Azərbaycanın tranzit potensialının artmasına təsir edən amilləri açıqlanıb

Azərbaycanın tranzit potensialının artmasına təsir edən amilləri açıqlanıbBu il Azərbaycan ərazisindən tranzit yükdaşımalarının həcminin 16 milyon tona çatacağı gözlənilir, uzunmüddətli perspektivdə isə bu göstəricinin 30 milyon tona çatdırılması hədəflənir.

Bunu "Report"a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayındakı çıxışını şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanın uzunmüddətli nəqliyyat və dəhliz strategiyası ölkənin tranzit imkanlarının genişlənməsi üçün ciddi potensial yaradır.

"Prezidentin çıxışında bir çox vacib istiqamətlərlə yanaşı, Azərbaycanın uzunmüddətli dəhliz strategiyası və bu strategiyanın bu gün yaratdığı reallıqlar xüsusi yer tuturdu. Ölkənin hazırkı tranzit imkanları 20 ildən artıq müddətdə ardıcıl şəkildə həyata keçirilən nəqliyyat siyasətinin nəticəsidir", - deyə ekspert bildirib.

E. Əmirov qeyd edib ki, qlobal logistikanın əhəmiyyəti indiki səviyyəyə çatmazdan əvvəl Azərbaycan liman, dəmir yolu, avtomobil yolları, gəmiçilik və hava daşımaları kimi müxtəlif nəqliyyat infrastrukturlarına böyük investisiyalar yatırıb:

"Bu proses həm dövlət investisiyaları, həm də xarici investisiyaların cəlb edilməsi hesabına həyata keçirilib. Burada Azərbaycanın coğrafi mövqeyi də mühüm üstünlük yaradıb. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşir. Bununla yanaşı, Azərbaycan Cənub-Qərb və Şimal-Qərb kimi digər marşrutların da kəsişmə nöqtəsidir. Hələ Orta Dəhliz və Şimal-Cənub dəhlizi anlayışları geniş yayılmamışdan əvvəl Çinin "Bir kəmər, bir yol" təşəbbüsü, eləcə də Avropa ilə Asiyanı birləşdirməyə yönəlmiş TRASEKA layihəsi Azərbaycanın tranzit potensialının formalaşmasında mühüm rol oynayıb".

Ekspertin sözlərinə görə, mövcud infrastrukturun inkişaf etdirilməsi və multimodal nəqliyyat sistemlərinin qurulması Azərbaycanın gələcək tranzit imkanlarının daha da genişlənməsinə şərait yaradır.
"Düşünürəm ki, mövcud infrastrukturun vəziyyəti, eyni zamanda Azərbaycanın liman, dəmir yolu, avtomobil yolları, donanma, hava limanları və digər nəqliyyat elementlərini əhatə edən multimodal sistemlər qurması uzaq gələcək üçün daha böyük potensial haqqında düşünməyə imkan verir", - E. Əmirov vurğulayıb.

O bildirib ki, bu baxımdan Ələt limanının imkanlarının genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Hazırda Bakı Beynəlxalq Dəniz Limanının illik yükaşırma qabiliyyətinin 15 milyon tondan 25 milyon tona çatdırılması nəzərdə tutulur. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin imkanlarının artırılması da bu strategiyanın tərkib hissəsidir.

E. Əmirov Xəzər dənizinin Azərbaycanın tranzit potensialında xüsusi rol oynadığını diqqətə çatdırıb:

"Orta Dəhlizin əsas seqmentlərindən biri Xəzərdən keçir. Mərkəzi Asiyanın Avropaya çıxışının Azərbaycan üzərindən təmin olunması, eləcə də Çinin Avropaya yükdaşımalarında Şimal və Cənub marşrutlarında yaranan geosiyasi risklər fonunda Xəzərdən keçən marşrutun əhəmiyyətinin artması Orta Dəhlizi Çin üçün də strateji istiqamətə çevirir. Bu amillər Azərbaycanın tranzit üzrə qarşıya qoyduğu hədəfləri daha real və perspektivli edir".

Ekspert Zəngəzur dəhlizinin də Azərbaycanın nəqliyyat strategiyasında mühüm yer tutduğunu bildirib. Onun sözlərinə görə, bu marşrut artıq yalnız Azərbaycanla Naxçıvan arasında bağlantı məsələsi kimi qiymətləndirilə bilməz:

"Zəngəzur dəhlizi Azərbaycan-Naxçıvan bağlantısı kontekstindən daha geniş məna daşıyır. Bu marşrut həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərinin müəyyən seqmenti ola bilər. Rəsmi məlumatlara əsasən, dəhlizin reallaşması Azərbaycanın nəqliyyat dəhlizləri üzrə yükdaşımalarının həcmini əlavə olaraq 15 milyon ton artıra bilər".

E. Əmirov hesab edir ki, qlobal geosiyasi vəziyyət də Azərbaycanın tranzit əhəmiyyətini artıran amillərdən biridir.

"Şimalda Rusiya-Ukrayna münaqişəsi, cənubda isə İran-ABŞ-İsrail arasında hərbi qarşıdurma fonunda regionda nəqliyyat marşrutlarının təhlükəsizliyi və alternativliyinə tələbat artır. Tərəflərin mövqelərinin bir-birindən kəskin fərqlənməsi bu proseslərin yaxın perspektivdə başa çatacağı ilə bağlı qeyri-müəyyənliyi artırır", - deyə o bildirib.

Ekspert qeyd edib ki, bu şəraitdə Şimal Buzlu okeanından Hind okeanına qədər uzanan coğrafiyada Azərbaycanın mövqeyi xüsusi əhəmiyyət kəsb edir:

"Bu coğrafiyada Azərbaycan siyasi və iqtisadi sabitliyi, nəqliyyat infrastrukturu və müxtəlif istiqamətləri birləşdirən marşrutları ilə fərqlənir. Eyni zamanda, Azərbaycanın qlobal nəqliyyat və iqtisadi əlaqələr sistemində rolu son illərdə genişlənib. Düşünürəm ki, Prezidentin çıxışında səsləndirdiyi fikirlərin arxasında məhz bu reallıqlar dayanır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 306   Tarix: 03 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dünyəvi təhsil azad düşüncənin və bərabər imkanların əsasını qoyur - EKSPERT

Təhsildə dünyəvilik şagirdlərin elmi biliklərə yiyələnməsi, sərbəst düşünmə qabiliyyətinin inkişafı və bərabər imkanların təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu yanaşma fərqli dünyagörüşünə malik şagirdlərin eyni təhsil mühitində bilik əldə etməsinə və şəxsi inanclarından asılı olmayara

09.10.2026 283
.

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - Siyahı

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü və 96-cı maddələrinə uyğun olaraq, aşağıdak

11:20 184
.

Fərqli inanclar insanları ayırmır: Azərbaycanda tolerantlıq ənənəsi

Azərbaycanda müxtəlif millətlərə və dinlərə mənsub insanlar birgə yaşayırlar. Bəs görəsən, bu münasibətləri möhkəmləndirən əsas amillər hansılardır? Azərbaycanda dini tolerantlığın qorunmasında din xadimlərinin rolu nədir? İnsan öz dini inancına sadiq qalmaqla başqa dinə mənsub və ya heç bir dinə inanmaya

09.10.2026 278
.

Lənkəranın 5 kəndinə dolu düşdü - Foto

Lənkəranda qeyri-sabit hava şəraiti müşahidə olunur. "Qafqazinfo" xəbər verir ki, bir sıra yaşayış məntəqələrinə dolu düşüb, daha sonra intensiv yağış yağıb. Belə ki, saat 09:00 radələrindən başlayaraq Separadi, Tükəvilə, Zövlə, Şağlaser və Boladi kəndlərində, eləcə də Liman şəhərində dol

10:27 191
.

630 minlik Lamborghini ilə bulvarda təhlükəli şou: "Hacı Həsənli" drift etdi - qaydalar yenə kənarda qaldı!

Bakının Səbail rayonunda, Dənizkənarı Bulvar ərazisində "Lamborghini Urus" markalı avtomobillə təhlükəli manevrlər etdiyi bildirilən sürücü Hacı Həsənli Ramiz oğlu barəsində başlanmış inzibati işə xitam verilib. xəbər verir ki, bu barədə -ın sosial şəbəkə hesabında məlumat paylaşılıb. Hadis

09.10.2026 381
.

Azərbaycanda LGBT-nin fəaliyyətini qadağan edən qanun qəbul olunur

Azərbaycanda LGBT təbliğatının qadağan edilməsi haqqında qanun qəbul olunacaq. xəbər verir ki, yeni qanunla LGBT mövzusunun ictimai məkanlarda, mediada və digər informasiya kanallarında təbliği ilə bağlı məhdudiyyətlərin tətbiqi nəzərdə tutulur. Yeni qanunun qəbulu və tətbiqi ilə bağlı aşağıdakı kateqoriyala

11:06 226
.

Tibetdə buz dövrünə aid qədim buz aşkar edildi

Tibet yaylasında yaşı 128 min ildən çox ola bilən buz aşkar edilib. Dağ buzlağının dərin qatlarında qorunub saxlanılan bu buzun son buz dövrünə aid olduğu ehtimal edilir. Bu tapıntı alimlərə minilliklər ərzində regionda baş vermiş iqlim dəyişikliklərini daha yaxşı anlamağa kömək edə bilər. Qaynarinf

14:30 99
.

Gecələr əlləri keyiyənlərin DİQQƏTİNƏ: Səbəb təkcə yataq vəziyyəti deyil

Gecə yuxudan əlinizin keyiməsi, barmaqlarınızda iynələnmə və ya əlinizi hiss etməmək səbəbindən oyanırsınızsa, bunun səbəbi həqiqətən də narahat yatış vəziyyəti ola bilər. Lakin bu əlamətlər mütəmadi təkrarlanırsa, sinir sistemi ilə bağlı problemlərdən xəbər verə bilər və diqqət tələb edir. xarici mediay

09.10.2026 293
.

Qapalı məkanlarda yaşamağın gizli qarşılığı: Sağlamlıq üçün 4 risk

İnsanlar həyatlarının təxminən 93 faizini qapalı məkanlarda keçirirlər. Kaliforniyalı həkim və təbii təbabət üzrə mütəxəssis Con La Pumanın fikrincə, bu, sağlamlıq üçün "gizli vergi" adlandırıla biləcək mənfi nəticələrə gətirib çıxarır. O, bu barədə "Qapalı məkanlar epidemiyası" adl

09.10.2026 305
.