Tarkanın əkizi kimi tanınan "Popstar" qalibi indi nə işlə məşğuldur?

Tarkanın əkizi kimi tanınan "Popstar" qalibi indi nə işlə məşğuldur?2000-ci illərin əvvəllərində Türkiyədə milyonlarla insanı ekran qarşısına toplayan "Popstar Türkiye" musiqi yarışmasının ilk qalibi Abidin Özşahin illər sonra tamamilə fərqli sahəyə yönəlib.

Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, yarışmanın münsiflər heyətində Deniz Seki, Armağan Çağlayan, Ercan Saatçi və Ahmet San yer alıb.

İlk gündən diqqət çəkən Abidin Özşahin səsi ilə yanaşı, görünüşü ilə də müzakirələrə səbəb olub. O, gənclik illərində məşhur müğənni Tarkanla böyük oxşarlığı ilə tanınıb.

Abidin daha əvvəl İstanbulda albom hazırlamağa çalışsa da, maddi çətinliklər səbəbindən layihəsini yarımçıq qoymalı olub. Daha sonra Adanaya qayıdan müğənni "Popstar Türkiye" yarışmasına qatılaraq karyerasında yeni fürsət əldə edib.

14 həftə davam edən yarışmanın sonunda tamaşaçıların səsverməsi ilə "Popstar Türkiye"nin ilk qalibi seçilən Abidin qısa müddətdə Türkiyənin tanınmış simalarından birinə çevrilib.

Lakin onun şöhrəti gözlənildiyi kimi uzun sürməyib. Abidin müğənniliklə yanaşı, reklam musiqiləri və cingllər hazırlamağa, reklam agentlikləri ilə əməkdaşlıq etməyə başlayıb. İctimaiyyətlə əlaqələr və reklamçılıq üzrə aldığı təhsil də onun sonradan korporativ kommunikasiya və brend məsləhətçiliyi sahəsinə yönəlməsində rol oynayıb.

2017-ci ildə öz şirkətini quran Abidin Özşahin hazırda Ankarada fəaliyyət göstərir. O, şirkətlərə korporativ kommunikasiya və brend məsləhətçiliyi xidmətləri göstərir.

Abidin iş görüşləri zamanı hələ də keçmişini xatırlayan insanlarla qarşılaşır. Onlar əvvəlcə onu tanımağa çalışır, sonra isə "Siz "Popstar"a qatılmamışdınız? Biz sizə səs vermişdik!" deyərək illər əvvələ qayıdırlar.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 617   Tarix: 03 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Könül Xasıyevanın pub çıxışı gündəm oldu - Bacısı jurnalistləri ittiham etdi (VİDEO)

Xalq artisti Könül Xasıyevanın Bakıda fəaliyyət göstərən publardan birində çıxış etməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçilərinin bir qismi xanəndəni pubda oxuduğuna görə tənqid edib, digərləri isə Könül Xasıyevanı belə bir məkanda çıxış etməyə vadar edən səbəbləri

18.11.2026 699
.

"Flora Kərimova artıq oxumasın"

Əməkdar artist Elton Hüseynəliyev Xalq artisti Flora Kərimova haqqında fikirlərini bölüşüb. Axşam.az xəbər verir ki, müğənni bu barədə "Qonaqcanlı" verilişində danışıb. E.Hüseynəliyev bildirib ki, əvvəllər 45 yaşında səhnədən gedəcəyini düşünsə də, indi bu fikirdə deyil:. "30 yaşımda deyirdi

21.11.2026 205
.

Təcavüz qalmaqalı: Jerar Depardye təqsirini etiraf etdi

Tanınmış fransalı aktyor Jerar Depardye təcavüz ittihamı üzrə təqsirini etiraf edib, eləcə də zərərçəkmişlərdən üzr istəyib. -ın xəbərinə görə, bu barədə BFMTV telekanalı məlumat verib. Bundan əlavə, Jerar Depardye 2021-ci ildə "Yaşıl Panjurlar" filminin çəkilişləri zamanı iki qadına qarş

16.11.2026 654
.

Tanınmış müğənni Larisa Dolina səhnədən uzaqlaşır

Rusiyanın Xalq artisti Larisa Dolina səhhətini bərpa etmək və yeni musiqi proqramı hazırlamaq məqsədilə konsert fəaliyyətinə təxminən bir il müddətinə fasilə verməyi planlaşdırır. TASS-a istinadən xəbər verir ki, müğənni bu barədə açıqlama verib. İfaçının sözlərinə görə, planlaşdırılan yeniliklər il

15.11.2026 424
.

Prodüser və menecerləri tənqid etdi

Aparıcı Vüsalə Əlizadə Azərbaycanda prodüser və menecer fəaliyyətinin olmadığını deyib. Axşam.az xəbər verir ki, o, proqramında bu sahədəki vəziyyətdən gileylənib. Vüsalə bildirib ki, ifaçıların piar və reklam işlərini də özləri idarə etməli olurlar:. "Bizdə menecer işi zəifdir, sıfır səviyyəsindədir

12.11.2026 609
.

Aygün Kazımovanın özündən gözəl qızı İlqarədən YENİ FOTO - Heyranedici gözəllik

Xalq artisti Aygün Kazımovanın qızı, müğənni İlqarə Kazımovanın yeni görünüşü çox bəyənilib. xəbər verir ki, müğənnin sosial mediada yeni görüntüləri yayımlanıb. Onun görünüşü və dəyişimi diqqət çəkib. İlqarənin görüntüsü izləyicilərin marağına səbəb olub. Sözügedən paylaşımı təqdim edirik:

00:06 112
.

Kadir İnanırın mirasının məbləği açıqlandı

Türkiyəli mərhum aktyor Kadir İnanırın 27 illik həyat yoldaşı Jülide Kurala vəsiyyət etdiyi mirasın məbləği ortaya çıxıb. Axşam.az xəbər verir ki, aktyorun bank hesablarında təxminən 60 milyon türk lirəsi (2 milyon 22 min manat) olduğu iddia edilib. Bildirilib ki, Kadir İnanır 9 may 2022-ci ildə notariusd

16.11.2026 750
.

Gülayda GÖZLƏNİLMƏZ REAKSİYA! Xəbəri eşidib AĞLADI - VİDEO

Gülay Zeynallının qızı Sahilə yarışda uğur qazanıb. Övladına dəstək üçün yanında olan müğənni göz yaşlarına hakim ola bilməyib

21.11.2026 348
.

Aygün Kazımova Eminemlə duet oxuyacaq?

Azərbaycanın Xalq artisti Aygün Kazımovanın dünyaşöhrətli amerikalı reper Eminemlə duet hazırladığı iddia olunub. xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib. Paylaşımda Aygün Kazımova rusiyalı müğənni Alla Puqaçova ilə müqayisə edilərək Azərbaycanın musiqi səhnəsindəki mövqeyinə eyha

10.11.2026 521
.