90 yaşlı insanlar ən çox nəyə görə peşman olurlar? - Psixoloq cavabları açıqladı

90 yaşlı insanlar ən çox nəyə görə peşman olurlar? - Psixoloq cavabları açıqladıYaşlılıq tez-tez müdrikliklə əlaqələndirilir. Lakin bəzi dünya liderlərinin hörmətli yaşlarında etdiklərinə baxanda biz buna şübhə ilə yanaşa bilərik, amma bir şeydə şübhə yoxdur: yaşanmış illərin verdiyi perspektivlə keçmişdəki səhvlər daha aydın görünür.

BiG.AZ xəbər verir ki, psixoloq Lahlan Braun yaşlı insanlar arasında (90 yaş və yuxarı) kiçik bir sorğu keçirib: təqaüdə çıxandan sonra hansı səhvləri etdiklərini soruşdu. Ümumilikdə Braun 20 nəfəri sorğulaya bilib və cavabların əksəriyyəti oxşar oplub. Psixoloq bu mini-sorğunun nəticələrini "Veg Out" nəşrində paylaşıb.

Fiziki aktivlikdən imtina

Bu, ən çox edilən şikayət olub. Onun danışdığı demək olar ki, hamı "könüllü fəaliyyətsizlik" etdiklərini etiraf edib və nəticədə bədənin ümumi zəifləməsi baş verib.

"Mən düşündüm ki, yetmiş yaş artıq qocalıqdır. Ona görə də yaşlı kimi davrandım. Səhər gəzintilərimi dayandırdım, üzməkdən imtina etdim. Səksən yaşa çatanda bədənim düzgün hərəkət etməyi unutmuşdu", deyə sorğulananlardan biri danışıb.

Özünü inkişaf etdirməmək

"Birdən-birə bütün bu vaxt mənim üçün açıldı. Amma həyatımın mənasını verən şeylərə daha dərindən dalmaq əvəzinə televizora baxırdım və nəzarət edə bilmədiyim məsələlərə görə narahat olurdum", deyə əvvəllər müəllim olmuş bir təqaüdçü etiraf edib.

Pul yığmaq

Bir çox yaşlı insanlar etiraf edir ki, əslində xərcləyə biləcəklərindən daha çox pulları olub. Braunun sorğuladığı şəxslər bildirib ki, təqaüdə çıxmalarına baxmayaraq, vərdiş üzrə pulu qənaətlə xərcləyirdilər və gələcək üçün saxlayıblar. Bəziləri indi peşmandır ki, sağlamlıq imkan verəndə səyahət və restoran ziyarətlərindən imtina etmişdilər.

"Səksən və doxsan yaşlarımda hər qəpiyimi yığıb saxlayırdım. Amma indi səyahət edə bilmirəm, istədiyim yeməkləri yeyə bilmirəm, demək olar ki, bu otaqdan çıxmaq mümkün deyil. İndi nə üçün yığıram?", deyə bir kişi izah edib.

Paylaşılmamış xatirələr

90 yaşlılar həyatlarının çox detallarını unutduqlarından şikayətlənirlər. Lakin etiraf edirlər ki, 20 il əvvəl onları xatırlayırlar, amma uşaqlarına və nəvələrinə danışmayıblar. Bu, paylaşmalı olduqları itirilmiş təcrübədir.

"Nəvələrim mənim kim olduğumu bilmir. Onlar məni nənə kimi tanıyırlar, amma mənim macəralarımı, çətinliklərimi, necə onların babası ilə tanış olduğumu, onların doğulmasından əvvəl həyatın necə olduğunu bilmirlər", deyə bir qadın göz yaşları ilə etiraf edib.

Bağışlanmamış incikliklər

Bu, 90 yaşlıların ən böyük emosional yükünü daşıyan şeylərdən biridir. Braunun sorğuladığı yaşlılar illər əvvəl küsülü olduqları qardaşlar, bacılar, uşaqlar və uzun illər əvvəl dostlarını xatırlayıblar.

"Mən qardaşımla iyirmi ildir danışmıram. Biz niyə küsülmüşdük, hətta xatırlamıram", deyə bir qadın söyləyib.(qaynarinfo)


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 964   Tarix: 05 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.