Toya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu
Ucar rayon sakini toya pul yazdırmaq üçün qonşusunun evini qarət edib.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Şilyan kəndində baş verib.
Kənd sakini, 1992-ci il təvəllüdlü Cəbi Qarayevi (adı və soyadı şərtidir) qonşusu Əfqan qızının toyuna çağırıb. O, həyat yoldaşı ilə birlikdə toya getmək istəsə də, pulu olmayıb. O, bir neçə gün əvvəl övladına kiçik toy edən digər qonşusu Elşənin evinə gedib və onun evdə olub-olmadığını dəqiqləşdirib. O, Elşəngilin də toyda olmasından istifadə edərək, onun evinə daxil olub, axtarışlara başlayıb. Axtarış zamanı o, evdə su balonunun içərisində 1 100 manat pul aşkarlayıb. Cəbi pulun 600 manatını götürsə də, 500 manatını yerində saxlayıb və hadisə yerini tərk edib. Cəbi evinə gələrək həyat yoldaşını da götürüb toya gedib. O, məclisdə iştirak edərək, toya 100 manat yazdırıb.
Toyun səhəri gün Elşən evində olan balonun içindəki pulun az olduğunu görüb, əsginasları sayıb. Məlum olub ki, pulun 600 manatı yoxdur. Ailə üzvlərindən soruşsa da, onların pul götürmədiyini bilib və polisə məlumat verib. Polis əməkdaşlarının keçirdikləri əməliyyatla hadisənin C.Qarayev tərəfindən törədildiyi məlum olub. Araşdırmalarla müəyyən edilib ki, C.Qarayev rayon ərazisində bütün toy məclislərinə 30 manat yazdırdığı halda, Əfqanın qızının toyuna 100 manat verib. Keçirilən tədbirlərlə C.Qarayev saxlanılıb və cinayəti etiraf edib.
Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib. Məhkəmə prosesində zərərçəkmişə dəymiş ziyan ödənilib və tərəflər arasında barışıq elan olunub. Məhkəmənin qərarı ilə Cəbi Qarayevə 1 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası verilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 420 Tarix: 03 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Bu əlaqələr uzun illərdir uğurla inkişaf edir" - Yenilənib
"Əminəm ki, bu səfər ikitərəfli münasibətlərimizə çox müsbət təsir göstərəcək və ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatında söyləyib. Dövlət başçısı bu gün təkbətə
12:57 192 Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi
Bakıda "İST Cars" avtosalonundan aldığı avtomobilin nasaz olduğunu iddia edən Leyla Bayramova ilə salon rəhbərliyi arasında yaranan mübahisə məhkəməyə qədər gedib. Avtosalon rəhbərliyinin Bayramova barəsində böhtan və təhqir ittihamları ilə verdiyi xüsusi ittiham şikayəti isə məhkəmələr tərəfində
17:41 274 "Uşaqları ağladıb videoya çəkib, alətə çevirməyin"
Müğənni Nura Suri uşaqların manipulyasiya vasitəsinə çevrilməsinə etiraz edib. Axşam.az xəbər verir ki, sənətçi bununla bağlı sosial şəbəkədə yazıb. O, uşaqların danışdırılaraq, ağladılaraq videoya çəkilməsini və təxribat xarakterli suallarla sarsıdılmasını tənqid edib:. "Kişilərin qız uşaqların
21:00 170 "Roşka"ya da hökm oxundu - 16 ay həbsdə qalacaq
Sosial şəbəkələrdə "Roşka" kimi tanınan Rövşən Süleymanovun məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Məhkəmə belə qənaətə gəlib ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.1-1-ci (satı
12:10 313 ChatGPT istifadəçilərlə hər məsələdə razılaşmayacaq - "OpenAI"dan yeni addım
"OpenAI" ChatGPT-nin istifadəçilərlə həddindən artıq razılaşmaq və onların fikirlərini əsassız şəkildə dəstəkləmək meylini azaltmağa çalışır. Şirkətin məqsədi çatbotun yalnız istifadəçinin eşitmək istədiklərini söyləməsi deyil, yanlış fikirlərə əsaslandırılmış şəkildə etiraz etməsi və alternati
23:00 2 Gələcək okeanların mənbəyi ola biləcək nəhəng buz buludları tapıldı
Astronomlar Süd Yolu qalaktikasında gələcək planetlərin su ehtiyatlarını formalaşdıra biləcək nəhəng ulduzlararası buz buludlarının geniş xəritəsini hazırlayıblar. Kəşf yeni planetlərdə okeanların necə yarana biləcəyini anlamağa kömək edə bilər. Qaynarinfo xəbər verir ki, tədqiqatın nəticələri "Th
22:45 28 Bu ölkədə transyağlar məhdudlaşdırıldı - Ölümlər azaldı
Danimarkada qidalardakı sənaye mənşəli transyağların məhdudlaşdırılmasından sonra ürək-damar xəstəliklərindən ölüm göstəricilərində azalma qeydə alınıb. xarici mediaya istinadla xəbər verir ki, Danimarka 2003-cü ildə sənaye mənşəli transyağları qanunla məhdudlaşdıran ilk ölkə olub. Qidalarda hər 10
18:30 190 Kəlağayı - əsrlərin yaddaşını yaşadan Azərbaycan sənəti
"Azərbaycan xalqının zəngin mədəni irsində elə sənət nümunələri var ki, onlar yalnız estetik gözəlliyi ilə deyil, həm də daşıdıqları tarixi yaddaşla seçilirlər. Kəlağayı da bu nadir sənət nümunələrindən biridir. Zərif ipəkdən hazırlanan, rəngarəng naxışları və özünəməxsus ornamentləri ilə seçilə
12:24 199 "Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video
"Azərbaycanda din dövlətdən, məktəb də dindən ayrıdır". "Qafqazinfo" xəbər verir ki, bunu Qafqaz Müsəlmanlar İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə "Real TV"yə müsahibəsində bildirib. "Biz dövlətin qərarlarına qarşı heç bir şey demək iqtidarında deyilik
17:35 354