Hər gün kartof yemək olarmı? - Dietoloqların açıqladığı həqiqət
Kartof süfrələrimizdə ən çox istifadə olunan məhsullardan biridir. O, əlçatan, doyumludur və ondan çoxsaylı yeməklər hazırlamaq mümkündür.
BiG.AZ kartofun orqanizmə olan faydalarını təqdim edir:
Kartof düzgün hazırlanarsa, kifayət qədər faydalı qida məhsulu hesab olunur.
Aşağı kalorili məhsuldur.
100 qram qaynadılmış kartofda təxminən 70 kilokalori var. Bu, düyü və ya makaronla müqayisədə daha azdır.
Uzun müddət toxluq hissi yaradır.
Kartofun tərkibindəki nişasta və lif insanı bir neçə saat ac qalmaqdan qoruyur.
Vitamin və minerallarla zəngindir.
Kartofda:
C vitamini
B qrupu vitaminləri
kalium
maqnezium
kimi faydalı maddələr mövcuddur.
Bağırsağın fəaliyyətini yaxşılaşdırır.
Kartofun tərkibində olan xüsusi nişasta növü bağırsaqdakı faydalı bakteriyaların inkişafını dəstəkləyir.
Əlçatan və yerli məhsuldur.
Kartof bir çox digər qarnir məhsulları ilə müqayisədə həm ucuz, həm də daha geniş yayılmışdır.
Maraqlı fakt: Norveçdə aparılan bir araşdırma göstərib ki, hər gün ən azı iki kartof yeyən insanların erkən ölüm riski təxminən 12% daha az olub.
Nələrə diqqət etmək lazımdır?
Kartof faydalı olsa da, onun hazırlanma üsulu və keyfiyyəti çox vacibdir.
Qızardılmış kartofdan çəkinin.
Fri kartof və çips kimi məhsullar qızartma zamanı zərərli maddələr yaradır və çox yağ qəbuluna səbəb olur.
Sulanin təhlükəsi.
Kartof yaşıllaşıbsa və ya cücəribsə, onun tərkibində solanin adlı zəhərli maddə yaranır. Bu cür kartofu yemək qida zəhərlənməsinə səbəb ola bilər.
Gündə nə qədər kartof yemək olar?
Dietoloqlar bildirir ki, kartof sağlam qidalanmanın bir hissəsi ola bilər. Orta hesabla gündə təxminən 250 qram kartof qəbul etmək məqbul sayılır.
Bununla belə əsas prinsip qida müxtəlifliyidir rasion yalnız kartofdan ibarət olmamalıdır.
Kartofu sağlam şəkildə necə yemək olar?
Yaşıllaşmamış və zədələnməmiş kartof seçin. Qaynatma və ya sobada bişirməyə üstünlük verin. Sobada bişmiş kartofu qabığı ilə yemək daha faydalıdır, çünki vitaminlərin çoxu qabıqda olur. Kartofu tərəvəzlər, göyərti və yağsız zülallarla birlikdə istifadə edin. Kartofu hər gün yemək mümkündür. Əsas şərt onu düzgün hazırlamaq və qidalanmada balansı qorumaqdır. Qaynadılmış və ya sobada bişmiş kartof tərəvəzlərlə birlikdə həm sağlam, həm də doyumlu yemək hesab olunur. (Lent.az)
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHepatit B və C tam müalicə olunur? - Mütəxəssis danışdı
Virus hepatitləri qaraciyərin iltihabına səbəb olan və geniş yayılmış infeksion xəstəliklər sırasındadır. Xəstəliyin bəzi növləri kəskin formada keçsə də, hepatit B və C uzun müddət heç bir əlamət vermədən inkişaf edərək xroniki xarakter ala, qaraciyərin ciddi zədələnməsinə səbəb ola bilər. Bununla yanaşı
01.11.2026 777 Səhər yeməyi üçün ən pis vaxt - Diyetoloqların cavabı
Səhər yeməyini günortadan sonraya saxlamaq sağlamlıq üçün arzuolunmaz nəticələrə səbəb ola bilər. Diyetoloqların fikrincə, günün ilk qida qəbulu üçün ən uyğun vaxt oyandıqdan sonrakı 1-2 saatdır. Qaynarinfo xəbər verir ki, bu barədə "EatingWell" nəşri diyetoloqların tövsiyələrinə istinadə
10.11.2026 467 Qışda dəriyə qulluq zamanı edilən əsas səhvlər
İstilik mövsümündə mənzillərdə havanın quruması dərinin daha sürətlə nəm itirməsinə səbəb olur. Bu dövrdə isti su ilə yuyunmaq, skrablardan həddindən artıq istifadə etmək və dərini tez-tez təmizləmək isə qoruyucu baryeri zəiflədərək quruluğu daha da artıra bilər. Qaynarinfo xəbər verir ki, bu barəd
28.10.2026 1036 İnfarkt və insult riskinin ən yüksək olduğu saatlar
Günün müəyyən saatlarında infarkt və insult keçirmə ehtimalı daha yüksək olur. Xüsusilə səhər saat 06:00-dan 09:00-dək ürək-damar ağırlaşmaları riski kəskin artır. Qaynarinfo xəbər verir ki, bu barədə Harvard Tibb Məktəbinin həkim-qastroenteroloqu Trişa Paşriça "The Washington Post" nəşrin
12.11.2026 501 Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. BİG.AZ -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişafı anemiyaya səbəb ola bilər. O qeyd edib ki, bağırsaq xərçəngi, xüsusil
31.10.2026 838 COVID-dən sonra dadbilmənin niyə bərpa olunmadığı AÇIQLANDI
Bəzi insanlarda COVID-19 infeksiyasından bir ildən çox vaxt keçməsinə baxmayaraq, dadbilmə qabiliyyətinin niyə tam bərpa olunmadığına dair yeni məlumatlar əldə edilib. xarici mediaya istinadən xəbər verir ki, alimlər uzunmüddətli dadbilmə pozğunluğu yaşayan şəxslərin dad reseptorlarını araşdırıblar
24.10.2026 752 Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Bir çox insan toyuq ətini bişirməzdən əvvəl kranın altında yumağa üstünlük verir. Lakin mütəxəssislər bu vərdişin sağlamlıq üçün təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edirlər. Belə ki, çiy toyuğun yuyulması zamanı su sıçrantıları vasitəsilə bakteriyalar mətbəxin müxtəlif səthlərinə, qab-qacağa v
02.11.2026 1046 Hepatitlə bağlı diqqətçəkən statistika: Ötən illə müqayisədə azalma var
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda viruslu hepatit diaqnozu ilə 62 nəfər qeydiyyata alınıb. 2025-ci ilin eyni dövründə bu göstərici 109 nəfər olub. Bu barədə Trend-in sorğusuna cavab olaraq, Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd edilib ki, hesabat dövründə hepatit A diaqnoz
24.10.2026 820 Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?
Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır. Buna görə çayı şəkərsiz içmə
18.10.2026 956