1.5 milyonluq uduş "buxarlandı" - Almaniyada inanılmaz hadisə

1.5 milyonluq uduş "buxarlandı" - Almaniyada inanılmaz hadisəBavariyada bir kişi lotereyada qazandığı 1.5 milyon avroluq uduşdan yanacaqdoldurma məntəqəsinin əməkdaşının hərəkətinə görə məhrum olub.

Oxu.Az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Hadisə 2024-cü ilin aprelində Qrasbrunn qəsəbəsində baş verib. Yerli sakin "Spiel 77" lotereyasına aid biletini yoxlatmaq üçün yanacaqdoldurma məntəqəsinə təqdim edib. Kassir Patrik D. biletdə 1 477 777 avro məbləğində böyük uduş olduğunu görsə də, müştəriyə heç nə qazanmadığını bildirib. Bundan sonra kişi bileti kassanın üzərində qoyaraq məntəqəni tərk edib. İşçi isə bileti götürərək iyul ayında mükafatı almaq üçün lotereya qərargahına müraciət edib.

Lakin "qalib"lə aparılan müsahibə zamanı şübhələr yaranıb. Mütəxəssislər müəyyən ediblər ki, həmin şəxs bileti təqdim edilən satış nöqtəsində işləyib. Qaydalara görə isə əməkdaşların öz iş yerlərində lotereya bileti almasına icazə verilmir. Bu səbəbdən lotereya təşkilatı ödənişdən imtina edib və hadisə barədə polisə məlumat verilib.

Araşdırma nəticəsində biletin əslində başqa şəxsə məxsus olduğu təsdiqlənib. Lakin biletin əsl sahibi hələ müəyyən edilməyib və çek olmadığı halda həmin şəxs uduşu tələb edə bilməyəcək.

Məhkəmə prosesi 2026-cı ilin martında Münhen Dairə Məhkəməsində keçirilib. Patrik D. məhkəmə qarşısında təqsirini etiraf edib və dələduzluq maddəsi ilə 15 ay şərti cəzaya məhkum olunub.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 543   Tarix: 21 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ehtiyat hissələri alarkən ən çox edilən 5 səhv

Avtomobil ehtiyat hissələri alarkən diqqətli olmaq vacibdir, çünki səhv seçimlər həm maliyyə zərərlərinə, həm də avtomobilin performansına mənfi təsir göstərə bilər. Ehtiyat hissəsi alarkən, düzgün qərarlar vermək avtomobilinizin performansını və təhlükəsizliyini təmin etmək üçün vacibdir. Ehtiyat hissəs

15.06.2026 1337
.

ChatGPT istifadəçiləri üçün vacib XƏBƏRDARLIQ

Tədqiqatçılar gündəlik həyatda ChatGPT-dən müntəzəm istifadənin yarada biləcəyi mümkün risklə bağlı xəbərdarlıq ediblər. xarici mediaya istinadən xəbər verir ki, Massaçusets Texnologiya İnstitutu (MIT) alimlərinin apardıqları araşdırma göstərib ki, ChatGPT və digər süni intellekt əsaslı çat-botlar istifadəçilər

21.06.2026 218
.

Nirezo Official Azərbaycanın tanınmış endirim bloqu

Azərbaycanda sosial media üzərindən endirimlər, kampaniyalar və sərfəli alış-veriş imkanlarını izləyicilərə çatdıran Nirezo Official ölkənin ən tanınmış endirim platformalarından biri kimi fəaliyyət göstərir. Müxtəlif sosial şəbəkələrdə geniş auditoriyaya sahib olan platforma hər gün minlərlə istifadəçin

17.06.2026 317
.

Çörək qabına bunu qoyun - daha gec xarab olacaq

Təzə çörək bir çox insan üçün gündəlik qidalanmanın vacib hissəsidir. Xırtıldayan qabığı, yumşaq içliyi və özünəməxsus ətri səhər yeməyini daha ləzzətli edir. Lakin problem ondadır ki, çörək alındıqdan bir neçə gün sonra bərkiyir, elastikliyini itirir və dadı dəyişə bilir. xəbər verir ki, bir çox insa

14.06.2026 272
.

Braziliyada 12 yaşlı qızın ağlagəlməz əməli: Yeniyetməni uydurduğu yalana görə saxladılar

Braziliyada valideynlər 12 yaşlı qızlarının qaçırılması barədə xəbər versələr də, sonradan bunun ailədən pul qoparmaq məqsədilə qurulmuş bir səhnələşdirmə olduğu üzə çıxıb. xəbər verir ki, bu barədə "Odditycentral" nəşri məlumat yayıb. Qeyd olunur ki, məktəbli qız valideynlərindən daha ço

21.06.2026 230
.

Fotoşəkillərdə niyə "çirkin" çıxdığınızın elmi səbəbi BƏLLİ OLDU

Məlum olub ki, beynimiz saxta gülüşləri dərhal tanıyır və qəbul etmir. İnsanları saniyələr içində valeh edən əsl "Duchenne" effekti və göz kənarındakı o kiçik qırışların arxasındakı təkamül sirri nədədir?. xəbər verir ki, sosial psixologiyanın sübut olunmuş bir faktı var: Olduğu yerdə həqiqətə

21.06.2026 493
.

Ətçəkənin bıçaqlarını necə itiləmək olar? - Sadə üsul

Zaman keçdikcə hətta keyfiyyətli ətçəkənlər də əvvəlki kimi işləmir. Əti doğramaq əvəzinə əzir, mexanizm tez-tez tutulur, işləmə zamanı əlavə səs yaranır və əti çəkmək üçün daha çox güc tələb olunur. Bunun ən geniş yayılmış səbəbi bıçağın və tor hissəsinin kütləşməsidir. bu üsulları təqdim edir:. Xoşbəxtlikdən

14.06.2026 435
.

Pikassonun oğurlanmış tablosu tapıldı

Fransanın Val-de-Marn departamentinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları qadağan olunmuş maddələrin qanunsuz dövriyyəsi ilə bağlı aparılan istintaq çərçivəsində keçirilən axtarış zamanı ispan rəssam Pablo Pikassoya məxsus oğurlanmış tablo aşkar ediblər. xəbər verir ki, bu barədə "Actu17"

21.06.2026 403
.

Pişiyinizin etibarını qazanmağın sadə yolu açıqlandı

Alimlər müəyyən ediblər ki, pişiklə ünsiyyət qurmağın ən sadə yollarından biri yavaş-yavaş göz qırpmaqdır. xəbər verir ki, bu barədə "ScienceAlert" nəşri yazıb. Nəşrin məlumatına görə, aparılan araşdırmalar göstərib ki, pişiklər gözlərini qıyaraq və yavaş-yavaş göz qırpan insanlarla daha asa

21.06.2026 305
.

TOP MP3