Gecə qorxulu yuxular xəstəliklərin xəbərçisi ola bilər - Alimlər

Gecə qorxulu yuxular xəstəliklərin xəbərçisi ola bilər - AlimlərMaraqlı və ya narahatedici yuxular bədənin daxilində xəstəliyin inkişaf etməyə başladığını əvvəlcədən xəbər verə bilər. Yuxu tədqiqatçıları belə bir hipoteza irəli sürürlər: beyin orqanizmdəki ən kiçik dəyişikliklərə reaksiya və onları yuxular vasitəsilə əks etdirə bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Mail" yazır.

Psixoloqlar hesab edirlər ki, bəzən "prodromal yuxular" adlandırılan yuxular xəstəliyin ilkin mərhələlərində meydana çıxır; beyin artıq bioloji dəyişiklikləri qeydə alır, amma insan hələ heç bir simptom hiss etmir.

Boston Universitetinin Tibb Məktəbinin psixologiya professoru və yuxu tədqiqatçısı Patrik Maknamara izah edir ki, beyin daim daxili orqanlardan gələn siqnalları izləyir. Orqanizm infeksiya və ya digər xəstəliklərin simptomları ortaya çıxmazdan əvvəl çox zəif daxili siqnallar göndərə bilər. REM yuxu fazasında - yəni insan yuxu görərkən - beyin bu məlumatları işləyir.

Maknamara bildirir ki, bu siqnallar paralimbik beyin bölgələrində, xüsusən də amiqdalada işlənir; amiqdala oyanıq halda təhlükəni müəyyənləşdirməkdə əsas rol oynayır. Təhlükə aşkar edilərsə, beyin bədənin içindəki pozuntuları əks etdirən simvolik və ya narahatedici obrazlar yarada bilər, hətta hələ diaqnoz qoyulmamış simptomlar olmasa belə.

Maknamara əlavə edir ki, REM-yuxu zamanı beyin orqanizmin vəziyyəti barədə məlumatları "sıxır" və sintez edir, bədənin içində baş verənlərin bir növ şəkilini yaradır.

Yuxular və xəstəliklər arasında tarixi əlaqə

Qəzet qeyd edir ki, yuxularla xəstəliklər arasında əlaqə min illər əvvəl də nəzərə alınırdı. Qədim Yunanıstanda insanlar xüsusi məbədlərə - asklepiionlara gedərək rituallar həyata keçirir və şəfaverici yuxu görməyi ümid edirdilər.

Lakin müasir elmi izahlar hələ yalnız formalaşmaq mərhələsindədir. Maknamaranın 2025-ci ildə Frontiers jurnalında dərc olunmuş nəzəri işi, yuxuların xəstəliklərin inkişafından əvvəl necə xəbər verə biləcəyini izah etməyə çalışan ilk elmi cəhdlərdən biri sayılır.

Elmin dedikləri

Ən inandırıcı məlumatlar hələlik nevroloji xəstəliklərdən əldə olunub. 2017-ci ildə 1200-dən çox REM-yuxu davranış pozuntusu olan şəxslər üzərində aparılan araşdırma göstərdi ki, bu pozuntu baş verdikdən 12 il sonra iştirakçıların 73%-i Parkinson xəstəliyi və ya demensiya diaqnozu alıb.

Digər araşdırmalar da göstərir ki, yuxulardakı dəyişikliklər həzm sistemi, ağciyər, ginekoloji, stomatoloji xəstəliklər və artrit kimi müxtəlif xəstəliklərdən əvvəl görünə bilər.

2015-ci ildə aparılan kiçik bir araşdırma göstərdi ki, döş xərçəngi diaqnozu qoyulmazdan əvvəl bəzi qadınlar qeyri-adi yuxular görmüşdülər; iştirakçıların 83%-i bu yuxuların adi yuxulardan daha parlaq və intensiv olduğunu qeyd etmişdi.

Maknamara bildirir ki, prodromal yuxular yalnız ciddi xəstəliklərdən əvvəl yaranmır: "Biz yalnız həyatı təhlükə altına qoyan xəstəliklərdən danışmırıq. Belə yuxular qrip və ya soyuqdəymədən əvvəl də baş verə bilər"

Hansı yuxular siqnal ola bilər?

Tədqiqatçı bəzi təkrarlanan motivləri belə yuxularla əlaqələndirir:

"Bir motiv insanın yuxusunda səbəbsiz aqressiya göstərməsi ola bilər. Bu qeyri-adi görünsə də, bədənin metaforik siqnalıdır. Digər güclü siqnal isə naməlum kişi fiqurlarının müəyyən təhlükəli davranış sərgiləməsidir".

Bu obrazlar beynin bədənin içindəki təhlükəyə simvolik reaksiyası ola bilər.

Bəzi tədqiqatlar göstərir ki, xəstəliklərdən əvvəl yuxularda həşəratlar da görünə bilər. Məsələn, 2022-ci ildə COVID-19 diaqnozu qoyulmuş 2888 nəfərin yuxuları analiz edildikdə, iştirakçılar testdən bir neçə gün əvvəl larva və ya ilan sancmaları yuxularını gördüklərini bildiriblər.

İnsanlardan nümunələr

Yuxular mövzusunda yazan və "Good Morning Britain" proqramında "Your Dreams Explained" rubrikasını aparan yazıçı Teresə Çenq bildirir ki, insanlar yuxular sayəsində sağlamlıq problemlərini vaxtında aşkar etdiklərini düşünürlər: "Uzun illər ərzində mənə çoxlu mesajlar gəlib, insanlar yuxuların onların həyatını xilas etdiyini deyirlər".

Bir qadın yuxuda bir kişinin döşünə işarə etdiyini görüb həkimə müraciət edib və yoxlamalardan sonra ona üçüncü mərhələ döş xərçəngi diaqnozu qoyulub.

Məqalənin əhəmiyyəti

Maknamara vurğulayır ki, nəzəriyyə hələ yalnız hipotezdir və geniş tədqiqatlara ehtiyac var. Lakin gələcəkdə onun praktik tətbiqi mümkün ola bilər.

Bunun potensial sahələrindən biri psixi sağlamlığın monitorinqidir. Tədqiqatçılar bilirlər ki, intihar fikri olan insanlar bir neçə həftə öncə narahatedici yuxular görürlər. 2022-ci ildə 89 xəstə üzərində aparılan araşdırmada 80%-i qeyri-adi və ya dəyişmiş yuxular gördüklərini bildirib.

Maknamara ehtimal edir ki, gələcəkdə yüksək riskli xəstələr süni intellekt cihazları vasitəsilə yuxularını qeyd edib analiz edə biləcək və həkimləri mümkün təhlükələr barədə xəbərdar edə biləcək.

Eyni zamanda o qeyd edir ki, bu ideyanın praktik tətbiqi hələ çox uzaqdadır: "Hazırda yalnız nəzəriyyəmiz var. Onu təsdiqləmək üçün genişmiqyaslı tədqiqatlar lazımdır".


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1050   Tarix: 11 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ola bilər. Ayaq qıcolmalarına susuz qalmaq, gün ərzində həddindən artıq fiziki yüklənmə

25.10.2026 946
.

Alimlər orqanizmin hansı yaşda gücünü itirməyə başladığını müəyyənləşdirdi

Yaşlanma insanın fiziki qabiliyyətlərinə çoxlarının gözlədiyindən daha erkən təsir göstərməyə başlaya bilər. Alimlər müəyyən ediblər ki, yaş artdıqca fiziki göstəricilərin azalması sürətlənir. Bununla belə, yetkin yaşda idmanla məşğul olmağa başlamaq da fiziki göstəriciləri yaxşılaşdıra bilər. Qaynarinf

19.10.2026 1178
.

Yumurta qan şəkərinə necə təsir edir?

Yumurta balanslaşdırılmış qidalanmanın bir hissəsi ola bilər və diabetli insanlar üçün də uyğun məhsullardan sayılır. Tərkibində karbohidratın az olması səbəbindən yumurta qan şəkərinin səviyyəsinə çox cüzi təsir göstərir və yeməkdən sonra qlükozanın kəskin yüksəlməsinə səbəb olmur. Bir iri yumurtanı

17.10.2026 919
.

AVROPADA QIRMIZI HƏYƏCAN SİQNALI VERİLDİ

"Qısa müddətdə yoluxma halı 10 mini, ölüm sayı isə 5 mini keçib. Virusun təhlükəli olması və sürətlə yayılması səbəbindən Avropada qırmızı həyəcan siqnalı verilib". Bu haqda türk mediasına istinadən bildirib. Konqo Demokratik Respublikasında başlayan və tarixin ikinci ən böyük böhranına çevrilə

02.11.2026 895
.

Hicama haqqında nələri bilirik?

Son zamanlar çox eşitdiyimiz, "hicama", "hacamat" kimi tanınan küpə terapiya müalicə üsulu barədə nələri bilirik?. Apimed təbii üsullar mərkəzində yüksək ixtisaslı (Türkiyədə kurs keçmiş) xanım personal tərəfindən xanımlara və bəylərə Hicama (hacamat) proseduru tətbiq edilir. Prosedu

29.10.2026 3426
.

Valideynlərin rotavirus narahatlığı: Uşaqlar əsasən harada və necə yoluxurlar?

Son günlər uşaqlar arasında rotavirus infeksiyası ilə bağlı narahatlıqlar artır. xəbər verir ki, bu barədə sosial şəbəkədə müzakirələr aparılıb. Valideynlər övladlarında qusma, ishal və yüksək hərarətlə müşayiət olunan bu virus xüsusilə azyaşlı uşaqlar üçün ciddi təhlükə yaradacağından narahatlıqların

01.11.2026 923
.

Ən faydalı və ən zərərli balıq növləri

Balıq sağlam qidalanma rasionuna daxil edilməsi ən çox tövsiyə olunan məhsullardan biridir. Çünki onun tərkibində yüksək keyfiyyətli zülal, vitaminlər, minerallar və omeqa-3 yağ turşuları var. Bununla belə, bütün balıq növlərinin qida dəyəri eyni deyil. Bəzi növlər əhəmiyyətli miqdarda çirkləndiric

29.10.2026 1053
.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmaya töhfə verə bilər. Üzümün əsas üstünlüklərindən biri antioksidantlarla zəngin olmasıdır

01.11.2026 790
.

Dərinizdə bu əlamətlər varsa, diqqətli olun

Havaların soyuması və rütubətin azalması dəridə quruluq, qabıqlanma və qaşınmaya səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, dermatologiya üzrə mütəxəssis, professor Sevilay Oğuz Kılıç payızda dəri sağlamlığını qorumaq üçün tövsiyələrini bölüşüb. Mütəxəssis bildirib ki, dərinin gərginləşməsi

17.10.2026 911
.