Atəşkəsə baxmayaraq qlobal böhran təhlükəsi qalır - İQTİSADÇIDAN AÇIQLAMA
ABŞ-İran arasında əldə olunan müvəqqəti atəşkəs qlobal bazarlarda ilk baxışdan rahatlama effekti yaradıb. Xüsusilə enerji bazarında kəskin reaksiya müşahidə olunub - "Brent" markalı neftin qiyməti bir neçə saat ərzində təxminən 13% ucuzlaşaraq 95 dollar ətrafına enib. Bununla belə, aparıcı beynəlxalq nəşrlər, o cümlədən Financial Times və The Wall Street Journal xəbərdarlıq edir ki, bu ucuzlaşma qlobal iqtisadi risklərin aradan qalxması demək deyil. Əksinə, ekspertlərin fikrincə, atəşkəs yalnız müvəqqəti fasilədir və enerji bazarındakı qeyri-sabitlik, inflyasiya təzyiqləri və geosiyasi risklər hələ də qalmaqdadır.
Analitiklər qeyd edir ki, Hörmüz boğazı kimi strateji marşrutların təhlükəsizliyi tam bərpa olunmayıb və bu, dünya üzrə neft təchizatına təsir edən əsas amil olaraq qalır. Hətta qiymətlər 90-95 dollar səviyyəsinə düşsə də, bu göstərici müharibədən əvvəlki dövrlə müqayisədə hələ də yüksəkdir və qlobal iqtisadiyyat üçün əlavə inflyasiya yükü yaradır. Məhz bu səbəbdən beynəlxalq maliyyə dairələri hesab edir ki, hazırkı "sakitlik" bazarlarda yalnız qısa müddətli optimizm yaradıb və istənilən anda yenidən gərginlik fonunda həm neft qiymətlərində, həm də qlobal iqtisadi göstəricilərdə kəskin dalğalanmalar baş verə bilər.
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BiG.AZ-a açıqlamasında bildirdi ki, atəşkəs razılaşmasından sonra neftin qiymətinin kəskin düşməsi bazarın risklərin azaldığını düşünməsi ilə bağlıdır. Amma bu daha çox qısamüddətli reaksiyadır, çünki vəziyyət hələ tam sabit deyil. Hörmüz boğazı tam və təhlükəsiz şəkildə əvvəlki kimi işləmədiyi üçün bazarda narahatlıq qalır və bu da qiymətlərin yenidən qalxmasına səbəb ola bilər.
Onun sözlərinə görə, hazırda neft bazarı çox həssasdır: "Kiçik bir gərginlik xəbəri qiyməti yenidən yüksəldə, müsbət xəbərlər isə aşağı sala bilər. Ona görə də yaxın dövrdə qiymətlərin sabit qalmasından çox, dalğalanması daha real görünür. Əgər vəziyyət tam sakitləşməzsə, neftin qiyməti yenidən arta bilər, amma risklər azalsa, müəyyən qədər aşağı səviyyədə sabitləşə bilər.
Qlobal böhran riskinin tam aradan qalxması üçün sadəcə atəşkəs kifayət deyil. Bölgədə uzunmüddətli siyasi razılaşma olmalı, Hörmüz boğazında daşınma tam təhlükəsiz və fasiləsiz bərpa edilməli, enerji infrastrukturu normal işləməlidir. Eyni zamanda böyük dövlətlər arasında gərginliyin azalması vacibdir. Bu şərtlər yerinə yetirilmədiyi müddətdə bazarda qeyri-müəyyənlik - böhran gözləntisi qalacaq".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 761 Tarix: 09 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanın tranzit potensialının artmasına təsir edən amilləri açıqlanıb
Bu il Azərbaycan ərazisindən tranzit yükdaşımalarının həcminin 16 milyon tona çatacağı gözlənilir, uzunmüddətli perspektivdə isə bu göstəricinin 30 milyon tona çatdırılması hədəflənir. Bunu "Report"a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasını
16:20 145 3 oktyabr 1993-cü il: Azərbaycanın müasir dönüş nöqtəsi
"3 oktyabr 1993-cü il Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıyan bir tarixdir. Çünki həmin gün Heydər Əliyev xalqın iradəsi ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Amma bu hadisəni yalnız prezident seçkisi kimi qiymətləndirmək düzgün olmaz. Söhbət Azərbaycanın dövlətçilik tarixini
16:08 304 Prezident Vizeri qəbul edib ordenini təqdim etdi - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 3-də Beynəlxalq Cüdo Federasiyasının prezidenti Ladislau-Marius Vizeri qəbul edib. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı Azərbaycanda cüdonun inkişafına, həmçinin Bakıda bu idman növü üzrə dünya çempionatının keçirilməsinə göstərdiyi dəstəy
12:39 164 Şəhid anası Sevinc Hüseynova ilə bağlı DİN rəhbərinə müraciət etdi
Aprel döyüşləri, 44 günlük Vətən müharibəsi, Laçın əməliyyatı və antiterror əməliyyatlarında iştirak edən şəhid Abbasov Zamin Xaqani oğlunun anası Sevda xanım Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edib. xəbər verir ki, müraciətin səbəbi Sevinc Hüseynovanın onu təhqir etməsi ilə bağlıdır. Şəhidi
11:51 348 Moldovanın hava məkanı PUA-larla pozulub
Moldovanın milli hava məkanının monitorinq sistemi 5 dronun uçuşunu qeydə alıb. "Report" xəbər verir ki, bu barədə "Newsmaker" ölkənin Müdafiə Nazirliyinin məlumatına istinadən yazıb. Dronlar Aneniy-Noy, Ştefan-Vode, Hinçesti, Tudora və Kauşanı yaşayış məntəqələrinin yaxınlığınd
18:00 141 YAP-ın qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir
"Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII Qurultayında çıxışı ölkəmizin müasir inkişaf mərhələsinin siyasi, iqtisadi, təhlükəsizlik və xarici siyasət prioritetlərini əhatə edən mühüm konseptual çıxış kimi diqqət
13:12 164 Azərbaycanda 3 gün ardıcıl İŞ OLMAYACAQ: TARİXLƏR AÇIQLANDI
Bu ilin geridə qalan iş günlərini təqdim edirik. xəbər verir ki, qarşıdakı aylarda qeyri-iş günlərinin sayı iş həftəsinin formasından asılı olaraq dəyişəcək. Belə ki, oktyabr ayında beşgünlük iş həftəsi ilə çalışanlar üçün 9, altıgünlük iş həftəsi ilə çalışanlar üçün isə 4 istirahət günü olacaq. Noyab
14:57 449 Tahir Mirkişili: "Azərbaycanın əsas hədəfi maliyyə gücünü məhsuldar iqtisadiyyata çevirməkdir"
Bu gün dünyada investisiyaların cəlb edilməsi uğrunda kəskin rəqabət gedir və bu şəraitdə Azərbaycanın əldə etdiyi nəticələr çox mühümdür. Bu fikri "Report"a açıqlamasında Milli Məclisin üzvü Tahir Mirkişili Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayındakı çıxışın
18:50 142 VIII Qurultay YAP-ın inkişafında xüsusi rol oynayacaqdır
Oktyabr ayının 2-də keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi hadisə oldu. YAP-ın VII Qurultayına hazırlıq prosesi də partiyanın təşkilati fəaliyyətinin növbəti keyfiyyət mərhələsinin müəyyənləşdirilməsi baxımından diqqət çəkir. Rəsmi məlumata görə
13:52 161