100 yaşlı Hollivud aktyoru uzunömürlülüyün səbəbini açıqladı: Elm də bunu təsdiqləyir

100 yaşlı Hollivud aktyoru uzunömürlülüyün səbəbini açıqladı: Elm də bunu təsdiqləyirÖtən ilin dekabrında 100 yaşını tamamlayan məşhur amerikalı aktyor Dik Van Dayk uzunömürlülüyünün əsas səbəbi kimi müsbət düşüncəni və heç vaxt qəzəblənməməsini göstərib.

Qaynarinfo xəbər verir ki, Van Dayk ən çox 1964-cü ildə çəkilmiş "Meri Poppins" klassik musiqil filmindəki sevimli baca təmizləyən Bert obrazı ilə tanınır. Sonrakı illərdə isə o, "Muzeydə gecə" (2006) filmində Sesil Frederik roluna və "Klinika" (2003) serialında doktor Taunsend obrazına görə də geniş tanınıb.

Aktyor bildirib ki, qəzəb və nifrət insanı daxildən məhv edən hisslərdir və o, həyatında bu hissləri heç vaxt dərin şəkildə yaşaya bilməyib.

"Qəzəb və nifrətin insanı daxildən məhv etdiyini düşünürdüm. Mən heç vaxt həqiqətən nifrət hissi formalaşdıra bilmədim. Bəzi şeyləri sevmirdim, bəzi insanları qəbul etmirdim, amma heç vaxt ağlayacaq qədər nifrət etməmişəm", deyə o, "People" jurnalına müsahibəsində bildirib.

Aktyor əlavə edib ki, atası Loren Van Dayk həyatı boyu tez-tez narazılıq hissi keçirib və 73 yaşında vəfat edib.

Elmi nəşr "Science Alert" bildirir ki, aktyorun dediklərində müəyyən həqiqət var. Çoxsaylı araşdırmalar göstərir ki, aşağı stress səviyyəsi və müsbət, optimist dünyagörüşü uzunömürlülüklə əlaqəlidir.

Məsələn, 1930-cu illərdə başlanmış bir tədqiqatda 678 rahibədən ibarət qrupun gənclikdə yazdığı avtobioqrafiyalar analiz edilib. 1990-cı illərdə aparılan müqayisə göstərib ki, müsbət emosiyalar ifadə edən rahibələr, mənfi hissləri daha çox yazanlara nisbətən orta hesabla 10 il daha uzun yaşayıb.

Digər bir Britaniya araşdırması da göstərib ki, optimist insanlar pessimistlərə nisbətən 11-15% daha uzun ömür sürür.

Təxminən 160 min qadının iştirak etdiyi genişmiqyaslı tədqiqat isə optimist insanların 90 yaşa qədər yaşama ehtimalının daha yüksək olduğunu ortaya qoyub.

Bu nəticələrin mümkün izahlarından biri qəzəbin ürək-damar sisteminə təsiridir. Qəzəb zamanı orqanizmdə adrenalin və kortizol kimi stress hormonları artır. Hətta qısa müddətli qəzəb partlayışları belə ürək sağlamlığına mənfi təsir göstərə bilər.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1147   Tarix: 20 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hepatit B və C tam müalicə olunur? - Mütəxəssis danışdı

Virus hepatitləri qaraciyərin iltihabına səbəb olan və geniş yayılmış infeksion xəstəliklər sırasındadır. Xəstəliyin bəzi növləri kəskin formada keçsə də, hepatit B və C uzun müddət heç bir əlamət vermədən inkişaf edərək xroniki xarakter ala, qaraciyərin ciddi zədələnməsinə səbəb ola bilər. Bununla yanaşı

01.11.2026 777
.

Səhər yeməyi üçün ən pis vaxt - Diyetoloqların cavabı

Səhər yeməyini günortadan sonraya saxlamaq sağlamlıq üçün arzuolunmaz nəticələrə səbəb ola bilər. Diyetoloqların fikrincə, günün ilk qida qəbulu üçün ən uyğun vaxt oyandıqdan sonrakı 1-2 saatdır. Qaynarinfo xəbər verir ki, bu barədə "EatingWell" nəşri diyetoloqların tövsiyələrinə istinadə

10.11.2026 467
.

Qışda dəriyə qulluq zamanı edilən əsas səhvlər

İstilik mövsümündə mənzillərdə havanın quruması dərinin daha sürətlə nəm itirməsinə səbəb olur. Bu dövrdə isti su ilə yuyunmaq, skrablardan həddindən artıq istifadə etmək və dərini tez-tez təmizləmək isə qoruyucu baryeri zəiflədərək quruluğu daha da artıra bilər. Qaynarinfo xəbər verir ki, bu barəd

28.10.2026 1036
.

İnfarkt və insult riskinin ən yüksək olduğu saatlar

Günün müəyyən saatlarında infarkt və insult keçirmə ehtimalı daha yüksək olur. Xüsusilə səhər saat 06:00-dan 09:00-dək ürək-damar ağırlaşmaları riski kəskin artır. Qaynarinfo xəbər verir ki, bu barədə Harvard Tibb Məktəbinin həkim-qastroenteroloqu Trişa Paşriça "The Washington Post" nəşrin

12.11.2026 501
.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. BİG.AZ -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişafı anemiyaya səbəb ola bilər. O qeyd edib ki, bağırsaq xərçəngi, xüsusil

31.10.2026 838
.

COVID-dən sonra dadbilmənin niyə bərpa olunmadığı AÇIQLANDI

Bəzi insanlarda COVID-19 infeksiyasından bir ildən çox vaxt keçməsinə baxmayaraq, dadbilmə qabiliyyətinin niyə tam bərpa olunmadığına dair yeni məlumatlar əldə edilib. xarici mediaya istinadən xəbər verir ki, alimlər uzunmüddətli dadbilmə pozğunluğu yaşayan şəxslərin dad reseptorlarını araşdırıblar

24.10.2026 752
.

Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!

Bir çox insan toyuq ətini bişirməzdən əvvəl kranın altında yumağa üstünlük verir. Lakin mütəxəssislər bu vərdişin sağlamlıq üçün təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edirlər. Belə ki, çiy toyuğun yuyulması zamanı su sıçrantıları vasitəsilə bakteriyalar mətbəxin müxtəlif səthlərinə, qab-qacağa v

02.11.2026 1046
.

Hepatitlə bağlı diqqətçəkən statistika: Ötən illə müqayisədə azalma var

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda viruslu hepatit diaqnozu ilə 62 nəfər qeydiyyata alınıb. 2025-ci ilin eyni dövründə bu göstərici 109 nəfər olub. Bu barədə Trend-in sorğusuna cavab olaraq, Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd edilib ki, hesabat dövründə hepatit A diaqnoz

24.10.2026 820
.

Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?

Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır. Buna görə çayı şəkərsiz içmə

18.10.2026 956
.