Evin yuxarı başına qoyurlar, amma tək yarpağı belə zəhər saçır

Evin yuxarı başına qoyurlar, amma tək yarpağı belə zəhər saçırHər evdə, salonda heç nədən xəbəri olmadan yetişdirilən bu bəzək bitkisi az qala bir uşağın həyatına son qoyurdu. Türkiyənin Tokat bölgəsində 2 yaşlı uşağın yarpağından bir parça dişləməsi ilə başlayan kabus reanimasiyada bitib.

Milli.Az xəbər verir ki, difenbaxiya bitkisi bitkidən qopardığı kiçik bir parçanı ağzına atan 2 yaşlı uşaq qısa müddət sonra ağlayaraq ailəsinin yanına qaçıb. Dodaqları və dili sürətlə şişən azyaşlı zəhərlənmə şübhəsi ilə aparıldığı xəstəxanada boğazının da qapanma həddinə çatması səbəbindən təcili olaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Nəfəs darlığı və müvəqqəti korluğa səbəb olur
Mütəxəssislərin və botaniklərin diqqət çəkdiyi ən kritik detal isə bitkinin şirəsində gizlənir. Difenbaxiya bitkisinin yarpaq və gövdə quruluşunda yüksək miqdarda kalsium oksalat kristalları mövcuddur. Bu kristallar ağız toxuması və ya gözlə təmas etdiyi anda minlərlə mikron ölçüsündə iynələr kimi toxumalara batır. Yarpağın çeynənməsi və ya şirəsinin ifraz olunması halında ağız, dodaq və dildə dərhal şiddətli yanma, keyləşmə və həddindən artıq şişkinlik müşahidə edilir. Boğaz toxumasında ödem yaranaraq nəfəs darlığı və boğulma riski ortaya çıxarkən, həddindən artıq tüpürcək ifrazı, ürəkbulanma, şiddətli qusma və gözlə təmas etdiyi halda isə buynuz qişada (kornea) ciddi qıcıqlanma ilə yanaşı, müvəqqəti korluq baş verə bilir.

Xalq arasında "ağladan çiçək" olaraq tanınır
Gövdəsindən və ya yarpaq uclarından zaman-zaman su damlatması və təmas edən şəxsdə yaratdığı dözülməz ağrı səbəbilə xalq arasında "ağlayan çiçək" və ya "ağladan çiçək" adlandırılan difenbaxiya xüsusilə kiçik uşaqlar və ev heyvanları üçün əsl vaxtlı bomba mahiyyəti daşıyır. Mütəxəssislər evlərində bu bitkini saxlayan ailələrə uşaqların və ev dostlarının əli çatmayacağı hündür sahələrə üstünlük verməyi, qulluq zamanı əlcək istifadə etməyi və təmasdan dərhal sonra əlləri yumağı tövsiyə edirlər.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 241   Tarix: 03 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda ən gənc müəllimin neçə yaşı var?

2026-cı il üzrə dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərdən ən gəncinin 19, ən yaşlı müəllimin isə 81 yaşı var. BİG.AZ AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib

04.10.2026 200
.

Turizm Xidmətləri Turlar.AZ saytında

saytında turizm xidmətləri ilə bağlı bütün faydalı məlumatlar toplanıb! Saytın bu bölməsinə daxil olmaqla, sizi turizmlə bağlı maraqlandıran bütün suallara cavab tapa bilərsiniz!. Turizm xidmətlərinə bunlar aiddir: aviabiletlərin satışı, viza dəstəyi, Azərbaycanda və dünyann istənilən nöqtəsində otelləri

04.10.2026 399
.

100 ildən çox yaşı olan rəsm əsərləri Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilib?

Bu ilin ilk 7 ayında Azərbaycana xarici ölkələrdən 100 ildən çox yaşı olan 10 ədəd əl ilə şəkilən rəsmlər gətirilib. açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan yaşı 100 ildən çox olan rəsmlərin ümumi dəyəri 5,89 min dollar təşkil edib. Beləliklə, gətirilən bir ədədin orta gömrü

28.09.2026 283
.

Orta ömür uzunluğu pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşdı

Dünyada orta ömür uzunluğu COVID-19 pandemiyasının yaratdığı geriləmədən sonra yenidən artmağa başlayıb. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Məlumata görə, 2023-cü ildə qlobal orta ömür uzunluğu 73,3 yaşa çatıb və bu göstərici pandemiyadan əvvəlki 73,4 illik səviyyəy

04.10.2026 237
.

"Forsaj" seriala çevrilir: Premyera tarixi məlum oldu

"Peacock" striminq platforması "Forsaj" kino franşizası əsasında serial çəkəcəyini elan edib. İlk dəfə 2026-cı ilin mayında haqqında danışılan layihənin hazırlanmasına artıq rəsmi razılıq verilib. xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb. Məlumata görə, franşizanı

04.10.2026 168
.

Toyda bəyin sevinci diqqət çəkdi - VİDEO

Sosial şəbəkələrdə toylardan birində lentə alınan maraqlı görüntülər yayılıb. xəbər verir ki, kadrlarda sevdiyi xanımla ailə quran bəyin sevinc dolu anları əks olunub. Gəlinlə birlikdə rəqs edən bəyin hərəkətləri və yüksək əhval-ruhiyyəsi diqqətdən yayınmayıb. Sevincini gizlədə bilməyən bəyin hərəkətlər

03.10.2026 272
.

Ailənin 20-ci övladı idi, yeriyə bilmirdi - Dünyanın ən sürətli qadının HƏYATI

Dünyanın ən sürətli qadınlarından biri kimi tarixə düşən Vilma Rudolfun həyatı adi idman uğuru hekayəsindən çox fərqlənir. O, 20 yaşında üç Olimpiya qızılı qazanaraq adını idman tarixinə yazdırıb. Halbuki uşaqlığında keçirdiyi poliomielit səbəbindən uzun müddət ayağında xüsusi aparatla yaşamaq məcburiyyətind

04.10.2026 336
.

Turlar.Az - Daxili Turlar

Pulsuz turizm elanları saytı olan -da sizə Quba, Qusar və İsmayıllı turları təklif olunur. Ən münasib qiymətlər bizdə!. Daxili turlar arasında Quba-Qusar-Laza turu ən məşhurlardandır. İlin istənilən fəslində bu turlar təşkil olunur. Ekonom və standart paketlər arasında qiymət fərqi olur. Qiymətə daxildir

02.10.2026 2494
.

Pişiklərin sayı ilə insanların xoşbəxtliyi arasında əlaqə tapılıb - Yeni araşdırma

ABŞ-nin Çikaqo Universitetinin rəhbərlik etdiyi beynəlxalq alimlər qrupu ölkədə ev pişiklərinin sayının əhalinin xoşbəxtlik səviyyəsi ilə əlaqəli olduğunu müəyyən edib. xəbər verir ki, bu barədə "PLOS One" jurnalında dərc olunan araşdırmada bildirilib. Alimlər 93 ölkənin ekoloji, sosial-iqtisad

04.10.2026 247
.