"BU, DOĞRU YANAŞMA DEYİL, CƏNAB NAZİR!" - İqtisadçı İqtisadiyyat nazirinə səsləndi

"BU, DOĞRU YANAŞMA DEYİL, CƏNAB NAZİR!" - İqtisadçı İqtisadiyyat nazirinə səsləndiİqtisadçı Natiq Cəfərli İqtisadiyyat naziri Mikayıl Cabbarovun son açıqlamalarına münasibət bildirib.

"AzPolitika" xəbər verir ki, nazirə səslənən N.Cəfərli vergi-rüsum artırmaqla ölkə iqtisadiyyatının inkişafını gözləməyin yersiz olduğunu qeyd edib:

"Mikayıl Cabbarov: "Həyata keçirilən tədbirlər nəticəsində vergi inzibatçılığı təkmilləşdirilib, biznes mühitinin yaxşılaşdırılması və iqtisadi fəaliyyətin leqallaşdırılması istiqamətində mühüm addımlar atılıb. 2019-cu il yanvarın 1-dən qeyri-neft özəl sektorunda tətbiq olunan əməkhaqqı islahatı vergi sistemində aparılan dəyişikliklərin əsas elementlərindən biri olub. Bu layihə əmək münasibətlərinin şəffaflaşdırılmasına və qeyri-rəsmi məşğulluğun azaldılmasına mühüm töhfə verib və bu ilin əvvəlində layihənin icrası tamamlanıb". Cənab nazir bu ildən özəl sektorda çalışanlar üçün 3%, gələn il 5%, 2028-ci ildə isə 7% əlavə vergi yükü gətirilməsi haqqında verilmiş qərarı əsaslandırmaq üçün bu sözləri deyib.

Hörmətli Mikayıl müəllim, 2020-ci ilin yanvarın birinə, yəni, vergi güzəştləri tədbiq edilən zaman ölkədə muzdla çalışan işçilərin sayı 1 milyon 645,4 min nəfər təşkil edib. Bunlardan 912,1 min nəfəri dövlət-büdcə sahəsində, 733,3 mini özəl sektorda çalışıblar.

Bu ilin, 2026-cı ilin yanvarın birinə, yəni hökumət vergi güzəştlərini ləğv edib, vergi yükünü artırmağa başladığı zaman muzdla çalışan işçilərin sayı 1 milyon 808 min nəfər təşkil edib. Bunlardan 865,8 min nəfəri dövlət sektorunda, 942 mini isə özəl sektorda çalışırlar. Hörmətli Mikayıl müəllim, 2020-ci ildən vergi güzəştləri tədbiq ediləndən sonra ölkəmizdə muzdla çalışanların sayı cəmi 163 min nəfər artıb. Sırf özəl sektorda işçi sayı artımını nəzərə alsaq, 208 min işçi sayı artıb ki, bu da ilə 34 min əlavə iş yeri deməkdir. Amma, bu iş yerlərinin sayının artması vergi güzəştlərinə görə olmadı axı, ciddi yoxlamalar oldu, ZATƏN VAR OLAN iş yerləri rəsmiləşdi, yenisi yaranmadı, və ya, VÖEN-i olub xidməti müqavilə ilə çalışanları məcburən rəsmiləşdirilməsi baş verdi, yəni, bu da yeni iş yerləri deyildi.

Hörmətli cənab nazir, rəsmi rəqəmlər göstərir ki, güzəştlərin tədbiqi ciddi nəticələr vermədi, amma, ləğv edildi, indi əks-effektlə qarşılaşacağıq, özəl sektorda olan iş yerlərində ciddi ixtisarlar olacaq. Bunun üzərinə dövlət-büdcə sektorunda da başlanmış ciddi ixtisarları da gəlin - mənzərə heç də yaxşı deyil.

Kiçik sahibkarlığın təşviqinə ehtiyac var ki, işini itirinlər özləri iş qura bilsinlər. Bunun üçün ƏDV-yə düşən dövriyyə 1 mln. manata qaldırılmalı, dövriyyədən vergi Bakı şəhərində 3%, regionlarda cəmi 1% olmalı, digər bütün vergi növləri ləğv edilməli, Dövlət İnvestisiya və Aqrar Bankı qurulmalı, Neft Fondundan ora ilkin olaraq 1 mlrd. manat ayrılmalı, o bank ancaq və ancaq kiçik biznes və aqrar sekrora illik cəmi 3-4%-lə kredit verməlidir. Amma, kredit verilməsi o qədər şəffaf olmalıdır ki, həm risklər nəzərə alınmalı, həm də vəsait əsl sahibkarlara, fermerlərə çatmalıdır. Hörmətli Mikayıl müəllim, iqtisadiyyat hamımızın həyatına təsir edən sahədir, ona görə də, bu sahədə alınan qərarlar ciddi müzakirə olunmalı, ölkəmizin iqtisadi modeli yenidən nəzərdən keçirilməlidir. Bu gün köhnə model artıq öz zamanını doldurub - büdcə xərcləri hesabına böyümə modelinin sonuna gəlmişik, büdcənin gəlirləri azalıb, qənaət rejiminə keçimək zərurəti yaranıb.

Cənab nazir, bu gün hökumət büdcə gəlirlərinin azalmasını ən böyük problem kimi görür, buna görə də, vergi-rüsum artırmaqla bu problemi həll etmək istəyir - doğru yanaşma deyil, ən böyük problemimiz iqtisadi aktivliyin, ÜDM-in artım tempinin azalmasıdır. Hədəf kimi məhz iqtisadi aktivliyin artırılması qoyulmalıdır, bu zaman bir müddət sonra büdcə gəlirləri də zatən artacaq..."


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 931   Tarix: 05 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rusiyada kimya zavodunda yanğın nəticəsində beş nəfər ölüb

Rusiyanın paytaxtı Moskvanın eyniadlı vilayətindəki Krasnozavodsk Kimya Zavodunda baş verən yanğın nəticəsində beş nəfər ölüb. "Report"un yerli hakimiyyət orqanlarına istinadən məlumatına görə, ölənlərin meyitləri zavoddakı dağıntıların təmizlənməsi zamanı aşkar edilib. Axtarış-xilasetmə əməliyyatlar

13:40 146
.

BVF Boliviya üçün 36 aylıq genişləndirilmiş maliyyələşdirmə mexanizmini təsdiqləyib

Beynəlxalq Valyuta Fondunun (BVF) İcraiyyə Şurası bu gün Boliviya üçün genişləndirilmiş maliyyələşdirmə mexanizmi çərçivəsində 1,369 milyard SDR (kvotanın 570 faizi və ya təxminən 1,9 milyard ABŞ dolları) həcmində vəsaitə çıxış imkanı verən 36 aylıq razılaşmanı təsdiqləyib. Bu barədə "Report"

15:40 144
.

Azərbaycanda toyuq əti niyə bahalaşıb? - SƏBƏBLƏR

Son zamanlar Azərbaycanda toyuq ətinin qiyməti bahalaşıb. -ın məlumatına görə, iqtisadçı Natiq Cəfərli sosial şəbəkədə qiymət artımının səbəblərini açıqlayıb. O, bir neçə səbəbdən quş ətinin bahalaşdığını bildirib:. "Dövlət Statistika Komitəsi hələ ki 2026-cı ilin ilk 6 ayı ilə bağlı detallı məluma

14:10 154
.

Göyərtəsində altı nəfərin olduğu ABŞ təyyarəsi radarlardan itib

ABŞ-də Bermud adalarından Bostona uçan və göyərtəsində altı nəfər olan təyyarə radarlardan itib. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Sahil Mühafizəsi "X" sosial şəbəkəsində məlumat yayıb. Qeyd olunub ki, qurumun əməkdaşları Nantaket adasının sahillərində axtarış aparır. "Sahi

12:50 148
.

Bu işlə məşğul olmaq ayda 10 MİN MANAT QAZANDIRIR

Taksi şirkətlərinə və ya sürücülərə maşın kirayə vermək yaxşı gəlir gətirə bilər. Amma burada əsas məsələ maşının xərclərini və alacağınız avtomobilin modelini düzgün seçməkdir. Çünki taksidə sürülən maşınlar çox yol qət edir, tez köhnəlir və təmiri üçün vaxtaşırı pul ayırmaq lazım gəlir. "Yen

00:33 366
.

"Flydubai"nin ikinci pilotundan şokedici etiraf: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş

Bu həftənin əvvəlində uçuş zamanı ekipaj komandirinə hücum edən "Flydubai" sərnişin təyyarəsinin ikinci pilotu müstəntiqlərə təyyarəni İsraildə yerə çırpmağı planlaşdırdığını etiraf edib. -ın xəbərinə görə, bu barədə "ABC News" telekanalı istintaqın gedişatı ilə tanış olan mənbələr

10:15 179
.

"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

Kanadanın Baş naziri Mark Karni bu ay Türkiyəyə səfər etməyi və ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, bu, Kanada Baş nazirinin Türkiyəyə ilk rəsmi səfəri olacaq

18:40 117
.

Uşaqpulu ilə bağlı mühüm YENİLİK - Tezliklə iki qərar verilə bilər

Demoqrafik göstəricilərlə bağlı müzakirələrin artdığı bir dövrdə Azərbaycanda uşaqpulunun bərpası məsələsi yenidən gündəmə gəlib. Son günlər sosial şəbəkələrdə və ictimai müzakirələrdə bu ödənişin yenidən verilməsi ilə bağlı müxtəlif iddialar səsləndirilir. -a danışan Sosial-strateji Tədqiqatlar və Analiti

00:23 279
.

İranda dənizçilik fəaliyyətləri müvəqqəti qadağan edilib

İranda dənizçilik fəaliyyətləri qadağan edilib. "Report" bu barədə "Fars" agentliyinə istinadən xəbər verir. Məlumata görə, hava şəraiti ilə əlaqədar bazar ertəsinə qədər dənizində üzmək və balıqçılıq qadağan olunub

14:40 156
.