Saatlarla gəzməyi dayandırın: Elm ömrü uzatmağın "qısa yolunu" açıqladı
Böyük Britaniyada aparılan geniş tədqiqat "nə qədər uzun müddət idman etsək, bir o qədər sağlam olarıq" fikrinin yenidən nəzərdən keçirilməsinə səbəb olub.
Qaynarinfo xəbər verir ki, araşdırmaya görə, ömrü uzadan əsas faktor idman zalında keçirilən saatlar deyil, qısa müddətdə ürək ritmini maksimuma çatdıran intensiv hərəkətlərdir. Gündəlik həyatdakı kiçik sürətli hərəkətlər, məsələn avtobusa çatmaq üçün qaçmaq belə, uzunmüddətli yüngül tempdə gəzintidən daha güclü qoruyucu təsir göstərə bilir.
"European Heart Journal" jurnalında dərc edilən araşdırmada minlərlə orta yaşlı iştirakçının hərəkət məlumatları təhlil edilib və mühüm nəticələr əldə olunub. Həftəlik vaxtının cəmi 4 faizini yüksək intensivlikli fəaliyyətlərə ayıran insanlarda xroniki xəstəliklərin yaranma riski kəskin şəkildə azalır. Qaraciyər xəstəliklərindən böyrək çatışmazlığına qədər səkkiz fərqli ciddi xəstəliyə qarşı daha yüksək müqavimət qeydə alınıb və erkən ölüm riski hərəkətsiz həyat tərzi keçirənlərlə müqayisədə 46 faiz aşağı olub.
İltihablanmaya qarşı yüksək temp
Alimlər bu cür qısa, lakin intensiv məşqlərin təsirini molekulyar səviyyədə izah ediblər. Güclü yüklənmələr orqanizmdə iltihablanma proseslərini zəiflədərək immun sistemini daha aktiv vəziyyətdə saxlayır. Xüsusilə demans riskini 63 faiz, diabet riskini isə 60 faiz azaltması bu metodun effektivliyini daha da ön plana çıxarır. Uzun müddət aşağı tempdə gəzinti əvəzinə qısa, lakin ürək döyüntüsünü yüksəldən hərəkətlər bədənin müdafiə mexanizmini daha çevik edir.
Mütəxəssislər qeyd edirlər ki, hər kəs ağır idman proqramları icra edə biləcək fiziki hazırlığa malik deyil, lakin gündəlik həyatda edilən kiçik dəyişikliklər də kifayət edə bilər. Pilləkənləri sürətlə çıxmaq, yolda tempi artırmaq və ya aktiv oyunlar oynamaq idman zalına getmədən oxşar təsir yarada bilər. Həftəlik cəmi 15-20 dəqiqəlik yüksək intensivlikli hərəkət belə müasir dövrün xəstəliklərinə qarşı əhəmiyyətli qoruyucu təsir göstərə bilər.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHepatit B və C tam müalicə olunur? - Mütəxəssis danışdı
Virus hepatitləri qaraciyərin iltihabına səbəb olan və geniş yayılmış infeksion xəstəliklər sırasındadır. Xəstəliyin bəzi növləri kəskin formada keçsə də, hepatit B və C uzun müddət heç bir əlamət vermədən inkişaf edərək xroniki xarakter ala, qaraciyərin ciddi zədələnməsinə səbəb ola bilər. Bununla yanaşı
01.11.2026 777 Səhər yeməyi üçün ən pis vaxt - Diyetoloqların cavabı
Səhər yeməyini günortadan sonraya saxlamaq sağlamlıq üçün arzuolunmaz nəticələrə səbəb ola bilər. Diyetoloqların fikrincə, günün ilk qida qəbulu üçün ən uyğun vaxt oyandıqdan sonrakı 1-2 saatdır. Qaynarinfo xəbər verir ki, bu barədə "EatingWell" nəşri diyetoloqların tövsiyələrinə istinadə
10.11.2026 467 Qışda dəriyə qulluq zamanı edilən əsas səhvlər
İstilik mövsümündə mənzillərdə havanın quruması dərinin daha sürətlə nəm itirməsinə səbəb olur. Bu dövrdə isti su ilə yuyunmaq, skrablardan həddindən artıq istifadə etmək və dərini tez-tez təmizləmək isə qoruyucu baryeri zəiflədərək quruluğu daha da artıra bilər. Qaynarinfo xəbər verir ki, bu barəd
28.10.2026 1036 İnfarkt və insult riskinin ən yüksək olduğu saatlar
Günün müəyyən saatlarında infarkt və insult keçirmə ehtimalı daha yüksək olur. Xüsusilə səhər saat 06:00-dan 09:00-dək ürək-damar ağırlaşmaları riski kəskin artır. Qaynarinfo xəbər verir ki, bu barədə Harvard Tibb Məktəbinin həkim-qastroenteroloqu Trişa Paşriça "The Washington Post" nəşrin
12.11.2026 501 Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. BİG.AZ -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişafı anemiyaya səbəb ola bilər. O qeyd edib ki, bağırsaq xərçəngi, xüsusil
31.10.2026 838 COVID-dən sonra dadbilmənin niyə bərpa olunmadığı AÇIQLANDI
Bəzi insanlarda COVID-19 infeksiyasından bir ildən çox vaxt keçməsinə baxmayaraq, dadbilmə qabiliyyətinin niyə tam bərpa olunmadığına dair yeni məlumatlar əldə edilib. xarici mediaya istinadən xəbər verir ki, alimlər uzunmüddətli dadbilmə pozğunluğu yaşayan şəxslərin dad reseptorlarını araşdırıblar
24.10.2026 752 Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Bir çox insan toyuq ətini bişirməzdən əvvəl kranın altında yumağa üstünlük verir. Lakin mütəxəssislər bu vərdişin sağlamlıq üçün təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edirlər. Belə ki, çiy toyuğun yuyulması zamanı su sıçrantıları vasitəsilə bakteriyalar mətbəxin müxtəlif səthlərinə, qab-qacağa v
02.11.2026 1046 Hepatitlə bağlı diqqətçəkən statistika: Ötən illə müqayisədə azalma var
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda viruslu hepatit diaqnozu ilə 62 nəfər qeydiyyata alınıb. 2025-ci ilin eyni dövründə bu göstərici 109 nəfər olub. Bu barədə Trend-in sorğusuna cavab olaraq, Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd edilib ki, hesabat dövründə hepatit A diaqnoz
24.10.2026 820 Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?
Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır. Buna görə çayı şəkərsiz içmə
18.10.2026 956