Yüksək səslə qulaqlıq istifadəsi: Eşitmə itkisinə səbəb ola bilər

Yüksək səslə qulaqlıq istifadəsi: Eşitmə itkisinə səbəb ola bilərGündəlik həyatın ayrılmaz vərdişlərindən birinə çevrilən qulaqlıq istifadəsi fərq edilmədən eşitmə sağlamlığını təhdid edə bilər. Mütəxəssislərə görə xüsusilə yüksək səslə qulaqlıqdan istifadə və səs-küylü mühitlərdə uzun müddət qalmaq zamanla eşitmə itkisinə zəmin yaradır.

Qaynarifno xəbər verir ki, Türkiyə Bilecik Təhsil və Araşdırma Xəstəxanasının qulaq-burun-boğaz xəstəlikləri üzrə mütəxəssisi, dosent Dr. Halil İbrahim Altıner eşitmənin həyat keyfiyyətinə birbaşa təsir edən əsas hisslərdən biri olduğunu vurğulayaraq mühüm xəbərdarlıqlar edib.

Eşitmə yalnız səsləri duymaqla məhdud deyil. İnsanların ünsiyyət qurmasına, ətrafdakı təhlükələri hiss etməsinə, sosial həyatda aktiv qalmasına və gündəlik həyatını sağlam şəkildə davam etdirməsinə imkan verən əsas duyulardan biridir. Bu səbəbdən eşitmə itkisi insanın həyat keyfiyyətini düşündüyündən daha çox təsir edə bilir. Halil İbrahim Altıner eşitmə itkisinin bütün yaş qruplarında görülə biləcəyini bildirərək, yaşlanma, qulaq infeksiyaları, bəzi dərmanlar və uzunmüddətli səs-küyə məruz qalmanın ən yayılmış səbəblər arasında olduğunu qeyd edib.

Son illərdə xüsusilə qulaqlıqla uzun müddət musiqi dinləmək vərdişi eşitmə sağlamlığı üçün ciddi riskə çevrilib. Altıner yüksək səslə qulaqlıq istifadəsinin qulaqda zamanla qalıcı zədələr yarada biləcəyini bildirib. Təkcə qulaqlıq deyil, iş yerləri, küçə, məktəb və ya sıx əyləncə məkanları kimi səs-küylü mühitlərdə uzun müddət qalmaq da eşitmə sağlamlığına mənfi təsir göstərir. Buna görə səs səviyyəsinə diqqət etmək və qulaqları davamlı yüksək səsə məruz qoymamaq vacibdir.

Eşitmə itkisi çox vaxt yavaş inkişaf etdiyi üçün ilkin mərhələdə fərq edilməyə bilər. Lakin bəzi əlamətlər erkən xəbərdarlıq siqnalı verir. Televizorun səsini normadan çox artırmaq ehtiyacı, söhbətlərin tez-tez təkrarlanmasını istəmək, xüsusilə səs-küylü mühitlərdə deyilənləri anlamaqda çətinlik çəkmək erkən əlamətlər arasında yer alır. Altıner bu cür şikayətləri olan şəxslərin vaxt itirmədən qulaq-burun-boğaz mütəxəssisinə müraciət etməli və müvafiq eşitmə testlərindən keçməli olduğunu deyib.

Erkən diaqnoz müalicənin uğuruna birbaşa təsir edir. Mütəxəssislərə görə düzgün məlumatlandırma, əlamətlərin vaxtında aşkarlanması və erkən müdaxilə insanların həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilir.

Eşitmə və qulaq sağlamlığını qorumağın əsas yolu yüksək səsdən və davamlı səs-küydən mümkün qədər uzaq durmaqdır. Qulaqlıq istifadə edərkən səs səviyyəsinə nəzarət etmək vacibdir. Eyni zamanda qulaq gigiyenasına diqqət edilməli, lakin qulağın içinə bilinmədən müdaxilə olunmamalıdır.

Eşitmə itkisi olan şəxslər üçün müxtəlif müalicə üsulları mövcuddur. Bəzi hallarda dərman müalicəsi, bəzi hallarda cərrahi müdaxilə və ya eşitmə cihazları tətbiq olunur. İrəli dərəcəli eşitmə itkisi olan şəxslərdə isə xalq arasında "bionik qulaq" kimi tanınan koklear implantlar ümidverici nəticələr verir və hətta heç eşitməyən insanların belə yenidən səslə tanış olmasına imkan yarada bilir.

Eşitmə itkisi çox vaxt yavaş irəlilədiyi üçün gec fərq edilir. Buna görə erkən əlamətləri ciddiyə almaq, mütəmadi yoxlanışlardan keçmək və qulaqları yüksək səsdən qorumaq böyük əhəmiyyət daşıyır.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 986   Tarix: 02 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hepatit B və C tam müalicə olunur? - Mütəxəssis danışdı

Virus hepatitləri qaraciyərin iltihabına səbəb olan və geniş yayılmış infeksion xəstəliklər sırasındadır. Xəstəliyin bəzi növləri kəskin formada keçsə də, hepatit B və C uzun müddət heç bir əlamət vermədən inkişaf edərək xroniki xarakter ala, qaraciyərin ciddi zədələnməsinə səbəb ola bilər. Bununla yanaşı

01.11.2026 777
.

Səhər yeməyi üçün ən pis vaxt - Diyetoloqların cavabı

Səhər yeməyini günortadan sonraya saxlamaq sağlamlıq üçün arzuolunmaz nəticələrə səbəb ola bilər. Diyetoloqların fikrincə, günün ilk qida qəbulu üçün ən uyğun vaxt oyandıqdan sonrakı 1-2 saatdır. Qaynarinfo xəbər verir ki, bu barədə "EatingWell" nəşri diyetoloqların tövsiyələrinə istinadə

10.11.2026 467
.

Qışda dəriyə qulluq zamanı edilən əsas səhvlər

İstilik mövsümündə mənzillərdə havanın quruması dərinin daha sürətlə nəm itirməsinə səbəb olur. Bu dövrdə isti su ilə yuyunmaq, skrablardan həddindən artıq istifadə etmək və dərini tez-tez təmizləmək isə qoruyucu baryeri zəiflədərək quruluğu daha da artıra bilər. Qaynarinfo xəbər verir ki, bu barəd

28.10.2026 1036
.

İnfarkt və insult riskinin ən yüksək olduğu saatlar

Günün müəyyən saatlarında infarkt və insult keçirmə ehtimalı daha yüksək olur. Xüsusilə səhər saat 06:00-dan 09:00-dək ürək-damar ağırlaşmaları riski kəskin artır. Qaynarinfo xəbər verir ki, bu barədə Harvard Tibb Məktəbinin həkim-qastroenteroloqu Trişa Paşriça "The Washington Post" nəşrin

12.11.2026 501
.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. BİG.AZ -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişafı anemiyaya səbəb ola bilər. O qeyd edib ki, bağırsaq xərçəngi, xüsusil

31.10.2026 838
.

COVID-dən sonra dadbilmənin niyə bərpa olunmadığı AÇIQLANDI

Bəzi insanlarda COVID-19 infeksiyasından bir ildən çox vaxt keçməsinə baxmayaraq, dadbilmə qabiliyyətinin niyə tam bərpa olunmadığına dair yeni məlumatlar əldə edilib. xarici mediaya istinadən xəbər verir ki, alimlər uzunmüddətli dadbilmə pozğunluğu yaşayan şəxslərin dad reseptorlarını araşdırıblar

24.10.2026 752
.

Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!

Bir çox insan toyuq ətini bişirməzdən əvvəl kranın altında yumağa üstünlük verir. Lakin mütəxəssislər bu vərdişin sağlamlıq üçün təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edirlər. Belə ki, çiy toyuğun yuyulması zamanı su sıçrantıları vasitəsilə bakteriyalar mətbəxin müxtəlif səthlərinə, qab-qacağa v

02.11.2026 1046
.

Hepatitlə bağlı diqqətçəkən statistika: Ötən illə müqayisədə azalma var

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda viruslu hepatit diaqnozu ilə 62 nəfər qeydiyyata alınıb. 2025-ci ilin eyni dövründə bu göstərici 109 nəfər olub. Bu barədə Trend-in sorğusuna cavab olaraq, Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd edilib ki, hesabat dövründə hepatit A diaqnoz

24.10.2026 820
.

Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?

Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır. Buna görə çayı şəkərsiz içmə

18.10.2026 956
.