Hər gün nə qədər su içmək lazımdır? - Alimlər real normanı açıqladı

Hər gün nə qədər su içmək lazımdır? - Alimlər real normanı açıqladıTez-tez eşidirik ki, gün ərzində ən azı 8 stəkan su içmək lazımdır. Lakin yeni araşdırmalar göstərir ki, bir çox insan üçün bu miqdar artıq ola bilər.

Qaynarinfo "Kiskegyed" nəşrinə istinadən xəbər verir ki, Şotlandiyanın Aberdin Universitetinin tədqiqatçılarına görə, insanların suya olan ehtiyacı fərqlidir.

"Science" jurnalında dərc olunan araşdırmada 23 ölkədən 5600-dən çox insanın məlumatları təhlil edilib. Nəticələr göstərib ki, orqanizmin suya olan ehtiyacının böyük hissəsi meyvə, tərəvəz və şorbalar kimi qidalar hesabına ödənilir. Buna görə də gündəlik su qəbulu 1,5-1,8 litr arasında dəyişə bilər.

Alimlər bildirirlər ki, fərdi xüsusiyyətlər, həyat tərzi və ətraf mühit amilləri insan üçün ideal su miqdarına ciddi təsir göstərir.

Niyə hər kəsin suya ehtiyacı eyni deyil?

Araşdırma göstərib ki, orqanizmdə su mübadiləsinin sürəti yaşdan, fiziki aktivlikdən və ətraf mühitdən asılıdır. Məsələn, 20-35 yaş arası kişilərdə su dövranı ən yüksək səviyyədə olur və yaş artdıqca bu göstərici xeyli azalır.

Mütəxəssislər qeyd edir ki, isti və rütubətli iqlimdə yaşayanlar, yüksək dağlıq ərazilərdə olanlar və ya aktiv idmançılar daha çox mayeyə ehtiyac duyurlar. Əksinə, yaşlı insanlar və az hərəkətli həyat tərzi keçirənlər daha az su ilə kifayətlənə bilərlər.

Həmçinin vurğulanır ki, həddindən artıq su qəbulu təkcə sağlamlıq üçün deyil, ətraf mühit üçün də zərərli ola bilər. Məsələn, Böyük Britaniyada böyüklər gündə ehtiyacdan yarım litr artıq su içsəydilər, bu, hər gün 20 milyon litr içməli suyun itirilməsi demək olardı. Bu isə içməli suyun getdikcə daha qiymətli resursa çevrildiyi dünyada xüsusi əhəmiyyət daşıyır.

Məqalədə yekun olaraq qeyd edilir ki, ən vacibi bədənin siqnallarına qulaq asmaqdır: susadığınız zaman su için, lakin ehtiyac yoxdursa, özünüzü gündə iki litr su içməyə məcbur etməyin. Sağlam hidratasiya üçün əsas prinsip balansdır, ümumi tövsiyələrə kor-koranə əməl etmək deyil.

Daha əvvəl bildirildiyi kimi, qidalanma üzrə mütəxəssis Makkenzi Bler yemək zamanı su içməyin həzmə kömək etdiyini qeyd edib. Onun sözlərinə görə, həzm sistemi bir çaya bənzəyir və kifayət qədər su olmadıqda proses düzgün getmir. Həkim Arşprit Saraan isə vurğulayıb ki, yemək zamanı su içmək həzm fermentlərini seyrəltmir və prosesi ləngitmir, əksinə, qidanın yumşalmasına və həzm traktı boyunca hərəkətinə kömək edir.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1130   Tarix: 01 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hepatit B və C tam müalicə olunur? - Mütəxəssis danışdı

Virus hepatitləri qaraciyərin iltihabına səbəb olan və geniş yayılmış infeksion xəstəliklər sırasındadır. Xəstəliyin bəzi növləri kəskin formada keçsə də, hepatit B və C uzun müddət heç bir əlamət vermədən inkişaf edərək xroniki xarakter ala, qaraciyərin ciddi zədələnməsinə səbəb ola bilər. Bununla yanaşı

01.11.2026 777
.

Səhər yeməyi üçün ən pis vaxt - Diyetoloqların cavabı

Səhər yeməyini günortadan sonraya saxlamaq sağlamlıq üçün arzuolunmaz nəticələrə səbəb ola bilər. Diyetoloqların fikrincə, günün ilk qida qəbulu üçün ən uyğun vaxt oyandıqdan sonrakı 1-2 saatdır. Qaynarinfo xəbər verir ki, bu barədə "EatingWell" nəşri diyetoloqların tövsiyələrinə istinadə

10.11.2026 467
.

Qışda dəriyə qulluq zamanı edilən əsas səhvlər

İstilik mövsümündə mənzillərdə havanın quruması dərinin daha sürətlə nəm itirməsinə səbəb olur. Bu dövrdə isti su ilə yuyunmaq, skrablardan həddindən artıq istifadə etmək və dərini tez-tez təmizləmək isə qoruyucu baryeri zəiflədərək quruluğu daha da artıra bilər. Qaynarinfo xəbər verir ki, bu barəd

28.10.2026 1036
.

İnfarkt və insult riskinin ən yüksək olduğu saatlar

Günün müəyyən saatlarında infarkt və insult keçirmə ehtimalı daha yüksək olur. Xüsusilə səhər saat 06:00-dan 09:00-dək ürək-damar ağırlaşmaları riski kəskin artır. Qaynarinfo xəbər verir ki, bu barədə Harvard Tibb Məktəbinin həkim-qastroenteroloqu Trişa Paşriça "The Washington Post" nəşrin

12.11.2026 501
.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. BİG.AZ -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişafı anemiyaya səbəb ola bilər. O qeyd edib ki, bağırsaq xərçəngi, xüsusil

31.10.2026 838
.

COVID-dən sonra dadbilmənin niyə bərpa olunmadığı AÇIQLANDI

Bəzi insanlarda COVID-19 infeksiyasından bir ildən çox vaxt keçməsinə baxmayaraq, dadbilmə qabiliyyətinin niyə tam bərpa olunmadığına dair yeni məlumatlar əldə edilib. xarici mediaya istinadən xəbər verir ki, alimlər uzunmüddətli dadbilmə pozğunluğu yaşayan şəxslərin dad reseptorlarını araşdırıblar

24.10.2026 752
.

Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!

Bir çox insan toyuq ətini bişirməzdən əvvəl kranın altında yumağa üstünlük verir. Lakin mütəxəssislər bu vərdişin sağlamlıq üçün təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edirlər. Belə ki, çiy toyuğun yuyulması zamanı su sıçrantıları vasitəsilə bakteriyalar mətbəxin müxtəlif səthlərinə, qab-qacağa v

02.11.2026 1046
.

Hepatitlə bağlı diqqətçəkən statistika: Ötən illə müqayisədə azalma var

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda viruslu hepatit diaqnozu ilə 62 nəfər qeydiyyata alınıb. 2025-ci ilin eyni dövründə bu göstərici 109 nəfər olub. Bu barədə Trend-in sorğusuna cavab olaraq, Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd edilib ki, hesabat dövründə hepatit A diaqnoz

24.10.2026 820
.

Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?

Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır. Buna görə çayı şəkərsiz içmə

18.10.2026 956
.