Hər il 2 milyon insanın tutulduğu xəstəlik - Artıq gənclər arasında da yayılır

Hər il 2 milyon insanın tutulduğu xəstəlik - Artıq gənclər arasında da yayılırMart ayı dünyada "Kolon Xərçəngi ilə Mübarizə və Maarifləndirmə Ayı" kimi qeyd olunur. Kolorektal xərçənglər hər iki cins üçün görülmə tezliyinə görə dünyada üçüncü yerdə qərarlaşır və hər il təxminən 2 milyon insana bu diaqnoz qoyulur.

Qaynarinfo xbər verir ki, ümumi cərrahiyyə üzrə türk mütəxəssis, professor Əhməd Rencüzoğulları bildirib ki, son illərdə kolorektal xərçəngin 50 yaşdan aşağı şəxslər arasında yayılması artmaqdadır. Onun sözlərinə görə, 50 yaşdan aşağı yaş qrupunda kolorektal xərçəngin payı 6-10 faiz arasında dəyişir və 1990-2013-cü illər arasında bu göstərici iki dəfə artıb. Son dövrlərdə isə artım tendensiyası davam edir. Mütəxəssis qeyd edib ki, gənc yaşlarda xəstəliyin daha gec mərhələdə aşkarlanması və şişlərin fərqli davranış xüsusiyyətləri bu riskin artmasına səbəb olan amillərdən biridir. Bunun əsas səbəblərindən biri gənc yaş qruplarında müntəzəm skrininq proqramlarının kifayət qədər tətbiq olunmamasıdır.

Mütəxəssislər kolorektal xərçəng üçün dəyişdirilə bilən və dəyişdirilə bilməyən risk faktorlarının olduğunu bildirirlər. Dəyişdirilə bilən faktorlar arasında çox miqdarda qırmızı və emal olunmuş ət istehlakı, liflə zəngin olmayan qidalanma, piylənmə, fiziki aktivliyin azlığı, alkoqol və siqaret istifadəsi yer alır. Dəyişdirilə bilməyən risk faktorlarına isə yaş, genetik xəstəliklər, ailə anamnezi, iltihabi bağırsaq xəstəlikləri, xüsusilə xoralı kolit və kron xəstəliyi, eləcə də qarın nahiyəsinə əvvəlki radiasiya təsiri daxildir.

Mütəxəssislərin fikrincə, müasir həyat tərzi ilə bağlı qidalanma vərdişlərinin dəyişməsi və fiziki aktivliyin azalması kolon xərçəngi riskini artıran əsas amillərdən biri hesab olunur.

Kolorektal xərçəng erkən mərhələlərdə çox vaxt heç bir əlamət verməyə və ya zəif simptomlarla müşahidə olunmağa bilər. Bununla belə, bəzi əlamətlər diqqətlə izlənilməlidir. Bunlara gizli qanaxmalar nəticəsində yaranan halsızlıq və yorğunluq, bağırsaq fəaliyyətində dəyişikliklər - xüsusilə qəbizlik, düz bağırsaqdan qanaxma, defekasiyadan sonra tam rahatlaşmama hissi, nazik formalı nəcis, qarın ağrısı və səbəbsiz çəki itkisi daxildir. Bu əlamətlər yalnız kolorektal xərçəngə xas olmasa da, xəbərdaredici xarakter daşıdığı üçün ciddi qəbul edilməlidir.

Cəmiyyətdə kolonoskopiya proseduru ilə bağlı müəyyən narahatlıqlar olsa da, mütəxəssislər bildirirlər ki, bu müayinə adətən sedasiya altında aparıldığı üçün ağrı hiss olunmadan həyata keçirilir. Müayinə öncəsi bağırsağın təmizlənməsi üçün xüsusi hazırlıq və pəhriz tətbiq olunur. Prosedurdan sonra isə xəstələr qısa müşahidə müddətindən sonra gündəlik həyatlarına qayıda bilirlər.

Kolon xərçəngi skrininqlərinin əsas məqsədi xərçəngə çevrilə bilən ilkin əlamətləri vaxtında aşkar etmək və ya mövcud xərçəngi tam müalicə oluna biləcək erkən mərhələdə müəyyən etməkdir. Bu baxımdan, xüsusilə kolonoskopiya və nəcisdə gizli qan testi kimi müayinələrdən ibarət skrininq proqramlarında iştirak böyük əhəmiyyət daşıyır.

Mütəxəssislər vurğulayırlar ki, kolorektal xərçəngdən ölüm hallarını azaltmağın ən effektiv yolu erkən diaqnozdur. Skrininq müayinələri sayəsində xərçəngə çevrilməmiş poliplər aşkar edilərək götürülə və ya xəstəlik çox erkən mərhələdə müəyyən edilə bilər.

Bağırsaq sağlamlığının qorunması həm gündəlik həyat keyfiyyəti, həm də kolorektal xərçəngdən qorunmaq üçün vacib sayılır. Bunun üçün sağlam həyat tərzinin mənimsənilməsi və müntəzəm tibbi müayinələrin laqeyd edilməməsi tövsiyə olunur.

Mütəxəssislər liflə zəngin qidalar - tərəvəz, meyvə, tam taxıllar, paxlalılar və qoz-fındıq kimi məhsulların daha çox qəbulunu, qırmızı və emal olunmuş ət istehlakının məhdudlaşdırılmasını, müntəzəm fiziki aktivliyi, sağlam çəkinin qorunmasını, kifayət qədər su içilməsini, siqaret və həddindən artıq alkoqoldan uzaq durmağı tövsiyə edirlər.

45 yaşdan etibarən risk qrupunda olan şəxslərdə isə daha erkən yaşlarda müntəzəm skrininq müayinələrində iştirak etmək erkən diaqnoz sayəsində həyat xilas edə bilər.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1106   Tarix: 12 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ola bilər. Ayaq qıcolmalarına susuz qalmaq, gün ərzində həddindən artıq fiziki yüklənmə

25.10.2026 946
.

Alimlər orqanizmin hansı yaşda gücünü itirməyə başladığını müəyyənləşdirdi

Yaşlanma insanın fiziki qabiliyyətlərinə çoxlarının gözlədiyindən daha erkən təsir göstərməyə başlaya bilər. Alimlər müəyyən ediblər ki, yaş artdıqca fiziki göstəricilərin azalması sürətlənir. Bununla belə, yetkin yaşda idmanla məşğul olmağa başlamaq da fiziki göstəriciləri yaxşılaşdıra bilər. Qaynarinf

19.10.2026 1178
.

Yumurta qan şəkərinə necə təsir edir?

Yumurta balanslaşdırılmış qidalanmanın bir hissəsi ola bilər və diabetli insanlar üçün də uyğun məhsullardan sayılır. Tərkibində karbohidratın az olması səbəbindən yumurta qan şəkərinin səviyyəsinə çox cüzi təsir göstərir və yeməkdən sonra qlükozanın kəskin yüksəlməsinə səbəb olmur. Bir iri yumurtanı

17.10.2026 919
.

AVROPADA QIRMIZI HƏYƏCAN SİQNALI VERİLDİ

"Qısa müddətdə yoluxma halı 10 mini, ölüm sayı isə 5 mini keçib. Virusun təhlükəli olması və sürətlə yayılması səbəbindən Avropada qırmızı həyəcan siqnalı verilib". Bu haqda türk mediasına istinadən bildirib. Konqo Demokratik Respublikasında başlayan və tarixin ikinci ən böyük böhranına çevrilə

02.11.2026 895
.

Hicama haqqında nələri bilirik?

Son zamanlar çox eşitdiyimiz, "hicama", "hacamat" kimi tanınan küpə terapiya müalicə üsulu barədə nələri bilirik?. Apimed təbii üsullar mərkəzində yüksək ixtisaslı (Türkiyədə kurs keçmiş) xanım personal tərəfindən xanımlara və bəylərə Hicama (hacamat) proseduru tətbiq edilir. Prosedu

29.10.2026 3426
.

Valideynlərin rotavirus narahatlığı: Uşaqlar əsasən harada və necə yoluxurlar?

Son günlər uşaqlar arasında rotavirus infeksiyası ilə bağlı narahatlıqlar artır. xəbər verir ki, bu barədə sosial şəbəkədə müzakirələr aparılıb. Valideynlər övladlarında qusma, ishal və yüksək hərarətlə müşayiət olunan bu virus xüsusilə azyaşlı uşaqlar üçün ciddi təhlükə yaradacağından narahatlıqların

01.11.2026 923
.

Ən faydalı və ən zərərli balıq növləri

Balıq sağlam qidalanma rasionuna daxil edilməsi ən çox tövsiyə olunan məhsullardan biridir. Çünki onun tərkibində yüksək keyfiyyətli zülal, vitaminlər, minerallar və omeqa-3 yağ turşuları var. Bununla belə, bütün balıq növlərinin qida dəyəri eyni deyil. Bəzi növlər əhəmiyyətli miqdarda çirkləndiric

29.10.2026 1053
.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmaya töhfə verə bilər. Üzümün əsas üstünlüklərindən biri antioksidantlarla zəngin olmasıdır

01.11.2026 790
.

Dərinizdə bu əlamətlər varsa, diqqətli olun

Havaların soyuması və rütubətin azalması dəridə quruluq, qabıqlanma və qaşınmaya səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, dermatologiya üzrə mütəxəssis, professor Sevilay Oğuz Kılıç payızda dəri sağlamlığını qorumaq üçün tövsiyələrini bölüşüb. Mütəxəssis bildirib ki, dərinin gərginləşməsi

17.10.2026 911
.