Bu istiqamətdə yeni piyada keçidi inşa olunur

Bu istiqamətdə yeni piyada keçidi inşa olunurBakıda metro infrastrukturunun təkmilləşdirilməsi istiqamətində növbəti layihənin icrasına başlanılıb. Bakı Metropoliteni tərəfindən həyata keçirilən işlər AZCON Holding çərçivəsində və Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş 2025-2030-cu illər üçün dövlət proqramına uyğun aparılır.

"Qafqazinfo" xəbər verir ki, layihənin əsas məqsədi Yaşıl və Qırmızı xətlərin ayrılmasından sonra sərnişinlərin rahat və təhlükəsiz hərəkətini təmin etməkdir. Bu çərçivədə "28 May" və "Cəfər Cabbarlı" stansiyaları arasında yeni piyada keçidi inşa edilir. Keçid "Cəfər Cabbarlı" stansiyasının platformasına birbaşa və daha qısa marşrut yaradacaq.

Yeni infrastruktur sərnişin axınının daha səmərəli bölüşdürülməsinə imkan verəcək. Belə ki, "Dərnəgül" və "Xətai" istiqamətlərinə gedən sərnişinlərin hərəkəti ayrılacaq, nəticədə "28 May" stansiyasında sıxlığın azalması və təhlükəsizliyin artırılması təmin olunacaq.

Eyni zamanda, keçid "28 May" stansiyasına daxil olan sərnişinlər üçün də əlavə rahatlıq yaradacaq. Sərnişinlər "Cəfər Cabbarlı" stansiyası vasitəsilə platformaya daha sürətli daxil ola biləcəklər ki, bu da giriş hissəsində yaranan növbələrin qarşısını almağa kömək edəcək.

Artıq layihə üzrə əsas tikinti mərhələləri başa çatıb. Qazıntı işləri və metal konstruksiyalı tunelin quraşdırılması tamamlanıb. Hazırda "28 May" stansiyasının platforması ilə birləşmə hissəsində işlər davam edir. Paralel olaraq, pilləkənlərin metal karkası qurulur və betonlama işlərinə hazırlıq görülür.

Layihənin son mərhələsində üzləmə işləri aparılacaq. Yeni piyada keçidinin növbəti tədris ilinə qədər istifadəyə verilməsi planlaşdırılır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 750   Tarix: 08 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yardımlıda tutulan məmurların məhkəməsi BAŞLAYIR

Yardımlı Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat nəticəsində saxlanılan vəzifəli şəxslərin istintaqı yekunlaşıb. APA-ya istinadla xəbər verir ki, cinayət işi baxılması üçün Yardımlı rayon Məhkəməsinə təqdim olunub. İş üzrə məhkəmə iclası yaxın zamanlarda başlayacaq. Qeyd edək ki, Baş prokuror yanınd

23.11.2026 283
.

Qarabağ Universitetindən tələbələrin davası ilə bağlı - Açıqlama

Bu gün mediada Qarabağ Universitetinin tələbələrinin qız üstündə dalaşdıqları və onlardan birinin ali təhsil müəssisəsindən xaric edilməsi ilə bağlı məlumatlar yayılıb. "Qafqazinfo" xəbər verir ki, universitet insidentlə bağlı açıqlama yayıb. Bildirilib ki, Qarabağ Universitetinin tələbələr

23.11.2026 382
.

Tacı əlindən alınan model gənc qızlara səsləndi

Futbolçu Salih Uçanın gözəllik kraliçası sevgilisi Alara Eriç "Miss Universe" müsabiqəsinə qatılmaq üçün yola düşməsinin ləğv edilməsi və tacının geri istənilməsi ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, model yayımladığı videoda bu cür yarışmalara qatılmaq arzusunda olan gənc qızlar

23.11.2026 361
.

Yerin maqnit qütbləri rekord sürətlə yerini dəyişə bilər

Yer kürəsinin maqnit şimal və cənub qütbləri geoloji tarix ərzində dəfələrlə bir-biri ilə yerini dəyişib. Yeni araşdırma göstərir ki, bəzi dövrlərdə bu proses əvvəlki ehtimallardan daha sürətlə baş verib və qütblərin dəyişmə tezliyi təxminən hər 90 min ildə bir dəfəyə çatıb. Qaynarinfo xəbər verir ki

23.11.2026 278
.

Bəzi həkimlərə xüsusi rütbələr veriləcək

"Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. Dəyişikliyə əsasən, Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaşlara və ehtiyatda ola

23.11.2026 249
.

Şimali Amerika böyüklüyündə ərazi su altında qalıb - Orada qədim insan izləri axtarılır

Yer kürəsinin sahil xətləri minilliklər ərzində ciddi şəkildə dəyişib. Buz dövrlərində dəniz səviyyəsinin aşağı düşməsi nəticəsində üzə çıxan, sonradan isə sular altında qalan geniş ərazilərdə qədim insanların yaşayış məskənləri, düşərgələri və müxtəlif tikililəri olub. Arxeoloqlar hazırda həmin torpaqları

23.11.2026 296
.

Alim Qasımovun "GTA 6" uğurunun pərdəarxası - Meneceri danışdı

Xalq artisti, xanəndə Alim Qasımov və Əməkdar artist Fərqanə Qasımovanın ifalarının dünyanın məşhur videooyunlarından biri olan "GTA 6"nın musiqi siyahısına daxil edilməsi ilə bağlı bəzi detallar məlum olub. Xanəndələrin meneceri İlkin Robin Qaynarinfo-ya açıqlamasında bildirib ki, "GT

23.11.2026 312
.

Paşinyandan mühüm addım: Ermənistan Konstitusiyasından Qarabağ istinadı çıxarılır

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim edib. Sənəd bir sıra mühüm yenilikləri özündə ehtiva edir. Diqqət çəkən əsas məqamlardan biri 1990-cı il Müstəqillik Bəyannaməsinə istinadın yeni layihəyə daxil edilməməsidir. Bu məqam xüsusi əhəmiyyət daşıyır

11:54 128
.

Şagirdlər ev tapşırıqlarını süni intellektlə edir - AÇIQLAMA

"Şagirdlərin ev tapşırıqlarını süni intellekt vasitəsilə yerinə yetirməsi onların düşünmə qabiliyyətinə və fərdi inkişafına mənfi təsir göstərə bilər". Bunu -a təhsil eksperti Elçin Əfəndi deyib. Elçin Əfəndi hesab edir ki, şagirdlər tapşırıqları mümkün qədər müstəqil şəkildə yerinə yetirməli

12:46 75
.