Prezidentlə xanımı açılışa qatıldı - Fotolar

Prezidentlə xanımı açılışa qatıldı - FotolarAzərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 8-də Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak ediblər.

"Qafqazinfo" xəbər verir ki, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Samir Rzayev dövlət başçısına və birinci xanıma mərkəzin fəaliyyəti barədə məlumat veriblər.

Bildirilib ki, Beynəlxalq Təlim Mərkəzi "Azərbaycan Hava Yolları" QSC-nin təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının ərazisində yaradılıb. Mərkəz uçuş heyətinin fövqəladə vəziyyətlər üzrə hazırlığı, həmçinin hava hərəkətini idarəetmə dispetçerlərinin nəzəri və praktiki təlimi üçün nəzərdə tutulub.

Yeni kompleksdə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) və Avropa İttifaqı Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) tələblərinə uyğun olaraq "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsinin dispetçerləri hazırlanacaq. Bunun üçün bu sahədə dünyanın qabaqcıl aeronaviqasiya təhsil mərkəzlərindən olan Alman Aeronaviqasiya Akademiyasının (DFS) təhsil proqramı əsasında Aeronaviqasiya Təlim Mərkəzi fəaliyyət göstərəcək.

Burada Heydər Əliyev Beynəlxalq Hava Limanının 360 dərəcə panoramını əks etdirən TWR qüllə simulyatoru, həmçinin hava məkanının idarə edilməsi üzrə radar simulyator kompleksi quraşdırılıb. Bu sistemlər dispetçerlərin real əməliyyat şəraitində hazırlanması üçün imkan yaradır.

Mərkəzdə, həmçinin hava limanlarında real iş şəraitinə uyğun müxtəlif xüsusi avtonəqliyyat vasitələri sürücülərinin bacarıqlarının təkmilləşdirilməsinə imkan verən müasir təlim trenajoru kompleksi quraşdırılıb.

Beynəlxalq Təlim Mərkəzində hər il hava hərəkətini idarəetmə üzrə təxminən 30 dispetçerin və 3 min hava gəmisi heyətinin hazırlanması planlaşdırılır.

Bundan başqa, Mərkəz fövqəladə vəziyyətlərdə və müxtəlif qəza hallarında hava gəmisi kabininin daxilində təhlükəsizlik tədbirlərinin səmərəli icrası üçün Türkiyənin bu sahədə ixtisaslaşmış və beynəlxalq səviyyədə tanınmış şirkəti olan "SkyArt" tərəfindən "A320/A321 NEO CEET" tipli yeni nəsil hava gəmisi simulyatoru ilə təchiz edilib. Simulyatora "Boeing 787" təyyarəsi üzrə Qapı Təlim Qurğuları (Door Trainers), həmçinin real yanğın şəraitini simulyasiya edən yeni nəsil Yanğınsöndürmə Təlim Qurğuları (RFFT) daxildir.

Yeni təlim infrastrukturu regionda aviasiya sahəsində kadr hazırlığının, həmçinin beynəlxalq standartlara uyğun tədris imkanlarının gücləndirilməsinə, bu sahədə rəqabətqabiliyyətli milli kadr potensialının formalaşmasına mühüm töhfə verəcək.

Mərkəz müasir aviasiya sahəsinin tələblərinə uyğun olaraq kadr hazırlığını həyata keçirən ixtisaslaşmış tədris strukturu kimi aviasiya mütəxəssislərinin nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlarının formalaşdırılmasında mühüm rol oynayacaq.

Mərkəzin müasir texnologiyalarla təchiz olunması, burada son model uçuş simulyatorlarının quraşdırılması real uçuş şəraitinə yaxın mühitdə təcrübə qazanmağa imkan yaradır ki, bu da ümumilikdə uçuşların təhlükəsizliyinin təmin edilməsində müstəsna əhəmiyyət daşıyır.

Prezidentlə xanımı açılışa qatıldı - FotolarPrezidentlə xanımı açılışa qatıldı - FotolarPrezidentlə xanımı açılışa qatıldı - FotolarPrezidentlə xanımı açılışa qatıldı - FotolarPrezidentlə xanımı açılışa qatıldı - FotolarPrezidentlə xanımı açılışa qatıldı - FotolarPrezidentlə xanımı açılışa qatıldı - FotolarPrezidentlə xanımı açılışa qatıldı - FotolarPrezidentlə xanımı açılışa qatıldı - FotolarPrezidentlə xanımı açılışa qatıldı - FotolarPrezidentlə xanımı açılışa qatıldı - FotolarPrezidentlə xanımı açılışa qatıldı - FotolarPrezidentlə xanımı açılışa qatıldı - FotolarPrezidentlə xanımı açılışa qatıldı - Fotolar


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1081   Tarix: 08 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanın tranzit potensialının artmasına təsir edən amilləri açıqlanıb

Bu il Azərbaycan ərazisindən tranzit yükdaşımalarının həcminin 16 milyon tona çatacağı gözlənilir, uzunmüddətli perspektivdə isə bu göstəricinin 30 milyon tona çatdırılması hədəflənir. Bunu "Report"a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasını

16:20 145
.

3 oktyabr 1993-cü il: Azərbaycanın müasir dönüş nöqtəsi

"3 oktyabr 1993-cü il Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıyan bir tarixdir. Çünki həmin gün Heydər Əliyev xalqın iradəsi ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Amma bu hadisəni yalnız prezident seçkisi kimi qiymətləndirmək düzgün olmaz. Söhbət Azərbaycanın dövlətçilik tarixini

16:08 304
.

Prezident Vizeri qəbul edib ordenini təqdim etdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 3-də Beynəlxalq Cüdo Federasiyasının prezidenti Ladislau-Marius Vizeri qəbul edib. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı Azərbaycanda cüdonun inkişafına, həmçinin Bakıda bu idman növü üzrə dünya çempionatının keçirilməsinə göstərdiyi dəstəy

12:39 164
.

Şəhid anası Sevinc Hüseynova ilə bağlı DİN rəhbərinə müraciət etdi

Aprel döyüşləri, 44 günlük Vətən müharibəsi, Laçın əməliyyatı və antiterror əməliyyatlarında iştirak edən şəhid Abbasov Zamin Xaqani oğlunun anası Sevda xanım Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edib. xəbər verir ki, müraciətin səbəbi Sevinc Hüseynovanın onu təhqir etməsi ilə bağlıdır. Şəhidi

11:51 348
.

Moldovanın hava məkanı PUA-larla pozulub

Moldovanın milli hava məkanının monitorinq sistemi 5 dronun uçuşunu qeydə alıb. "Report" xəbər verir ki, bu barədə "Newsmaker" ölkənin Müdafiə Nazirliyinin məlumatına istinadən yazıb. Dronlar Aneniy-Noy, Ştefan-Vode, Hinçesti, Tudora və Kauşanı yaşayış məntəqələrinin yaxınlığınd

18:00 141
.

YAP-ın qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir

"Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII Qurultayında çıxışı ölkəmizin müasir inkişaf mərhələsinin siyasi, iqtisadi, təhlükəsizlik və xarici siyasət prioritetlərini əhatə edən mühüm konseptual çıxış kimi diqqət

13:12 164
.

Azərbaycanda 3 gün ardıcıl İŞ OLMAYACAQ: TARİXLƏR AÇIQLANDI

Bu ilin geridə qalan iş günlərini təqdim edirik. xəbər verir ki, qarşıdakı aylarda qeyri-iş günlərinin sayı iş həftəsinin formasından asılı olaraq dəyişəcək. Belə ki, oktyabr ayında beşgünlük iş həftəsi ilə çalışanlar üçün 9, altıgünlük iş həftəsi ilə çalışanlar üçün isə 4 istirahət günü olacaq. Noyab

14:57 449
.

Tahir Mirkişili: "Azərbaycanın əsas hədəfi maliyyə gücünü məhsuldar iqtisadiyyata çevirməkdir"

Bu gün dünyada investisiyaların cəlb edilməsi uğrunda kəskin rəqabət gedir və bu şəraitdə Azərbaycanın əldə etdiyi nəticələr çox mühümdür. Bu fikri "Report"a açıqlamasında Milli Məclisin üzvü Tahir Mirkişili Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayındakı çıxışın

18:50 142
.

VIII Qurultay YAP-ın inkişafında xüsusi rol oynayacaqdır

Oktyabr ayının 2-də keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi hadisə oldu. YAP-ın VII Qurultayına hazırlıq prosesi də partiyanın təşkilati fəaliyyətinin növbəti keyfiyyət mərhələsinin müəyyənləşdirilməsi baxımından diqqət çəkir. Rəsmi məlumata görə

13:52 161
.