Planetin ən ağıllı 8 primatı: İnsanlara meydan oxuyan növlər

Planetin ən ağıllı 8 primatı: İnsanlara meydan oxuyan növlərİnsanlar alətlər yaratmaq və mürəkkəb problemləri həll etmək bacarığı sayəsində özlərini təkamülün zirvəsi hesab etməyə öyrəşiblər. Lakin insanın ən yaxın qohumları olan primatlar da çox vaxt insan qabiliyyətlərinə yaxın intellekt nümayiş etdirirlər.

Qaynarinfo xəbər verir ki, bu barədə "BBC Wildlife" yazır.

1. Oranqutanlar - strateqlər və "hekayə danışanlar"

İntellekti ölçməyin bir çox üsulu var: alətlərdən istifadə, ünsiyyət, innovasiya, empatiya, yaddaş və tanıma qabiliyyəti. Oranqutanlar bu xüsusiyyətlərin demək olar ki, hamısında yüksək nəticə göstərirlər.

Onlar budaqlardan rahat yuvalar qurur, çubuqlardan isə həşəratları çıxarmaq və ya balıqları suyun üzərinə çıxarmaq üçün istifadə edirlər. Maraqlıdır ki, oranqutanlar bəzi bitkilərdən "dərman" kimi istifadə edir.

Onların ən diqqətəlayiq xüsusiyyətlərindən biri keçmiş hadisələr haqqında "məlumat ötürə bilmələri"dir. Məsələn, yırtıcı gördükdə dərhal qışqırmırlar. Təhlükə keçəndən sonra xüsusi "kiss-squeak" səsləri ilə baş verənləri digər meymunlara bildirirlər.

2. Şimpanzelər - alət ustaları

Şimpanzelər ixtiraçılıqları ilə tanınır. Onlar yarpaqlardan "stəkan", mamırdan "süngər" hazırlayır və otlardan qulaqlarını təmizləmək üçün istifadə edirlər.

Bəzi hallarda çubuqlardan silah kimi də istifadə edə bilirlər. Ünsiyyət üçün müxtəlif səslərdən, mimikalardan və əl jestlərindən yararlanırlar. Əsirlikdə şimpanzelərə sadə jest dili öyrətmək də mümkün olub. Təcrübələr göstərib ki, onlar bəzi insan sözlərini və ifadələrini anlaya bilirlər.

3. Bonobolar - sosial davranış ustaları

Bonobolar xüsusilə sosial intellektləri ilə seçilirlər. Onlar digər fərdlərin bədən dilini analiz edə və həmin fərdin köməyə ehtiyacı olub-olmadığını anlaya bilirlər.

Maraqlıdır ki, əgər bonobo görsə ki, digər meymun sadəcə tənbəllik edir, ona kömək etmir. Bu isə onların yüksək sosial şüura malik olduğunu göstərir.

4. Hörümçək meymunları - logistika ustaları

Bu primatlar qrup halında mürəkkəb təşkilatlanma nümayiş etdirirlər. Onlar qida axtarmaq üçün kiçik qruplara bölünür, sonra isə tapdıqları meyvə ağacları barədə məlumatı bir-biri ilə paylaşırlar.

Belə səviyyədə əməkdaşlıq uzun müddət yalnız insanlara xas xüsusiyyət hesab edilirdi.

5. Qorillalar - emosional nəhənglər

Qorillaların beyni insan beynindən təxminən iki dəfə yüngül olsa da, onlar kifayət qədər mürəkkəb davranışlar nümayiş etdirə bilirlər.

Məsələn, bəzi qorillalar bataqlıqdan keçərkən suyun dərinliyini ölçmək üçün çubuqlardan istifadə edir. Əsirlikdə olan bəzi fərdlər isə sadə jest dilini öyrənə biliblər.

Ümumilikdə onlar çox emosional canlılardır. Lakin yaşadıqları mühitdə qida adətən kifayət qədər olduğu üçün daha mürəkkəb problemləri həll etmək ehtiyacı ilə az qarşılaşırlar.

6. Kapusin meymunları - meşənin "kimyaçıları"

Kapusinlərin beyni bədən ölçülərinə nisbətdə böyükdür. Onlar daşlardan istifadə edərək qoz-fındıq və qabıqlı heyvanları sındırırlar.

Bundan əlavə, maraqlı "kimyəvi" davranışları da var: onlar çoxayaqlı həşəratları əzərək yaranan qarışığı tüklərinə sürtürlər. Bu qarışıq təbii həşəratqovan vasitə kimi işləyir.

Kapusinlər yaşadıqları ərazilərin "zehni xəritəsini" də yaradır və hətta gələcəyi planlaşdıra bilirlər. Məsələn, palma qozunu deşib şirəsini içir, sonra meyvəni günəşdə qurumağa qoyur və daha sonra qabıq kövrəkləşəndə geri qayıdaraq onu sındırırlar.

7. Gibbonlar - "oxuyan" intellektuallar

Gibbonlar Cənub-Şərqi Asiyanın tropik meşələrində yaşayan və güclü səs qabiliyyəti ilə seçilən primatlardır. Ölçüləri digər insanabənzər meymunlardan kiçik olsa da, çox sosial və fərqli xarakterə malikdirlər.

Təcrübələr göstərir ki, onlar tapmacaları həll edərək qida əldə edə bilir və digər fərdlərin baxış istiqamətini "oxuya" bilirlər. Bu xüsusiyyət onlara qida mənbəyini və ya təhlükəni müəyyənləşdirməyə kömək edir.

Onların ən maraqlı xüsusiyyətlərindən biri isə mahnı oxuma qabiliyyətidir. Gibbonlar hər səhər ailə duetləri ilə "oxuyur" və bu melodiyalar cütlüklər arasındakı əlaqəni gücləndirir.

8. Makakalar - tanıma ustaları

Makakalar ciddi sosial iyerarxiyaya malikdir və digər fərdlərin üzlərini tanımaq qabiliyyəti ilə seçilir.

Tədqiqatlar göstərir ki, onlar qohumlarının üzlərini fotolarda belə tanıya bilir, hətta şəkillər müxtəlif rakurslardan çəkilmiş və ya fərqli emosiyalar ifadə etsə belə. Onların yeni bacarıqları tez öyrənməsi də alimlərin diqqətini cəlb edir.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 907   Tarix: 18 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.