Tromb ola biləcəyini göstərən əsas narahatedici ƏLAMƏTLƏR

Tromb ola biləcəyini göstərən əsas narahatedici ƏLAMƏTLƏRTrombozun simptomları qəfil ortaya çıxa və ya zəif şəkildə hiss oluna bilər. Tromboz qan damarında trombun (qan laxtasının) əmələ gəlməsidir.

Tromb sıx bir laxtadır və o, qan damarını qismən yaxud tam şəkildə tıxaya bilər, nəticədə qanın normal axını pozulur. Tromb aşağıdakı hissələrdən ibarət ola bilər: eritrositlər, leykositlər, trombositlər, fibrin və plazma. Qanın damarlarda, xüsusilə venalarda axını daha yavaş olduğu üçün tromblar daha çox məhz orada yaranır.

Dünyada hər 4 nəfərdən biri trombozla əlaqəli vəziyyətlər səbəbindən həyatını itirir. Dərin vena trombozu və ağciyər arteriyasının tromboemboliyası təhlükəli və potensial ölümcül tibbi hallardır.

Narahatedici simptomlar

Əl və ya ayaqlarda şişkinlik

Dərin vena trombozu zamanı qol və ya ayaq şişə bilər, rəngi dəyişə və toxunduqda isti hiss oluna bilər. Qanın durğunluğu səbəbindən dəridə bənövşəyi çalar da yarana bilər.

Bu xüsusiyyətlərə diqqət edin:

Şişkinlik qəfil yaranır və ya əvvəlkindən daha güclü olur
Gün ərzində davam edir
Ətrafı qaldırdıqda azalmaz
Ağrı

Səbəbi bilinməyən qəfil ağrı (məsələn, ayaqda sancı və ya qıc olmasına bənzər hiss) tromboz əlaməti ola bilər. Amma ağrı yalnız bir neçə saniyə davam edirsə və təkrarlanmırsa, bu, çox güman ki, tromb deyil.

Varikoz damarlarda dəyişikliklər

Əgər sizdə varikoz varsa, dərin vena trombozunun əlamətləri bunlar ola bilər:

Uzandıqda və ya ayağı qaldırdıqda çəkilməyən, qabarmış damar
Birdən-birə sərtləşmiş damar
Damar ətrafında dərinin qızarması və ağrılı olması
Nəfəs darlığı

Tromb zamanı nəfəs darlığı saatlarla və ya günlərlə davam edə bilər.

Əgər nəfəs almaqda çətinlik yalnız bir neçə saniyə çəkib tez keçirsə, bu, böyük ehtimalla tromb deyil.

Sinə ağrısı

Sinə ağrısı təkcə ürək problemlərini deyil, həm də ağciyər arteriyasının tromboemboliyasını göstərə bilər. Bu ağrı davamlı ola bilər və ya dərin nəfəs alarkən yaranar.

Qanlı öskürək

Ağciyər tromboemboliyasının digər əlaməti qanlı öskürəkdir. Bu zaman bəlğəmdə nəzərə çarpacaq dərəcədə qan olur.

Ürək döyüntüsünün sürətlənməsi

Ağciyər tromboemboliyası zamanı ürək vəziyyəti kompensasiya etmək üçün daha sürətli və güclü işləməyə başlayır. Ürək döyüntüsü, titrəmə və ya ritm pozuntusu hissi ürəyin qanı ağciyərlərdən keçirmək üçün daha çox işlədiyini göstərə bilər.

Aşağı qan təzyiqi

Əgər ürək uzun müddət sürətli döyünərsə, arterial təzyiq düşə bilər və orqanizmin oksigenlə təmin olunması pisləşə bilər. (Lent.az)


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1213   Tarix: 28 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hepatit B və C tam müalicə olunur? - Mütəxəssis danışdı

Virus hepatitləri qaraciyərin iltihabına səbəb olan və geniş yayılmış infeksion xəstəliklər sırasındadır. Xəstəliyin bəzi növləri kəskin formada keçsə də, hepatit B və C uzun müddət heç bir əlamət vermədən inkişaf edərək xroniki xarakter ala, qaraciyərin ciddi zədələnməsinə səbəb ola bilər. Bununla yanaşı

01.11.2026 777
.

Səhər yeməyi üçün ən pis vaxt - Diyetoloqların cavabı

Səhər yeməyini günortadan sonraya saxlamaq sağlamlıq üçün arzuolunmaz nəticələrə səbəb ola bilər. Diyetoloqların fikrincə, günün ilk qida qəbulu üçün ən uyğun vaxt oyandıqdan sonrakı 1-2 saatdır. Qaynarinfo xəbər verir ki, bu barədə "EatingWell" nəşri diyetoloqların tövsiyələrinə istinadə

10.11.2026 467
.

Qışda dəriyə qulluq zamanı edilən əsas səhvlər

İstilik mövsümündə mənzillərdə havanın quruması dərinin daha sürətlə nəm itirməsinə səbəb olur. Bu dövrdə isti su ilə yuyunmaq, skrablardan həddindən artıq istifadə etmək və dərini tez-tez təmizləmək isə qoruyucu baryeri zəiflədərək quruluğu daha da artıra bilər. Qaynarinfo xəbər verir ki, bu barəd

28.10.2026 1036
.

İnfarkt və insult riskinin ən yüksək olduğu saatlar

Günün müəyyən saatlarında infarkt və insult keçirmə ehtimalı daha yüksək olur. Xüsusilə səhər saat 06:00-dan 09:00-dək ürək-damar ağırlaşmaları riski kəskin artır. Qaynarinfo xəbər verir ki, bu barədə Harvard Tibb Məktəbinin həkim-qastroenteroloqu Trişa Paşriça "The Washington Post" nəşrin

12.11.2026 501
.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. BİG.AZ -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişafı anemiyaya səbəb ola bilər. O qeyd edib ki, bağırsaq xərçəngi, xüsusil

31.10.2026 838
.

COVID-dən sonra dadbilmənin niyə bərpa olunmadığı AÇIQLANDI

Bəzi insanlarda COVID-19 infeksiyasından bir ildən çox vaxt keçməsinə baxmayaraq, dadbilmə qabiliyyətinin niyə tam bərpa olunmadığına dair yeni məlumatlar əldə edilib. xarici mediaya istinadən xəbər verir ki, alimlər uzunmüddətli dadbilmə pozğunluğu yaşayan şəxslərin dad reseptorlarını araşdırıblar

24.10.2026 752
.

Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!

Bir çox insan toyuq ətini bişirməzdən əvvəl kranın altında yumağa üstünlük verir. Lakin mütəxəssislər bu vərdişin sağlamlıq üçün təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edirlər. Belə ki, çiy toyuğun yuyulması zamanı su sıçrantıları vasitəsilə bakteriyalar mətbəxin müxtəlif səthlərinə, qab-qacağa v

02.11.2026 1046
.

Hepatitlə bağlı diqqətçəkən statistika: Ötən illə müqayisədə azalma var

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda viruslu hepatit diaqnozu ilə 62 nəfər qeydiyyata alınıb. 2025-ci ilin eyni dövründə bu göstərici 109 nəfər olub. Bu barədə Trend-in sorğusuna cavab olaraq, Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd edilib ki, hesabat dövründə hepatit A diaqnoz

24.10.2026 820
.

Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?

Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır. Buna görə çayı şəkərsiz içmə

18.10.2026 956
.