Şam yeməyini bu saatda yeyən xəstəxananın yolunu unudur
Axşam yeməyində nə yediyiniz qədər, onu hansı saat aralığında istehlak etdiyiniz də böyük önəm daşıyır. Şam yeməyinin vaxtı qidaların bədənimizə göstərdiyi sağlamlıq təsirlərini müəyyən edir. Mütəxəssislər ideal saat aralıqlarını açıqlayıblar.
Milli.Az xəbər verir ki, mütəxəssislər tərəfindən aparılan müstəqil klinik araşdırmalar axşam yeməyinin erkən saatlarda yeyilməsinin sağlamlıq üzərində müsbət təsirlərini ortaya qoyub. Ortaq rəyə görə, şam yeməyi yatmazdan ən az 3 saat əvvəl yeyilməlidir. İdeal yuxu saatı olan 23:00-ı əsas götürsək, 18:00 ilə 19:30 arası yemək fasiləsini bağlamaq ən sağlam üsul hesab olunur.
Erkən saatlarda qidalanmağın insan orqanizmi üçün bir çox üstünlükləri var:
Metabolizmanı sürətləndirir: İnsan bədəninin insulin həssaslığı gün ərzində ən yüksək səviyyədə olur və axşama doğru düşməyə başlayır. Gec saatda yeyilən ağır yeməklər qan şəkərinin yüksəlməsinə və çəki artımına səbəb olur. Erkən yemək bu disbalansın qarşısını alır.
Yuxu keyfiyyətini artırır: Gec yemək yeyildikdə bədənin "istirahət rejiminə" keçməsi çətinləşir. Erkən yedikdə isə həzm prosesi tamamlanır və orqanizm rahat yuxuya hazır olur.
Həzmə kömək edir: Yeməkdən dərhal sonra uzanmaq qidaların yemək borusuna qaçmasına və reflüksə (mədə qıcqırması) səbəb ola bilər. Yatmazdan 3 saat əvvəl yemək həzm sistemini qoruyur.
Ürək sağlamlığını qoruyur: Gec saatda qidalanmaq gecə boyu qan təzyiqinin yüksək qalmasına gətirib çıxara bilər. Erkən yemək təzyiqin normal səviyyədə qalmasına kömək edir.
Xəstəliklərdən qorunmaq üçün "12 saat qaydası"
Sağlamlıq tövsiyələri arasında ön plana çıxan ən mühüm nöqtələrdən biri 12 saat qaydasıdır. Bu qaydaya görə:
Axşam yeməyi növbəti günün səhər yeməyindən ən az 12 saat əvvəl yeyilməlidir. Bu müddət ərzində yaranan aclıq hüceyrələrin yenilənməsini və piylərin yanmasını dəstəkləyir.
Əgər şam yeməyini gec yemək məcburiyyətindəsinizsə, mütəxəssislər həzmi asan olan yüngül qidalara üstünlük verməyi tövsiyə edirlər. Bu sadə, lakin təsirli vərdişlər sayəsində bədəninizin təbii ritmini qoruya və xəstəliklərdən müdafiə oluna bilərsiniz.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHansı bel ağrısı xərçəngə işarə edə bilər?
Bel ağrısı çox vaxt yaşla bağlı adi problem kimi qəbul edilir. Lakin 50 yaşdan sonra yaranan yeni, uzunmüddətli və qeyri-adi ağrılar daha diqqətli yanaşma tələb edir. xəbər verir ki, bel ağrısı insanların həyatları boyunca ən azı bir dəfə qarşılaşdığı ən geniş yayılmış problemlərdən biridir. Adətən bel
20.09.2026 208 Xərçəng riskini artıran çay və ya qəhvənin özü deyilmiş: Əsl təhlükə budur
Oksford Universiteti təxminən 1 milyon şəxsin məlumatlarını tədqiq edib. Çay və qəhvə istehlakının özündən əlavə, içkilərin içilmə tərzinə dair ortaya çıxan təəccüblü detal qida borusu xərçəngi riskinə birbaşa təsir edir. xəbər verir ki, tədqiqatçılar hədsiz isti çay və qəhvə istehlakı ilə qida borus
13.09.2026 490 Alimlər mədəaltı vəzi xərçəngixəstəliyinin müdafiəsi üsulunu kəşf etdilər
Mayami Universitetinin Silvester Kompleks Onkoloji Mərkəzinin alimləri IL1RAP reseptorunu bloklamaqla mədəaltı vəzi şişinin mikro mühitini dəyişdirməyin üsulunu kəşf ediblər. -ın məlumatına görə, tədqiqatın nəticələri "JCI Insight"da dərc edilib. IL1RAP iltihab siqnalında iştirak edir, şi
13.09.2026 376 Gənclərin də DİQQƏTİNƏ: "Səssiz qatil"in üç əlaməti
Üç simptom əsasında yüksək arterial təzyiqdən (qan təzyiqi) şübhələnmək olar. -ın xəbərinə görə, bu barədə həkim Xose Manuel Felises "Men's Health" nəşrinə müsahibəsində danışıb. Xose Manuel Felises ilk simptom olaraq pulsasiya xarakterli başağrısını göstərib. Yüksək arterial təzyiqi
06.09.2026 291 "Yuxu beyin sağlamlığına edilən ən yaxşı investisiyadır" - Həkimdən maraqlı açıqlama
Yaddaş, diqqət və yeni şeylər öyrənmək qabiliyyəti birbaşa yuxunun keyfiyyətindən asılıdır. xəbər verir ki, bunu rusiyalı somnoloq və terapevt Karina Aqibalova -ya müsahibəsində deyib. O, keyfiyyətli gecə yuxusunun beyin sağlamlığı üçün niyə vacib olduğunu izah edib. Həkim bildirib ki, yuxunun əsas funksiyalarında
30.08.2026 276 "Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qeyd olunur ki, öskürəyin müddəti ilə yanaşı, nə vaxt yarandığı, necə keçdiyi və hans
20.09.2026 242 Portağal şirəsinin psixi sağlamlıq üçün gözlənilməz faydası tapıldı
Portağal şirəsi dietologiyada mübahisəli mövzulardan biridir. Bəziləri onun tərkibində çoxlu şəkər olduğunu və buna görə "faydalı" hesab edilə bilməyəcəyini düşünür. Digərləri isə onun balanslaşdırılmış qidalanmanın bir hissəsi ola biləcək vacib vitamin və qida maddələri ehtiva etdiyini vurğulayır
15.09.2026 297 50 yaşdan sonra qadınlar bu vərdişdən qurtulmalıdır - Kardioloqlardan xəbərdarlıq
Kardioloqlar 50 yaşdan sonra qadınların ürək sağlamlığına mənfi təsir göstərə biləcək günortadan sonrakı bir vərdişə diqqət çəkinməlidirlər. Söhbət yeməkdən sonra uzun müddət oturmaqdan gedir. Mütəxəssislər bunu qısa gəzinti ilə əvəz etməyi tövsiyə edirlər. Qaynarinfo xəbər verir ki, "Parade"
31.08.2026 369 Bədəndəki bu 10 əlamət ürək-damar xəstəliklərindən xəbər verə bilər
Bədəndə çox vaxt diqqətdən kənarda qalan bəzi əlamətlər yüksək xolesterin, damarların sərtləşməsi və hətta ürək çatışmazlığına işarə edə bilər. -ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, bədəndə ortaya çıxan bəzi fiziki dəyişikliklər ürək-damar xəstəlikləri ilə bağlı ilkin siqnallar verə bilər
06.09.2026 469