Bu vərdişi dəyişmək ömrü 3 il uzada bilər (ARAŞDIRMA)
45 yaşdan sonra qida vərdişində edilən dəyişikliklərin insan ömrünü təxminən 3 il uzada bilər.
Qaynarinfo xəbər verir ki, bu beynəlxalq araşdırma İngiltərədəki UK Biobank ilə birgə həyata keçirilib.
Araşdırmada 10 il ərzində 103 649 şəxsin 5 fərqli qidalanma vərdişi, ölüm nisbəti və həyat müddəti ilə mümkün əlaqəsi araşdırılıb. Orta hesabla 10,6 illik izləmə müddətində 4 314 ölüm qeydə alınıb. İştirakçıların "Alternativ Sağlam Qidalanma İndeksi-2010", "Alternativ Aralıq Dənizi Diyeti (aMED)", "Sağlam Bitki Əsaslı Qidalanma İndeksi (hPDI)", "Hipertoniya ilə Mübarizə üçün Qidalanma Yanaşmaları" və "Diabet Riskini Azaltma Diyeti (DRRD)" kimi qidalanma vərdişləri, ölüm nisbətlərinin azalması və ömrün uzanması ilə əlaqələndirilib.
Araşdırmaya görə, sağlam qidalanma kişilərin ömrünü 1,9-3 il, qadınların isə 1,5-2,3 il uzada bilər. Həyat müddətinin kişilərdə ən çox DRRD, qadınlarda isə aMED vərdişi ilə uzandığı müəyyən edilib. Eyni zamanda, bu nəticələrin genetik meyillərlə əlaqəli olduğu vurğulanıb.
Tədqiqat göstərir ki, sağlam qidalanma vərdişləri insanların genetik quruluşundan asılı olmayaraq ömrü uzatma üstünlüyü təmin edir.
Araşdırma Science Advances jurnalında yayımlanıb.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÖlüm riskini 17 faiz azaldan TƏBİİ MÖCÜZƏ
Macarıstanın Zemmelvels (Semmelweis) Universiteti bu günə qədər reallaşdırılan ən geniş qəhvə araşdırması aparıb. 11 il boyu 468 min 629 adamın qəhvə istehlakı ilə sağlıq problemləri arasındakı əlaqə araşdırılıb. Nəticəsinə gəlinib ki, qəhvə ürək xəstəliyi riskini əhəmiyyətli ölçüdə azaldır. Araşdırmay
05.09.2021 1101 İsti havalarda orqanizminizi bunlarla qoruyun
Havaların çox isti keçməsi bir çoxlarının səhhətində problemlər yaradır. Yüksək temperatur metabolizmdə dəyişikliyə səbəb olur. Xroniki xəstəliyi olanlar, uşaqlar və yaşlılar isti havada xüsusi qulluq tələb edir. İsti hava ürək, sinir xəstəliklərinin artmasına gətirib çıxarır. İsti havada bədən temperatur
15.08.2021 1261 Yaxşı fiziki formaya aparan yolda ilk 5 ADDIM
İlin əvvəlində yaya kimi arıqlamağı özünüzə məqsəd qoymuşdunuz, amma yayın sonunda hələ də məqsədinizə çatmamısınız? O zaman məqsədlərinizə daha ciddi yanaşın və elə bu gündən başlayın. BİG.AZ xarici mətbuata istinadən oxuculara 5 sadə addımdan başlamağı məsləhət görür. Elementar görsənsələr də, bu qaydalar
24.08.2021 957 Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI
Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. Bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir: "Heç bir araşdırma bun
05.09.2021 2454 Saçlarını uzatmaq istəyən xanımlara 7 MƏSLƏHƏT
Saçların tez uzanması üçün bir sıra şərtlərə əməl etmək lazımdır. -a istinadən bildirir ki, mütəxəssislərin verdiyi 7 məsləhəti gözardı etmək olmaz:. 1. Saçların sürətlə uzanması üçün tez-tez saçqıranları təmizləmək lazımdır. 2. Saçlarınızı çox isti və çox soyuq su ilə yumayın. İsti su saç köklərin
19.08.2021 1451 Yayda qripdən qorunmaq üçün həkim MƏSLƏHƏTİ
Payız-qış və yaz-yay aylarında insanlar tez-tez qripə yoluxurlar. BİG.AZ bildirir ki, -a açıqlama verən həkim-terapevt Şücaət Həşimov bildirir ki, qripə yoluxmaq təhlükəlidir. "Yaz-yay aylarında vitaminli meyvələr tam yetişmədiyinə görə orqanizmin ressusu aşağı düşür. Bu zaman orqanizmdə vitami
29.08.2021 879 ŞOK: Uşaqların müalicəsində istifadə olunan dərmanın tərkibində də "patı" var
Son zamanlar dillərdən düşməyən, xüsusilə gənclər arasında yayılan və "patı", "şüşə" adı ilə tanınan metamfetamin digər narkotik vasitələrdən nə ilə fərqlənir? Eyni zamanda "patı"dan asılılığın müalicəsi nə dərəcədə mümkündür?. xəbər verir ki, Bakı Şəhər Narkoloji Mərkəzi
07.09.2021 3113 Yaşlanma ilə mübarizə aparan ƏN FAYDALI BİTKİ
Alimlər doqquzdonkimilər fəsiləsinə aid olan lonisera kaerulea bitkisinin ürək funksiyalarını yaxşılaşdıran faydalı giləmeyvə hesab edir. Tərkibindəki yüksək miqdarda antioksidantlar, vitaminlər və mikroelementlər onu immunitetin ən faydalı bitkilərindən birinə çevirir. Bitkinin bu xüsusiyyətləri barəd
29.08.2021 1493 Beyin və yaddaş üçün faydalı olan idman
Alimlər üzgüçülük ilə müntəzəm olaraq məşğul olmağın beynin idrak funksiyalarını yaxşılaşdırdığını, eyni zamanda beyində yeni sinir əlaqələrini yaratdığını bildirir. Mardi Hardin-Baylor Universitetinin nevrologiya kafedrasının professoru Cena Metyu qeyd edir ki, belə bir aerob (nisbətən aşağı intensivlikdə
15.08.2021 882