünə atılır. Hətta bir uşağın qulağını qoparıb, hazırda xəstəxanadadır", - sakinlərdən biri deyib.

"Maşından düşmüşdüm, gördüm ki, it üstümə gəlir. Elə həmin an məni dişlədi. Bədənim tam göyərmişdi, diş izləri qalmışdı", - başqa bir sakin qeyd edib.

Məsələ ilə bağlı Mərdəkan qəsəbə bələdiyyəsindən bildirilib ki, hadisədən xəbərdardırlar və problemin qısa zamanda aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib./Oxu.az


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 949   Tarix: 09 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Avstraliyada uşaqlar üçün sosial şəbəkə qadağası sərtləşdirilir

Avstraliyanın baş naziri ölkə ərazisində uşaqların sosial platformalardan istifadəsinə dair qadağanı ən sərt səviyyəyə çatdırmaq planını açıqlayıb. xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Bildirilib ki, artıq altı aydır tətbiq edilən və dünyada bir ilk olan bu qayda yeniyetmələri

28.06.2026 170
.

Avropada anomal istilər: İsveçrədə buzlaqlar sürətlə əriməyə başlayıb

Avropada müşahidə olunan güclü istilər fonunda İsveçrədəki buzlaqlar getdikcə daha sürətlə əriyir. xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb. Ötən qış İsveçrə buzlaqlarında toplanmış qar və buzun iyunun 29-dək tamamilə əriyəcəyi gözlənilir. "Alp dağlarının bütün ərazisind

28.06.2026 262
.

Xaricdə təhsil alanların NƏZƏRİNƏ: Möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişiklik edilə bilər

"Bu gün təhsil möhlətlərinin əsasında xidmətdən yayınma da korrupsiyaya şərait yaradır. Biz bu məsələlərə son qoymalıyıq". xəbər verir ki, bunu Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov APA-ya müsahibəsində deyib

28.06.2026 234
.

İranlı general: Müharibə zamanı daha müasir silahlar yaratdıq

İran ABŞ ilə 40 günlük müharibə zamanı daha müasir silahlar yaradıb. "Report" xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin sözçüsü və briqada general general-mayoru Əkrəmi Niya açıqlayıb. "Məsələn, müharibənin son günlərində yeni pilotsuz aparatlardan istifadə etdik və onları döyüş şəraitind

28.06.2026 210
.

Küveyt XİN İranın ölkə ərazisinə hücumlarını qətiyyətlə pisləyib

Küveytin Xarici İşlər Nazirliyi (XİN) İranın ölkə ərazisinə hücumlarını qətiyyətlə pisləyib. "Report"un məlumatına görə, bu barədə nazirliyin bəyanatında bildirilir. Bəyanatda vurğulanır ki, Küveyt İranın ölkəyə qarşı "təcavüz aktlarını" "suverenliyinin kobud şəkildə pozulması"

28.06.2026 268
.

İsrail öz ordusunu Livanın cənubundan çıxarması üçün şərtlərini açıqlayıb

"İsrail Livanın cənubundakı təhlükəsizlik zonasından qoşunlarını "Hizbullah" təşkilatının silahlı dəstələri tərk-silah edilənədək çıxarmayacaq". xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Kats ölkələr arasında əldə olunan razılaşmanı şərh edərkən bildirib. "İsraill

28.06.2026 166
.

Texasda rançodan qaçan zürafə iki həftədir tapılmır

ABŞ-nin Texas ştatında təxminən iki həftə əvvəl özəl rançodan qaçan Qreysi adlı zürafə üçün axtarışlar davam edir. Bu barədə "Report" "HuffPost"a istinadən xəbər verir. Qeyd olunub ki, hətta heyvanın yerini deyə şəxsə 500 dollar mükafat da təklif edilib. Ranço sahibi Vik Consun sözlərin

28.06.2026 237
.

Özbəkistanda 16 yaşdan kiçik uşaqlar üçün sosial şəbəkələrə girişi məhdudlaşdıra bilərlər

Özbəkistanda 16 yaşdan kiçik uşaqlar üçün sosial şəbəkələrə girişin qanunvericiliklə məhdudlaşdırılması imkanı nəzərdən keçirilir. "Report" Özbəkistan mediasına istinadən xəbər verir ki, bu barədə məktəbəqədər və məktəb təhsili naziri Ezozxon Karimova bildirib. Nazir qeyd edib ki, bu məsəl

28.06.2026 159
.

Almaniyada Maqdeburq terrorunu törədən şəxsə ömürlük həbs cəzası verildi

Almaniya məhkəməsi 2024-cü ildə Maqdeburq şəhərindəki Milad yarmarkasında baş vermiş terror aktı ilə bağlı iş üzrə Səudiyyə Ərəbistanından olan 51 yaşlı Taleb əl-Əbdülmöhsəni ömürlük azadlıqdan məhrum edib. xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, təqsirləndirilə

28.06.2026 182
.

TOP MP3