Gündə 20 dəqiqəlik gəzintinin faydaları: Sağlamlıq üçün 5 üstünlük

Gündə 20 dəqiqəlik gəzintinin faydaları: Sağlamlıq üçün 5 üstünlükİdman zalına getmək və ya şirniyyatdan tam imtina etmək kimi planlar çox vaxt həyata keçirilməsi çətin məqsədlər olur. Lakin həyat tərzində kiçik dəyişikliklər etmək daha real yanaşma sayılır. Məsələn, gündə cəmi 20 dəqiqə gəzmək sağlamlıq üçün əhəmiyyətli faydalar verə bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə "Parade" nəşri yazır.

Nəşr mütəxəssislərə istinadən gündəlik 20 dəqiqə gəzintinin orqanizmdə yarada biləcəyi beş əsas dəyişiklikdən bəhs edir.

Ürək-damar xəstəlikləri riski azalır

Sertifikatlı fərdi məşqçi Ellison Qoldsmitin sözlərinə görə, gəzinti ürək-damar sisteminin sağlamlığı üçün çox faydalıdır. Hətta gündə 20 dəqiqə gəzmək belə yüksək qan təzyiqi və ürək-damar xəstəlikləri riskini azalda bilər:

"Gəzinti qan dövranını yaxşılaşdırır və ümumi qan axınını artırır. Bu, həm də qan təzyiqini tənzimləməyə və arteriyalara düşən yükü azaltmağa kömək edir".

"Current Opinion in Cardiology" jurnalında dərc olunmuş elmi icmala görə, həftədə beş gün gündə 30 dəqiqə gəzmək ürək xəstəlikləri riskini 19 faiz azaldır. "Arteriosclerosis, Thrombosis, and Vascular Biology" jurnalında aparılan araşdırma isə göstərib ki, qaçış və gəzinti yüksək qan təzyiqi, xolesterin və diabet riskini azaltmaq baxımından oxşar dərəcədə effektivdir.

Beyin sağlamlığını dəstəkləyir

Mütəxəssislər bildirir ki, ürək üçün faydalı olan fəaliyyətlər adətən beyin üçün də faydalıdır. Gəzinti zamanı qan dövranı güclənir və beyin daha çox oksigen alır.

"Qan oksigen daşıyır və bu, neyronların daha yaxşı işləməsinə kömək edir. Nəticədə yaddaş və diqqət kimi koqnitiv funksiyalar yaxşılaşır. Qan həmçinin demensiya riskini azalda biləcək qida maddələrini də daşıyır", deyə Qoldsmit izah edib.

"GeroScience" jurnalında dərc olunan araşdırmaya görə, xüsusilə sürətli gəzinti demensiya və Altsheymer xəstəliyinin inkişaf riskini azalda bilər. Hətta gündə təxminən 3800 addım atmaq belə bu riski 25 faiz azalda bilər.

Sertifikatlı məşqçi Rene Motonun sözlərinə görə, beynə daha yaxşı qan axını immun və limfa sistemlərini də dəstəkləyir. Bu isə infeksiyalara qarşı qorunmanı gücləndirir. Bundan əlavə, gəzinti depressiya və narahatlıq riskinin azalması ilə də əlaqələndirilir.

Qanda şəkərin səviyyəsini tənzimləyir

Mütəxəssislərin fikrincə, xüsusilə yeməkdən sonra qısa gəzinti qanda şəkərin səviyyəsini nəzarətdə saxlamağa kömək edir.

"Yeməkdən sonra 60 dəqiqə ərzində edilən 10 dəqiqəlik gəzinti qanda şəkərin kəskin artmasının qarşısını alır. Gəzinti zamanı əzələlər enerji üçün qlükozadan istifadə edir və bu, daha az insulin tələb edir", deyə Qoldsmit bildirib.

Sümüklər və oynaqlar üçün faydalıdır

Yaş artdıqca sümüklərin və oynaqların sağlamlığını qorumaq üçün təkcə güc məşqləri deyil, gəzinti də vacib sayılır.

"Gəzinti az yüklənməli məşq növüdür və sümüklərin yenilənməsi prosesini stimullaşdırır. Ayaqların yerə toxunması bədənə köhnə sümük toxumasının yenilənməsi siqnalını verir və bu, sümük sıxlığını artıraraq sınıq riskini azaldır", deyə Qoldsmit bildirib.

Onun sözlərinə görə, gəzinti xüsusilə omba və ayaq sümükləri üçün faydalıdır. Hərəkət zamanı qan axını oynaqlara yönəlir, bu da oynaqların "yağlanmasına" və qığırdaq toxumasına qida maddələrinin çatdırılmasına kömək edir.

Ömrü uzada bilər

Mütəxəssislər qeyd edir ki, gəzinti sağlamlıq üçün o qədər faydalıdır ki, hətta ömrü uzada bilər.

Qoldsmit bildirib ki, dünyada insanların 100 ildən çox yaşadığı "mavi zonalar"ın ümumi xüsusiyyətlərindən biri gündəlik həyatın ayrılmaz hissəsi kimi gəzintinin olmasıdır.

"GeroScience" jurnalında dərc edilən araşdırmaya görə, gündə təxminən 4400 addım atmaq ümumi ölüm riskini orta hesabla 41 faiz azalda bilər.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1046   Tarix: 10 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ola bilər. Ayaq qıcolmalarına susuz qalmaq, gün ərzində həddindən artıq fiziki yüklənmə

25.10.2026 946
.

Alimlər orqanizmin hansı yaşda gücünü itirməyə başladığını müəyyənləşdirdi

Yaşlanma insanın fiziki qabiliyyətlərinə çoxlarının gözlədiyindən daha erkən təsir göstərməyə başlaya bilər. Alimlər müəyyən ediblər ki, yaş artdıqca fiziki göstəricilərin azalması sürətlənir. Bununla belə, yetkin yaşda idmanla məşğul olmağa başlamaq da fiziki göstəriciləri yaxşılaşdıra bilər. Qaynarinf

19.10.2026 1178
.

Yumurta qan şəkərinə necə təsir edir?

Yumurta balanslaşdırılmış qidalanmanın bir hissəsi ola bilər və diabetli insanlar üçün də uyğun məhsullardan sayılır. Tərkibində karbohidratın az olması səbəbindən yumurta qan şəkərinin səviyyəsinə çox cüzi təsir göstərir və yeməkdən sonra qlükozanın kəskin yüksəlməsinə səbəb olmur. Bir iri yumurtanı

17.10.2026 919
.

AVROPADA QIRMIZI HƏYƏCAN SİQNALI VERİLDİ

"Qısa müddətdə yoluxma halı 10 mini, ölüm sayı isə 5 mini keçib. Virusun təhlükəli olması və sürətlə yayılması səbəbindən Avropada qırmızı həyəcan siqnalı verilib". Bu haqda türk mediasına istinadən bildirib. Konqo Demokratik Respublikasında başlayan və tarixin ikinci ən böyük böhranına çevrilə

02.11.2026 895
.

Hicama haqqında nələri bilirik?

Son zamanlar çox eşitdiyimiz, "hicama", "hacamat" kimi tanınan küpə terapiya müalicə üsulu barədə nələri bilirik?. Apimed təbii üsullar mərkəzində yüksək ixtisaslı (Türkiyədə kurs keçmiş) xanım personal tərəfindən xanımlara və bəylərə Hicama (hacamat) proseduru tətbiq edilir. Prosedu

29.10.2026 3426
.

Valideynlərin rotavirus narahatlığı: Uşaqlar əsasən harada və necə yoluxurlar?

Son günlər uşaqlar arasında rotavirus infeksiyası ilə bağlı narahatlıqlar artır. xəbər verir ki, bu barədə sosial şəbəkədə müzakirələr aparılıb. Valideynlər övladlarında qusma, ishal və yüksək hərarətlə müşayiət olunan bu virus xüsusilə azyaşlı uşaqlar üçün ciddi təhlükə yaradacağından narahatlıqların

01.11.2026 923
.

Ən faydalı və ən zərərli balıq növləri

Balıq sağlam qidalanma rasionuna daxil edilməsi ən çox tövsiyə olunan məhsullardan biridir. Çünki onun tərkibində yüksək keyfiyyətli zülal, vitaminlər, minerallar və omeqa-3 yağ turşuları var. Bununla belə, bütün balıq növlərinin qida dəyəri eyni deyil. Bəzi növlər əhəmiyyətli miqdarda çirkləndiric

29.10.2026 1053
.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmaya töhfə verə bilər. Üzümün əsas üstünlüklərindən biri antioksidantlarla zəngin olmasıdır

01.11.2026 790
.

Dərinizdə bu əlamətlər varsa, diqqətli olun

Havaların soyuması və rütubətin azalması dəridə quruluq, qabıqlanma və qaşınmaya səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, dermatologiya üzrə mütəxəssis, professor Sevilay Oğuz Kılıç payızda dəri sağlamlığını qorumaq üçün tövsiyələrini bölüşüb. Mütəxəssis bildirib ki, dərinin gərginləşməsi

17.10.2026 911
.