Ramazandan sonra qidalanmada 5 vacib qayda
Bir aylıq Ramazan dövründən sonra orqanizm qarışıq qida rejiminə yox, normal ritm və balanslı rejimə daha yaxşı cavab verir. Səhərdən axşama qədər ac qalmağa öyrəşmiş həzm sistemi üçün ən məntiqli yanaşma ilk gündən etibarən 3 böyük deyil, 3 əsas və 1-2 kiçik ara qəbul formasında qidalanmaqdır.
Qaynarinfo xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov açıqlayıb.
Onun sözlərinə görə, səhər yeməyi mütləq bərpa edilməli, günün ilk yarısında zülal və lif üstünlük təşkil etməlidir (yumurta, qatıq, pendir, yulaf, tam taxıl çörəyi, tərəvəz və meyvə uyğun seçimlərdir): "Bayram süfrəsində yağlı plov, qovurma, kabab, dolma və şirniyyatın eyni oturuşda çox miqdarda qəbulu mədə boşalmasını ləngidir və xüsusən reflüks, dispepsiya, öd daşı, pankreatitə meyli olan şəxslərdə narahatlıq yarada bilər. Buna görə, ilk növbədə az-az prinsipi "hamısından bir boşqab" prinsipindən xeyli təhlükəsizdir. Yeməyə şorba, salat, qatıq və ya yüngül zülal mənbəyi ilə başlamaq, sonradan şirniyyat və xəmir yeməklərinin miqdarını təbii olaraq azalda bilər.
Digər vacib məqam mayedir. Ramazandan sonra birdən-birə çox çay, qazlı içki və şirin şərbət içmək susuzluğu daha da artıra bilər. Gün ərzində su qəbulu mərhələli artırılmalı, çox şəkərli içkilər isə əsas maye mənbəyi kimi seçilməməlidir. Axşam saatlarında çox ağır yeməkdən sonra dərhal uzanmaq da reflüks və həzm pozğunluğunu artırır; yeməkdən sonra qısa gəzinti daha faydalıdır".
Mütəxəssis-ekspert bildirib ki, qastroezofageal reflüks xəstəliyi, xroniki qastrit, peptik xora, funksional dispepsiya, irritabl bağırsaq sindromu, öd kisəsi daşı, şəkərli diabet, piylənmə və qaraciyər yağlanması olan şəxslər üçün bayramda çox yemək çox vaxt simptomların alovlanması ilə nəticələnir: "Bu qrupda porsiyanın kiçik saxlanması, şirniyyatın əsas yeməyin üzərinə deyil, ayrıca və az miqdarda qəbulu, həmçinin gecə yeməyinin yüngülləşdirilməsi daha məqsədəuyğundur. Qıcqırma, döşarxası yanma, köp, sağ qabırğaaltı ağrı və ya ürəkbulanma yaranırsa, bu artıq "bayram norması" deyil".
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBoyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?
Ağ saçların yaranması, digər amillərlə yanaşı, saç rənginə cavabdeh piqment olan melaninin istehsalının tədricən azalması ilə bağlı təbii prosesdir. Bəzi insanlarda ilk ağ saçlar daha erkən, digərlərində isə daha gec görünür. Ayrı-ayrı ağ tellər uzun müddət ciddi problem yaratmaya bilər. Adətən ağ saçla
18.09.2026 378 Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir
"Hamiləlik hərəkətsizlik və daimi yataq rejimi demək deyil. Əgər cift gəlişi anomaliyaları, vaxtından əvvəl doğuş təhlükəsi və ya ağır preeklampsiya kimi tibbi əks-göstərişlər yoxdursa, müntəzəm fiziki aktivlik tövsiyə olunur". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram"
20.09.2026 327 Hicama haqqında nələri bilirik?
Son zamanlar çox eşitdiyimiz, "hicama", "hacamat" kimi tanınan küpə terapiya müalicə üsulu barədə nələri bilirik?. Apimed təbii üsullar mərkəzində yüksək ixtisaslı (Türkiyədə kurs keçmiş) xanım personal tərəfindən xanımlara və bəylərə Hicama (hacamat) proseduru tətbiq edilir. Prosedu
11.09.2026 2420 Yüksək təzyiqə qarşı ən effektiv pəhriz - Açıqlandı
Düzgün qidalanma hipertoniyanın (yüksək təzyiq) müalicəsində və qarşısının alınmasında həlledici rol oynayır. "Qafqazinfo" xəbər verir ki, bu barədə kardioloq Xose Abelyan açıqlamasında bildirib. Mütəxəssis hipertoniyadan əziyyət çəkənlər üçün ən effektiv qidalanma modelinin xüsusi olaraq b
04.09.2026 352 Dişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir
Dişlərin daha yaxşı təmizlənməsi üçün onları sərt şəkildə fırçalamağın düzgün olduğu düşünülür. Lakin həddindən artıq təzyiq diş və diş ətinə zərər verə bilər. xəbər verir ki, sərt fırçalama diş minasının aşınmasına, diş ətinin qıcıqlanmasına və zamanla diş köklərinin açılmasına səbəb ola bilər. Bu is
06.09.2026 308 Payızda oynaq ağrıları niyə artır? - Həkimdən vacib xəbərdarlıq
Havaların soyuması və temperaturun tez-tez dəyişməsi bəzi insanlarda oynaq ağrılarının daha qabarıq hiss olunmasına səbəb ola bilər. Xüsusilə artrit, artroz və digər dayaq-hərəkət sistemi problemləri olan şəxslər payız aylarında ağrı, sərtlik və hərəkət məhdudiyyətindən daha çox şikayət edə bilərlər
21.09.2026 299 Səhər və axşam yeməyinin vaxtı ömür uzunluğuna necə təsir edir?
İnsanın nə yediyi ilə yanaşı, qidanı hansı saatda qəbul etməsi də əhəmiyyətli ola bilər. Yeni araşdırma yemək vaxtının ömür uzunluğu ilə əlaqəli ola biləcəyini göstərib. Qaynarinfo xəbər verir ki, "European Journal of Clinical Nutrition" jurnalında dərc olunan araşdırmaya 40 yaşdan yuxarı 3
07.09.2026 389 Bir çox xəstəliyi müalicə edən MASAJ
Masaj xidməti bir çox xəstəlikləri sağaldır, masaj zamanı Təbii yağlardan istifadə olunur, sizin bədənizdə olan oynaq ağrıları, bel ağrıları, baş ağrılarını vaxtında götürür. Dünyada edilən masajların 90 %-i tibbi masajdır. Avropada və Şərqdə həkimlər masajı resept olaraq yazırlar. Masaj inteqtaiv bi
14.09.2026 268 Alimlər qocalmanı yavaşladan ideal yuxu müddətini açıqladı - 8 saat deyil
Daim eşidirik ki, hər gün səkkiz saat yatmaq lazımdır. Lakin yeni və genişmiqyaslı araşdırma bu rəqəmin bir qədər şişirdildiyini, səkkiz saatdan çox yatmağın isə əks təsir göstərə biləcəyini ortaya qoyub. Qaynarinfo xəbər verir ki, bu barədə "MoneyTalksNews" yazır. "Nature" jurnalınd
14.09.2026 422