Regional sülh və diplomatiyada Bakı mövqeyi

Regional sülh və diplomatiyada Bakı mövqeyiAprelin 8-də Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. Dövlət başçısı İran və ABŞ arasında elan edilmiş atəşkəslə bağlı təbriklərini çatdırıb.

Məsud Pezeşkian Prezident Əliyevə təbriklər və ölkəmizin İrana göstərdiyi humanitar yardıma görə minnətdarlığını bildirib. Telefon söhbəti zamanı ikitərəfli əməkdaşlıq məsələləri barədə də fikir mübadiləsi aparılıb.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, atəşkəs elan olunduqdan dərhal sonra İranı təbrik edən ilk liderin Azərbaycan Prezidenti olması ölkəmizin proseslərə diqqətini və qonşu ölkənin sabitliyinə marağını göstərir. Prinsipcə İran Azərbaycan üçün heç vaxt düşmən ölkə olmayıb. Rəsmi Bakı Tehrana qarşı heç bir iqtisadi, siyasi və hərbi kampaniyanın bir parçası olmayıb və hər zaman mehriban qonşuluq və regional əməkdaşlıq prinsiplərinə əsaslanan münasibətlər sistemi qurub. İki ölkə arasında yaranan gərginlik və soyuqluğun səbəbkarı isə əsasən qarşı tərəf olub:

"Buna baxmayaraq, Azərbaycan İsrail və ABŞ-ın İrana qarşı əməliyyatlarını dəstəkləməyib. Tehrandakı bəzi dairələr isə Bakıya qarşı əsassız iddialar irəli sürərək ölkəmizdə xarici hərbi bazaların mövcudluğunu və İrana zərbələrin endirilə biləcəyini iddia ediblər. Bu iddialar özünü doğrultmayıb. Məsələn, Naxçıvana edilən dron hücumu sonrası suverenliyimizə qarşı istənilən təhdidə cavab verəcəyimiz bəyan edilib, lakin Azərbaycan İranla münasibətlərin gərginləşməsində maraqlı olmadığını nümayiş etdirib.

Eyni zamanda, Azərbaycan Türkiyə ilə aktiv diplomatik təmaslarda olub ki, bu da Tehran və Ankaranı arzuolunmaz ssenarilərdən çəkindirmək məqsədi daşıyıb, xüsusilə Türkiyəyə atılan raketlər fonunda.

Prezident İlham Əliyevin mövqeyi xüsusilə diqqətəlayiqdir. Məsələn, İranın Ali Dini Lideri Əli Xameneinin vəfatı sonrası Prezident səfirliyi ziyarət edərək başsağlığı verib. Prezidentin xüsusi tapşırığı ilə İrana edilən humanitar yardımlar və digər ölkələrin Azərbaycan ərazisi vasitəsilə yardım göndərilməsinə şərait yaradılması da diqqət çəkib.

Azərbaycanın davranışı mürəkkəb və gərgin dövrdə iki ölkə arasında dostluğu bir daha təsdiqləyib. Bu müddət ərzində Azərbaycan-İran sərhədi ən sabit və təhlükəsiz sərhəd olub. Rəsmi Bakı bundan sonra da mövqeyini qoruyacaq, sülh danışıqlarını yaxından izləyəcək və lazım gəldikdə vasitəçilik təklif edə bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 718   Tarix: 09 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanın tranzit potensialının artmasına təsir edən amilləri açıqlanıb

Bu il Azərbaycan ərazisindən tranzit yükdaşımalarının həcminin 16 milyon tona çatacağı gözlənilir, uzunmüddətli perspektivdə isə bu göstəricinin 30 milyon tona çatdırılması hədəflənir. Bunu "Report"a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasını

16:20 145
.

3 oktyabr 1993-cü il: Azərbaycanın müasir dönüş nöqtəsi

"3 oktyabr 1993-cü il Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıyan bir tarixdir. Çünki həmin gün Heydər Əliyev xalqın iradəsi ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Amma bu hadisəni yalnız prezident seçkisi kimi qiymətləndirmək düzgün olmaz. Söhbət Azərbaycanın dövlətçilik tarixini

16:08 304
.

Prezident Vizeri qəbul edib ordenini təqdim etdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 3-də Beynəlxalq Cüdo Federasiyasının prezidenti Ladislau-Marius Vizeri qəbul edib. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı Azərbaycanda cüdonun inkişafına, həmçinin Bakıda bu idman növü üzrə dünya çempionatının keçirilməsinə göstərdiyi dəstəy

12:39 164
.

Şəhid anası Sevinc Hüseynova ilə bağlı DİN rəhbərinə müraciət etdi

Aprel döyüşləri, 44 günlük Vətən müharibəsi, Laçın əməliyyatı və antiterror əməliyyatlarında iştirak edən şəhid Abbasov Zamin Xaqani oğlunun anası Sevda xanım Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edib. xəbər verir ki, müraciətin səbəbi Sevinc Hüseynovanın onu təhqir etməsi ilə bağlıdır. Şəhidi

11:51 348
.

Moldovanın hava məkanı PUA-larla pozulub

Moldovanın milli hava məkanının monitorinq sistemi 5 dronun uçuşunu qeydə alıb. "Report" xəbər verir ki, bu barədə "Newsmaker" ölkənin Müdafiə Nazirliyinin məlumatına istinadən yazıb. Dronlar Aneniy-Noy, Ştefan-Vode, Hinçesti, Tudora və Kauşanı yaşayış məntəqələrinin yaxınlığınd

18:00 141
.

YAP-ın qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir

"Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII Qurultayında çıxışı ölkəmizin müasir inkişaf mərhələsinin siyasi, iqtisadi, təhlükəsizlik və xarici siyasət prioritetlərini əhatə edən mühüm konseptual çıxış kimi diqqət

13:12 164
.

Azərbaycanda 3 gün ardıcıl İŞ OLMAYACAQ: TARİXLƏR AÇIQLANDI

Bu ilin geridə qalan iş günlərini təqdim edirik. xəbər verir ki, qarşıdakı aylarda qeyri-iş günlərinin sayı iş həftəsinin formasından asılı olaraq dəyişəcək. Belə ki, oktyabr ayında beşgünlük iş həftəsi ilə çalışanlar üçün 9, altıgünlük iş həftəsi ilə çalışanlar üçün isə 4 istirahət günü olacaq. Noyab

14:57 449
.

Tahir Mirkişili: "Azərbaycanın əsas hədəfi maliyyə gücünü məhsuldar iqtisadiyyata çevirməkdir"

Bu gün dünyada investisiyaların cəlb edilməsi uğrunda kəskin rəqabət gedir və bu şəraitdə Azərbaycanın əldə etdiyi nəticələr çox mühümdür. Bu fikri "Report"a açıqlamasında Milli Məclisin üzvü Tahir Mirkişili Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayındakı çıxışın

18:50 142
.

VIII Qurultay YAP-ın inkişafında xüsusi rol oynayacaqdır

Oktyabr ayının 2-də keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi hadisə oldu. YAP-ın VII Qurultayına hazırlıq prosesi də partiyanın təşkilati fəaliyyətinin növbəti keyfiyyət mərhələsinin müəyyənləşdirilməsi baxımından diqqət çəkir. Rəsmi məlumata görə

13:52 161
.